Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-248/2022 26.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 18200 ABŞ dolları ( manatla məzənnəsi 30940 manat) borcun, 19814,40 manat faizin və iddia üçün ödədiyi 242 manat 30 qəpik dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2005-cı ildə Şamaxı rayonu Məlhəm kəndi ərazisində torpaq almaq istəyib. Cavabdeh özlərinə məxsus 5 ha torpaq sahəsini satırdı. Görüşüb 5 ha sahə üçün 50000 dollar pul verib. Həmin pulun yarısına Yamin Xırdalan şəhərində ev alıb. Həmin vaxtdan o, düşüb Yaminin dalınca ki, torpağı sənədləşdirsin. Nəhayət 2016-cı ildə ehtiyac olduğundan, torpağın 3 hektarını borc əvəzinə bir nəfərə vermiş, qalan 2 hektarını isə get-gələ salıb bu günə kimi də rəsmiləşdirə bilməmişdir. Bəhanə etmişdir ki, guya o cavabdehə 50000 dollar deyil, 49400 dollar vermiş və 600 dollar borcu qalmışdır. Onun cavabdehə heç bir borcu yoxdur. Amma, qalan torpağı yaxşı sata bilsə, 2000 manat verə bilər. Uzun müddət söhbət belə qalmış. Bu yaxınlarda o cavabdehə xəbər edib ki, 2000 manatı da düzəldib. Sənədləşdirmək üçün Asan xidmət mərkəzinə getmiş, cavabdeh nə qədər pul gətirdiyini soruşub, danışılan kimi 2000 manat demişdir. Cavabdeh 2000 manat nədir 1800 dollar verməlisən, bu günki məzənnə ilə demişdir. Onun ona bir manat da olsun borcu qalmamışdır. Amma işi düzəlsin deyə razı olmuş ki, 2000 manat da versin. Amma hər dəfə o qiyməti qaldırmışdır. Bundan sonra o cavabdehi polisə vermiş. Orada da eyni şeyi təkrar etmişdir ki, 1800 dolları ver, torpağı verim. Polisdə mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət olunmalı olduğu deyilib. Odur ki, onu məhkəməyə vermək qərarına gəlmişdir. Ona 18200 ABŞ dolları qaytarmalıdır, yəni manatın bu günki məzənnəsilə 30940 manat. Eyni zamanda onun pulunu 16 il özündə saxlayıb, buna görə də Mərkəzi bankın illik 4 faiz uçot dərəcəsini də nəzərə alsaq hər ildə 1238.40 manat olmaqla 16 ildə 19814,40 manat ona faiz ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehdən 5 hektar torpaq almaq üçün hektarı 10000 manat olmaqla ümumilikdə 50000 ABŞ dolları pul vermiş, cavabdeh torpağın 3 hektarını sənədləşdirməyə razılıq vermiş, qalan 2 hektarı ilə bağlı isə ona 1800 ABŞ dolları və Niva markalı maşın alınacağı təqdirdə razılıq verəcəyini bildirir. Halbuki onunla belə danışıqları olmayıb. O, Yamindən torpağı şəriki Yolçu ilə birlikdə almış, lakin Yolçu sonradan vəfat etdiyindən cavabdeh imtina edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, Qəhrəmanov Yolçu ilə 5 hektar torpaq sahəsini 50000 ABŞ dollarına və bir Niva markalı avtomobilə satmaq barədə aralarında razılıq olmuş və o, yalnız Yolçuya etibarnamə vermişdir. Lakin Yolçu ona 48200 ABŞ dolları vermiş, qalan pulu və Nivanı vermədiyindən o, 2 hektarın satlmasına razılıq verməmişdir. Onun ümumiyyətlə Durasanla belə söhbətləri olmayıb. Durasan Yolçunun yanında gəlib getmişdir. 07 iyun 2021-ci ildə isə Durasanın təkidi ilə qalan 2 hektar torpaq sahəsinin Sərvan İsmayılova satılmasına dair etibarnamə verdim. Torpağı Yolçuya satsamda Durasan da onunla gəlib getdiyi üçün onun təkidi ilə etibarnamə verdim. Polis idarəsində izahatında torpaq sahəsini Qəhrəmanov Yolçu və İddiaçı satmasını o deməyib. Pulu ona tam ödənilmədən və Niva markalı avtomobil alınmadan torpağın 3 hektarının satılmasına razılıq verməsinin səbəbi o, fikirləşmişdir qalan 2 hektar sahə satılanda avtomobili və pulu ona veriləcəkdir. Buna görə də iddianın rədd edilməsini xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verib bildirdi ki, İddiaçı atasının şəriki kimi tanıyır. Onlar birlikdə müəyyən işlər görmüşlər. Atasından eşitdiyinə görə satmaq üçün Durasanla birlikdə Məlhəm kəndində yerləşən 5 hektar torpaq sahəsi almışlar. Atası ilə Durasan dost olduğundan rəsmi sənədlərdə birinin adının qeyd edilib digərinin qeyd edilməməsi onları narahat etmirdi. Bildiyinə görə həmin torpaq sahəsini 50000 ABŞ dollarına almışlar. Başqa nəsə verilməsi danışılmamışdır. Atası və Durasan şərik olduqlarından iş görəndə adətən bir yerdə gedirdilər. Torpaq sahəsinin Çıxarışının olub-olmaması barədə məlumatı yoxdur. Atası 15 dekabr 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadə verib bildirdi ki, tərəfləri tanıyır. Onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Çoxdandır tanıdığı Teymur adlı şəxs Yaminin torpağını satmaq istəməsini demişdir. O, da bu barədə İddiaçı demiş. X28 birlikdə Yaminlə qiyməti danışıblar. Razılığa gəldikləri üçün beh verdilər və sonrada torpağı aldılar. Nə qədər pul verildiyini dəqiq bilmir, lakin əgər borc qalsaydı Teymur sonradan ona tapdığı adamların torpağa görə borclu qaldıqlarını bildirərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadə verib bildirdi ki, İddiaçı vasitəsi ilə Yaminə məxsus 2 hektar torpağı o almışdır. Yamin əvvəlcə 2019-cu ildə, daha sonra isə 2021-ci ildə ona etibarnamə vermişdir. Lakin o heç bir alqı-satqını rəsmiləşdirməmiş, hamısında etibarnamə almışdır. Məhkəmə prosses iştirakçıarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavə sazişin surətindən görünür ki, Cavabdeh, X7, X19, X15, X24, X6 adından çıxış edən X5 və X3 rayon NotariatKontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yerləşən 5.03 hektar torpaq sahəsində 3.0 hektar tirpaq sahəsinin 4Ə-549 nömrəli reyestrlə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş torpaq sahəsinin bölgüsü ilə razılığa gəldikləri barədə saziş imzalanmışdır. İş materiallarında olan ƏN-İ 048858 saylı etibarnamənin surətindən görünür ki, X1 Durasan Firudin oğluna dövlət torpaq komitəsi tərəfinsən verilmiş JN 203 kod ********* nömrəli dövlət aktına əsasən ona məxsus və Şamaxı rayonu Qızmeydan kəndində yerləşən torpaq sahəsini sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədaradından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi polis kiçik leytenantı Elvin Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2019cu il tarixdə Şamaxı şəhəri, F.İlyasov küçəsi ev 8-də yaşayan Əsgərov X9 Şamaxı RPŞ-nə müraciəti ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, Şamaxı rayon sakinləri Yamin və Yolçu adlı şəxslərə 2005-ci ildə 5 ha torpaq sahəsini 50 (əlli) min dollara və Niva markalı avtomaşın dəyərində satmış, lakin onlar pulun 1800 dollarını və Niva markalı avtomaşını vermədikləri üçün 2 ha torpaq sahəsini onların adına sənədləşdirməməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsaən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh 2005-cı ildə Şamaxı rayonu Məlhəm kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsini İddiaçı və X4 50000 ABŞ dolları satmış, həmin torpaq sahəsinin 3 hektarının X8 adına rəsmiləşdirilməsinə razılıq versə də, qalan 2,03 hektar torpaq sahəsinin rəsmiləşdirilməsi üçün İddiaçı və X4 1800 ABŞ dolları pulun və Niva markalı avtomobilin verilməməsini əsas gətirərək razılıq verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh verdiyi 18200 ABŞ dolları pul məbləğini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməli, iddianın 19814,20 manat faiz pul məbləğinin 2005-ci il tarixdən bu günədək olan infilyasiya nəzərə alınmaqla indeksasiya edilərək qaytarılması hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 242,30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 18200 ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 242,30 (iki yüz qırx iki manat otuz qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-248/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-248/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver