Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-24/2023 20.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mülkiyyətində olan zəbt olunmuş torpaq sahəsində quraşdırılmış qanunsuz tikili-mobil baza stansiyasının cavbadehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması və Cavabdeh MMC tərəfindən mobil bazanın 10 noyabr 2009-cu il tarixdən quraşdırılmasıni nəzərə alaraq həmin tarixdən qurğunun söklərək torpaq sahəsindən çıxarıldığı günə qədər hər bir günü 20 manatdan hesablanmaqla pulun, həmçinin hüquqi yardıma görə ödənilmiş 310 manat pul və dövlət rüsumu olaraq ödədiyi 345 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, Seriya MH № ******* saylı, **********0 qeydiyyat nömrəli Çıxarışa və ona əlavə edilmiş Torpqa sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpqa sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi daxilində mobil baza stansiyası quraşdırılmışdır. Buna görə həmin mobil bazanın onun mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün tərəflərindən "xxxx" MMC-yə müraciət edilərək müvafiq mütəxəssis rəyi də əldə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01-50/22 nömrəli mütəxəssis rəyində isə həmin mobil bazanın onu mülkiyyətində olan torpaq sahəsinin 100 kv.m hissəsinin zəbt olunması göstərilmişdir. Bundan sonra Cavabdeh MMC-yə və digər qurumlara sorğular verilmiş və cavablar alınmışdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, CEO-9292 nömrəli cavab məktubunda bildirilmişdir ki, məktubda göstərilən və İddiaçı torpaq sahəsinin daxilində yerləşdiyini bildirdiyi mobil baza stansiyası Cavabdeh MMC ilə Şamaxı rayonu, Avaxıl kənd sakini X2 arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən quraşdırılmışdır. İcarə müqaviləsi imzalanan zaman X4 sahəsinin onun mülkiyyətində olduğunu bildirmiş və bunu təsdiq edən Torpağa mülkiyyət hüququna dair dövlət aktını təqdim etmişdir. Torpaq sahəsində Cavabdeh MMC tərəfindən mobil baza stansiyası quraşdırılan zaman 3-cü şəxslər tərəfindən buna dair etiraz olunmamışdır. Mövcud icarə müqaviləsi üzrə icarəyə verən X2 ilə danışıqlar zamanı tərəflərindən təqdim edilmiş mütəxəssis rəyi ilə razı olmadığını, mobil baza stansiyasının məhz onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində quraşdırıldığını bildirmişdir. Həmçinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, CEO-LEG-664 nömrəli cavab məktubunda bildirilir ki, sorğuda göstərilən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən mobil baza stansiyası "xxxx" MMC-nin radiogiriş xidmətləri göstərdiyi Cavabdeh MMC ilə X2 arasında imzalanmış 10 noyabr 2009cu il tarixli icarə müqaviləsinə əsasən quraşdırılmışdır. Cavabdeh MMC-yə məxsus mobil baza stasiyası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01-50/22 nömrəli mütəxəssis rəyindən də göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, seriya MH №0010537 saylı, **********0 qeydiyyat nömrəli çıxarışa və ona əlavə edilmiş Torpqa sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən onun mülkiyyətində olan 8,624443 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsinin daxilində yerləşir və torpaq sahəsinin 100 kv.m hissəsinin zəbt olunmuşdur. Çıxarışdan da göründüyü kimi Cavabdeh MMC-yə məxsus mobil baza stansiyasının yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və həmin torpaq sahəsində mobil baza quraşdırıldığında torpaqdan təyinatı üzrə istifadə edə bilmədiyindən ona maddi ziyan dəymişdir. Həmçinin Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, CEO-9292 nömrəli cavab məktubundan da göründüyü kimi sözügedən torpaq sahəsi onun mülkiyyətində olduğu halda başqa bir şəxslər X2 ilə müqavilə imzalanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya MH ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh MMC-nin Vəkil1 ünvanlanmış məktubdan bildirilmişdir ki, Cavabdehnə ünvanladığınız xx.xx.2022-ci il tarixli, 176 saylı sorğunuza cavab olaraq bildirilmişdir ki, məktubda göstərilən və İddiaçı torpaq sahəsinin daxilində yerləşdiyini bildirdiyiniz mobil baza stansiyası "xxxx" MMC ilə Şamaxı rayonu, Avaxıl kənd sakini X2 arasında imzalanmış xx.xx.2009-cu il tarixil İcarə müqaviləsinə əsasən quraşdırılmışdır. İcarə müqaviləsi imzalanan zaman X4 sahəsinin onun mülkiyyətində olduğunu bildirmiş və bunu təsdiq edən "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nı təqdim etmişdir. Torpaq sahəsində "xxxx" MMC tərəfindən mobil baza stansiyası quraşdırılan zaman və quraşdırıldıqdan sonra 3-cü şəxslər tərəfindən buna dair etiraz olmamışdır. Mövcud icarə müqaviləsi üzrə icarəyə verən X2 ilə danışıqlar zamanı tərəfinizdən təqdim edilmiş mütəxəssis rəyi ilə razı olmadığını, mobil baza stansiyasının məhz onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində quraşdırıldığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Vəkil1 ünvanlanmış məktubdan bildirilmişdir ki, sorğuda göstərilən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən mobil baza stansiyası "xxxx" MMC-nm radiogiriş xidmətləri göstərdiyi "xxxx" MMC ilə X2 arasında imzalanmış 10 noyabr 2009-cu il tarixli icarə müqaviləsinə əsasən quraşdırılmışdır. İş materiallarında olan “Sahənin icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə X2 arasında Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 m2 ərazini əhatə edən 10 noyabr 2009-cu il tarixli icarə müqaviləsi bağlanılmışdır. Razılaşdırılmış illik icarə haqqı 1200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2008-ci il tarixli. Seriya MH № ******* saylı, **********0 qeydiyyat nömrəli Çıxarışa və ona əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində Bakcell mobil operatorunun ötürücü stansiyası yerləş və torpaq sahəsinin 100 kv.m hissəsi zəbt olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/7874 saylı Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 dekabr 2022-ci il tarixli **********02 nömrəli mütəxəssis rəyinə əsasən, "xxxx" MMC-yə məxsus mobil baza stansiyasının İddiaçı Şamaxı rayonu, Avaxıl kəndində yerləşən, reyestr nömrəsi **********38 olan çıxarışa əsasən mülkiyyətində olan 8,624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, "xxxx" MMC-yə məxsus mobil baza stansiyasının İddiaçı mülkiyyətinə verilmiş 8,62443 hektar torpaq sahəsində yerləşməklə 43 m2 təşkil etdiyi müəyyən edildi. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsaəsn hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh MMC-yə məxsus mobil baza stansiyası İddiaçı məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən 8.624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus torpaq sahəsində yerləşən cavabdehə məxsus mobil baza stansiyası həmin torpaq sahəsindən cavabdehin hesabına sökülərək çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın pul tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli 15100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və hüquqi xidmət xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 345 manat dövlət rüsumu və 310 manat məbləğində hüquqi xidmət xərci və mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat pul da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən Cavabdeh MMC-yə məxsus mobil baza stansiyası cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılsın. Cavabdeh MMC-dən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-24/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-24/2023
20.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver