Məhkəmə qərarları › İş №2(074)-250/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-250/2020

01.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-250/2020 01.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi Osmanova (Omarova) Qızılgül Yusub qızı, ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, ərizəçi Osmanova (Omarova) Qızılgül Yusub qızının maraqlı tərəf Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının ərazisində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən olunmasına dair” ərizə üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Osmanova (Omarova) Qızılgül Yusub qızının maraqlı tərəf Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının ərazisində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamğı, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Osmanova (Omarova) Qızılgül Yusub qızı ərizəni müdafiə edərək izahat verib bildirdi ki, xx xxxxxx 1970-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. Təxminən 1977-1986-cı illərdə Dmanisi rayonunun Muğanlı kənd orta məktəbində təhsil almışdır. xx.xx.1988-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonu Daxili işlər Şöbəsi tərəfindən XVİ-T 14 seriyalı 507874 nömrəli pasortla təmin edilmişdir. Gürcüstanda azərbaycanlılara qarşı olan təqiblər səbəbindən xx xxxx 1990-cı ildə orada yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ailə üzvlərilə birlikdə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycana gəldikdən sonra ünvan 1 ünvanında vaşamağa başlamışlar. 1995-ci ildə Şamaxı rayonunun Günəşli (indiki Saqiyan) kəndində yaşayan xx xxxxxx 1973-cü il təvəllüdlü X4 ilə ailə qurmuş, ailə qurduqdan sonra Şamaxı rayonunun Günəşli (indiki Saqiyan) kəndinə köçərək onunla birlikdə orada yaşamağa başlamışdır. xx xxxxxx 1999-cu ildə X4 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olarkən ona ərinin soyadına uyğun olaraq "Osmanova" soyadı verilmişdir. Bu evlilikdən 2 uşağı doğulmuşdur. xx xxxxxx 1999cu il tarixdə Şamaxı rayonu Günəşli (indiki Saqiyan) kəndində yaşayış yeri üzrə qeydiyyata alınmış və qeydiyyata alınmağı barədə SSRİ nümunəli pasportuma möhür vurulmuşdur. Əri X4 xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı olmuş, xx xxxxxx 2003-cü ildə vəfat etmişdir. Atası Ömərov Yusib Səməd oğlu xx.xx.1937-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Atası 2010-cu ildə vəfat etmişdir. Anası Omarova (Nəsibova) Şəfiqə Vəli qızı 1942-ci ilin may ayında Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur. Şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. ünvan 2 ünvanında yaşayır. Oğlu X11 xx.xx.1999-cu ildə Şamaxı rayonunun Günəşli (indiki Saqiyan) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, Şamaxı rayonunun Saqiyan kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Oğlu X5 xx.xx.1999-cu ildə Şamaxı rayonunun Günəşli (indiki Saqiyan) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, Şamaxı rayonunun Saqiyan kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Bacısı Osmanova (Omarova) Solmaz Yusub qızı xx.xx.1963-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. Bacısı hazırda ünvan 4 ünvanında yaşayır. Bacısı Bakı şəhər 99 saylı tam orta məktəbdə xadimə kimi çalışır. Qardaşı Ömərov Səməd Yusub oğlu xx.xx.1966-cı ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. Bacısı Əliyeva (Omarova) Lilpar Yusub qızı xx.xx.1968-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsdir. Hazırda ünvan 6 ünvanında yaşayır, işləmir. Qardaşı X12 xx.xx.1972-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur. Hazırda Gürcüstan Respublikasında yaşayır. Qardaşı Ömərov Abuzər Yusub oğlu xx.xx.1974-cü ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində, fərdi əməklə məşğuldur. Bacısı Ömərova Naibə Yusub qızı xx.xx.1976-cı il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. Bacısı hazırda ünvan 7 ünvanında yaşayır, işləmir. Qardaşı Ömərov Rəfan Yusub oğlu xx.xx.1980-cı ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. Bildirmək istəyir ki, 1990-cı ildən davamlı olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır və Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. Lakin 1990cı ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Gürcüstan Respublikasının vətəndaşlığını isə itirmişdir. Belə ki, Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün Gürcüstanın Azərbaycandakı Səfirliyinə müraciət etmiş, Səfirlik tərəfindən ona verilmiş xx.xx.2017-ci il tarixli, 05/**********17-02 saylı arayışda onun Gürcüstan Respublikasının vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. Bundan başqa, onun Azərbaycan Respublikasının vətəndaşı hesab edilmədiyi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il rarixli, 08/947 saylı arayışdan da aydın görünür. Azərbaycana gələndə Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmişdir. 2005-ci ildən SSRİ nümunəli pasportlar qüvvədən düşdüyü üçün hazırda şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədim olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMTnin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. 1990-cı ildən hazırkı vaxtadək daimi olaraq Azərbaycan Respublikasının ərazisidə yaşamağı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Saqiyan kənd üzrə nümayəndəsi tərəfindən verilmiş arayış da təsdiq edir. xx.xx.2019cu tarixdə Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. Ona bildirmişlər ki, 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Odur ki, 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X2 ərizənin tam əsaslı olduğunu bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15 izahat verib bildirmişdir ki, ərizənin təmin olunmasına etiraz etmirlər. Belə ki, ərizəçinin burada yaşaması barədə sənədləri də var. Odur ki, ərizənin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X8 ifadə verib bildirmişdir ki, ərizəçi ilə Şamaxı rayonun Saqiyan kəndində qonşudurlar. 1993-cü ildən əsgər gedəndən ərizəçini tanıyır. Ərizəçi qonşu Xəqaniyə ərə getmişdir. Həmin dövrdən ərizəçi heç yerə getməyib, kənddə yaşamışdır. Ərizəçinin 2 övladı var. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadə verib bildirmişdir ki, Gürcüstandan gəlib burada yaşayır. Ərizəçi 1995-ci ildən gəlib, Saqiyanda yaşayır. Əri Xəqani idi. Ərizəçi təsərrüfatla məşğuldur, evdar qadındır. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirmişdir ki, ərizəçi bacısıdır. Ərizəçini Xəqani qaçırıb ailə qurublar. 1995-ci ildə ərə gedib. 2 uşağı var. Ərizəçi Gürcüstana gedə bilmir və getməyib. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İ-ГТ № 260601 saylı Azərbaycan dilinə tərcümə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1970-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu Muğanlı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1970-ci il dekabr ayının 15-də 66 saylı qeydiyyat aparılmışdır. Atası X16, anası X10r. İş materiallarında olan Vİİ-ЖГ № 297246 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 xx.xx.1999-cu il tarixdə Şamaxı rayon İHB-nın Günəşli kənd ərazi vahidi üzrə nümayəndəliyində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. İş materiallarında olan AZ № 118514 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan XX-ЖГ № 480620 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə Şamaxı rayonunda doğulmuşdur. Atası X4, anası Ərizəçidır. İş materiallarında olan XX-ЖГ № 480621 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1999-cu il tarixdə Şamaxı rayonunda doğulmuşdur. Atası X4, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vətəndaşlıq məsələləri baş idarəsinin xx.xx.2017-ci il tarixli 08/947 saylı arayışından görünür ki, Osmanova (Omarova) Qızılgül Yusub qızı tərəfindən təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vətəndaşlıq məsələləri baş idarəsinin xx xxx 2019-cu il tarixli 24/03-a saylı aryışının surətindən görünür ki, xx xxxxxx 1970-ci il təvəllüdlü Ərizəçi Yusif qızına (BMT QAK-ın himayə sənədi № 78611C07063) ondan ötrü ki, o, həqiqətən xx xxx 2019-cu il tarixdə "Olduğu yer üzrə qeydiyyat"la bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin himayə müddətinə x xxx 2020-ci il tarixədək Şamaxı rayonu, Saqiyan kəndinə qeydiyyata alınmışdır. İş materiallarında olan BMT QAK-ın xx xxxxx 2020-ci il tarixli № 78611C07063 saylı himayə sənədindən görünür ki, Osmanova (Omarova) Qızılgül Yusub qızı BMT QAK-ın mandatı altında olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli ******* saylı arayışından görünür ki, xx xxxxxx 1970-ci il təvəllüdlü Ərizəçi 25066/m nömrəli, xx xxxxxx 2020-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Gürcüstan Səfirliyinin xx xxxxxxxx 2017-ci il tarixli Azərbaycan dilinə tərcümə olunmuş arayışından görünür ki, Ərizəçi (xx.xx.1970-ci il təvəllüdlü, doğum yeri Gürcüstan) ondan ötrü ki, “Gürcüstanın vətəndaşlığı haqqında” orqan qanununun və “ Gürcüstan vətəndaşlığı məsələlərinin müzakirə və həlli qaydaları haqqında” Gürcüstan prezidentinin xx xxxx 2014-cü il tarixli, 237 saylı sərəncamı ilə təsdiq olunmuş qanununun tələblərinə və əldə edilən sənədlərə müvafiq olaraq, O Gürcüstan vətəndaşı hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vətəndaşlıq məsələləri baş idarəsinin xx.xx.2019-cu il tarixli Osmanova (Omarova) Qızılgül Yusub qızına ünavanlanmış məktubundan görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə cz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1 -ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Şamaxı RİHB-nın Saqiyan kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli 253 saylı arayışından görünür ki, Osmanova (Omarova) Qızılgül Yusub qızı 1995ci ildən hal-hazırki dövrə kimi Şamaxı rayonunun Saqiyan kəndində yaşayır. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxxx 1970-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. xx xxxx 1990-cı ildə orada yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ailə üzvlərilə birlikdə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycana gəldikdən sonra ünvan 1 ünvanında yaşamağa başlamışlar. 1995-ci ildə Şamaxı rayonunun Günəşli (indiki Saqiyan) kəndində yaşayan xx xxxxxx 1973-cü il təvəllüdlü X4 ilə ailə qurmuş, ailə qurduqdan sonra Şamaxı rayonunun Günəşli (indiki Saqiyan) kəndinə köçərək onunla birlikdə orada yaşamağa başlamışdır. xx xxxxxx 1999-cu ildə X4 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olarkən ona ərinin soyadına uyğun olaraq "Osmanova" soyadı verilmişdir. Bu evlilikdən 2 uşağı doğulmuşdur. Əri X17 xx xxxxxx 2003-cü ildə vəfat etmişdir. Lakin 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Gürcüstan Respublikasının vətəndaşlığını isə itirmişdir. O, Azərbaycana gələndə Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmişdir. 2005-ci ildən SSRİ nümunəli pasportlar qüvvədən düşdüyü üçün hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda o, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Bundan başqa, üçüncü bir ölkənin vətəndaşlığını da əldə etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311 -ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2,10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Mülki iş materialları ilə sübut olunur ki, ərizəçi Osmanova (Omarova) Qızılgül Yusub qızı heç bir dövlətin vətəndaşı deyil və 1990-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, xx xxxxxx 1970-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuş Osmanova (Omarova) Qızılgül Yusub qızı 1990 -cı il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxx 1970-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuş Osmanova (Omarova) Qızılgül Yusub qızı 1990 -cı il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar