Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-23/2024 28.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikintiyə çəkilmiş xərclərin 2/3 hissəsinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən, öz vəsaitləri hesabına tikilmiş iki mərtəbəli evin tikintisinə sərf olunmuş 40000 manat vəsaitin 2/3 hissəsinin, yəni 26600 manat məbləğin və ödənilmiş 170 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 09 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olub. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə doğulmuş Elmira və xx.xx.2017-ci il tarixdə doğulmuş Elif adlı iki qızları var. Nikahları xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon Məhkəməsində pozulmuşdur. Məhkəmənin qərarı ilə uşaqlar onun yanında saxlanılmışdır. Məhkəmə qətnaməsinə əsasən hər ay Xəyal iki uşağa görə 320 manat aliment ödəməlidir. Lakin bu günə kimi bir manat da olsa aliment ödəməmişdir. Üstəlik hər gün gəlib onu narahat edir və evdən çıxmasını bildirir. Hansı ki, həmin evi onlar öz vəsaitləri ilə tikiblər. O, özü də işləyib. Atası və qardaşları da maddi cəhətdən onlara yardım ediblər. Xəyal özü bənna işlərini görüb. Evin suvağını və döşəmənin vurulmasını o, özü edib. Evin üstünü atası, qardaşları və Xəyal birlikdə düzəldiblər. 10 m X 16 m ölçüdə ev tikiblər. 40000 manatlıq vəsait sərf olunmuşdur. O, cavabdeh və iki uşaqlarından başqa kimsə evdə yaşamamışdır. Ev tikilən zaman torpaq sahəsi qaynanası Elmiranın adına idi. 2020-ci il tarixdə həmin torpaq sahəsini Xəyala bağışlamışdı. Tikilmiş ev hələ dövlət qeydiyyatına alınmayıb. Odur ki, onun ev kimi bölünməsi mümkün deyil. Lakin çəkilmiş xərclər aralarında bölünə bilər. Uşaqların da onun yanında qalmalarını nəzərə alaraq çəkilmiş xərclərin 2/3 hissəsinin, yəni 26600 manatın ona verilməsini istəyir. O, bundan sonra evdən çıxa bilər. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən, onun vəsaiti hesabına tikilmiş iki mərtəbəli evin tikintisinə sərf olunmuş 41600 manat vəsaitin 2/3 hissəsinin, yəni 27733 manat pulun və ödənilmiş 170 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən, öz vəsaiti hesabına tikilmiş iki mərtəbəli evin tikintisinə sərf olunmuş 40000 manat vəsaitin 2/3 hissəsinin, yəni 26600 manat pulun və ödənilmiş 170 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin evi Xəyalla nikahda olarkən tikiblər. Ev 2017-ci ildə artıq hazır olmuş və orada yaşamışlar. Evdə o, Xəyal və uşaqlarından başqa heç kim yaşamamışdır. Evin tikintisində demək olarki, qohumlar iştirak edib. Xəyal bir müddət Rusiya Federasiyasında işləməyə gedib və oradan evin tikintisinin tamamlanması üçün pul da göndərib. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, evi 2010-cu ildə tikməyə başlayıblar və 2017-ci ildə bitiriblər və həmin evdə yaşamağa başlayıblar. Evin tikintisinə pulun hamısını anası Elmira verib. Buna görə həmin evdə anasınındır. İddiaçı yalan danışır, onun qardaşı və atası evin tikintisinə heç bir pul xərcləməyib. O, ölkə xaricində işləyərək Ayselə pul göndərib. Bu barədə qəbzləri bankdan almaq olar. Mahir Məlikov həqiqətən onların evlərinin qapıpəncərələrini düzəltmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahat verərək bildirdi ki, sözügedən həmin ev mərhum oğlu X5 olub. Oğlu rəhmətə getməmişdən torpağa daş qum tökdürmüşdür ki, ev tikdirsin. Hətta evi bir neçə daş qaldırmışdır. Lakin bununla bağlı hazırda sübutu yoxdur. O, bilsəydi ki, belə olacaq həmin vaxt oranın şəklin çəkərdi. Evi də o dəfələrlə kredit götürərək tikdirib. Sonra oğlu vəfat edib torpaq onun adına qeydiyyata alınıb. Sonra o, torpağı oğlu Xəyala bağışlayıb. Bu torpağın alınmasının və üzərindəki tikilinin Ayselə heç bir aidiyyatı olmamışdır. Sonrada oğlu Aysel ilə ayrılıb. Ayrılandan sonra oğlu yenidən torpağı ona qaytarıb. Ümumiyyətlə o, bu evi özü üçün tikdirmiş, Xəyala ata evini vermək fikri olmuşdur. Lakin o, işdə olarkən xəyal və Aysel ondan xəbərsiz bu evə köçmüşdür. Buna görə onlardan incimişdir. Evin tikilməsinə və təmirinə görə bütün xərci o, çəkmişdir. Torpaq hal-hazırda da onun mülkiyyətindədir. Dəfələrlə evi qeydiyyata aldırmaq istəyib. Lakin Aysel Daşınmaz Əmlakdan gələn mütəxəssislərin evə girməsinə imkan verməmişdir. Məhkəmə tərəflərin izahatlarını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 ifadəsinə bildirmişdir ki, o, qapı-pəncərə ustasıdır. Tərəfləri də elə tanımışdır. Belə ki, o, təxminən 2014-cü ilin yay aylarında onların yeni tikilən evinin qapı və pəncərələrini düzəltmişdir. Buna görə ona pulu isə Ayselin atası Əlihüseyn kişi vermişdir. Evin qapı pəncərəsini düzəldən zaman evin üstü artıq vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X9 ifadəsinə bildirmişdir ki, onun Kamazı var və daş satır. İddiaçı və cavabdehi qonşu kəndin sakini kimi tanıyır. Onlara evlərinin tikintisi üçün daş satmışdır. Daşı ona Elmira sifariş etmiş və pulunu da Elmira ödəmişdir. O, daşı satanda torpaqda heç bir tikinti yox idi. Həmin vaxtın hansı il olması isə yadından çıxıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X10 ifadəsinə bildirmişdir ki, Xəyalın bibisi oğludur. Tikilən ev onun yaşadığı evin qonşuluğundadır. Evin tikintisində yaxından iştirak edib. Evin tikintisi üçün bibisi Elmira Azərbaycan Beynəlxalq bankından müəyyən məbləğdə kredit götürüb. Evin üst qatında olan pəncərələri onun tanıdığı usta düzəldib. Həmin Pəncərələr qoyulanda orada yaşayış var idi. Pəncərələrin pulunu bibisi Elmira verib. Evin tikintisində onların qohumları qonşuları iştirak edib. O. Ayselin yaxınlarının orada işlədiyini görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X11 ifadəsinə bildirmişdir ki, Xəyalın bibisi oğludur. Özü usat kimi təmir işləri görür. Lakin həmin evdə o, işləməmişdir. Çünki o, həmin vaxtlar Dağıstanda işləmişdir. Xəyalda onunla bərabər təxminən bir il orada işləmiş, qazandığı pulu isə ailəsinə göndərmişdir. Xəyalla həmin vaxtlar söhbət edərkən ev tikdiklərini və qazandığı pulu ora göndərdiyini demişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1085/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 09 noyabr 2009-cu il tarixdə Şamaxı rayon Mirikənd icra nümayəndəliyində 24 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 iddiaçının (anasının) – İddiaçı himayəsində saxlanılması və xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 12 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı rayonu, Mirikənd kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı rayonu, Mirikənd kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İş materiallarında olan 30 may 2018-ci il tarixli Qeydiyyat şöbəsinin arayışından görünür ki, X5 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2010-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZ-İ 442849 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 oktyabr 2010-cu il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli X3 məxsus Azərbaycan Respublikası, Şamaxı rayonu, Mirikənd ünvanında 0.6104 ha torpaq sahəsi üzərində yerləşən (ölçüləri 10 m X 16 m) fərdi yaşayış evinə çəkilmiş xərclərin qiymətləndirilməsi üzrə hesabatdan görünür ki, hesablamaların yekunu olaraq X3 məxsus Şamaxı rayonu, Mirikənd ünvanında 0.6104 ha torpaq sahəsi üzərində yerləşən (ölçüləri 10 X 16 m) fərdi yaşayış evinə çəkilmiş xərclərin 28 aprel 2023-cü il tarixə 1 kv.m üçün 130 manat olmaqla, ümumi dəyəri 41600 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 10/4191 saylı ekspert rəyinə əsasən, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin tikintisi və təmiri olunmasına çəkilmiş xərc orta bazar qiymətlərinə uyğun təqribən 28295 manat məbləğində müəyyən olundu. İş materiallarında olan “Finca Azerbaijan” MM QBKT-yə edilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, **********0237 nömrəli kredit müqaviləsinə əsasən “Finca Azerbaijan” MM QBKT ilə X4 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən “Finca Azerbaijan” MM QBKT tərəfindən X3 həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 faiz olmaqla, 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-yə edilmiş sorğuya cavab məktubundan görünür ki, LPO "xxxx" ASC-də xx.xx.1952-ci il təvəllüdlü (AZE 818402, FİN 1KG3KHJ) X3 məxsus kart hesabı və hər hansı kredit müqavilələri aşkar olunmur. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-yə edilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2014-cü il tarixli, 1829/14 TKİ nömrəli “kredi kartının verilməsi və istifadəsi üzrə müqavilə”sinə əsasən Ləğv prosesində olan "xxxx" ASC tərəfindən İddiaçı 300 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC-yə edilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, SMLMB-2727 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı istehlak məqsədilə illik 30 faiz olmaqla, 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə də məhkəmə hesab edir ki, Şamaxı rayonu, Mirikən kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi təsdiq edildiyindən, eləcə də evin tikintisinə çəkilmiş 28295 manat xərcin dəyəri tərəflərin ümumi birgə mülkiyyəti sayıldığından və ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunduğundan, evin tikintisinə çəkilmiş xərcin yarısı – 14.147,50 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinin tikilməsinə görə pulun anası tərəfindən verilməsini bildirsə də bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il qərarında qeyd edilir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, 120 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat pulun 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 14.147,50 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat və 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 25 manat, İddiaçı 25 məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-23/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-23/2024
28.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver