Məhkəmə qərarları › İş №2(074)-252/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-252/2022

05.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-252/2022 05.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi və torpağın alqı-satqı müqaviləsinin tamamlanmış hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi və torpağın alqı-satqı müqaviləsinin tamamlanmış hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DTXK tərəfindən 2002-ci ildə X2 adına verilmiş JN-122A saylı 41017018 kodlu Şəhadətnamənin ləğv edilməsi və X3 aralarında Şamaxı rayonu Çuxuryurd kəndində 0,18 ha həyətyanı torpaq sahəsinə dair alqı satqı müqaviləsinin 23 sentyabr 2005-ci il tarixdə tamamlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23 sentyabr 2005-ci il tarixdə Şamaxı rayon DNK-da təsdiq olunmuş 4Ə/4/962 nömrəli alqı satqı müqaviləsinə əsasən Şamaxı rayonu Çuxuryurd kənd sakini Cavabdeh1 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini almış, cavabdehlər də alqı satqıya öz razılıqlarını bildirmişlər. Həmin alqı satqı müqaviləsi bağlanılarkən notariusda ona bildirilməmiş ki, torpağın ayrı, evin ayrı alqısatqı müqaviləsi bağlanılmalıdır. Lakin onun həmin vaxt torpaq sahəsinin də ayrıca olaraq alqı-satqı olunmasına dair məlumatı yox idi. Elə bilib ki, ev satılarkən həyətyanı sahə də onunla birlikdə satılır. Belə ki, danışanda da həyətyanı torpaq sahəsi bu müqavilənin içərisində danışılmışdır. Yəni, onlar əslində evi həyətyanı torpaq sahəsilə birlikdə almışlar. Həmin müqavilə 01 nömrəli reyestr kitabında 71-ci səhifədə 285 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış və ona qeydiyyat vəsiqəsi verilmişdir. 2005-ci ildən torpaq sahəsi onun faktiki istifadəsindədir. Solovyov Pyotrun torpaq sahəsinə dair alqı-satqı müqaviləsi də tamamlanmış hesab edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək DTXK tərəfindən 2002-ci ildə Cavabdeh1 adına verilmiş JN-122A saylı 41017018 kodlu Şəhadətnamənin ləğv edilməsi və Cavabdeh1lə aralarında Şamaxı rayonu Çuxuryurd kəndində 0,1616 ha həyətyanı torpaq sahəsinə dair alqı satqı müqaviləsinin 23 sentyabr 2005-ci il tarixdə tamamlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X4 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, 2005-ci ildə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin torpaq sahəsini üzərində yerləşən evlə birlikdə almış, həmin tarixdən iddiaçının istifadəsində olmuşdur. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 sentyabr 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Şamaxı rayonu Çuxurdyurd kəndində 1960-ci ildə tikilmiş ümüumi sahəsi 91.9 kv.metr yaşayış sahəsi 38.0 kv.metr olan evi Cavabdeh1 10400000 manata almışdır. İş materiallarında olan JN-122A saylı 41017018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 0,18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət tikinti və Arxitektura Komitəsi Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin № 285 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Şamaxı rayonu Çuxurdyurd kəndində yerləşən, iki yaşayış otağından, 38 kv.metr yaşayış, 91,9 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evi 23 sentyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi İddiaçı adına 23 sentyabr 2005-ci il tarixdə 01 nömrəli reyestr kitabında 71səhifədə 285 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 27.10.2020-ci il tarixli **********03 saylı məktubdan görünür ki, Şamaxı rayon dövlət notariat kontorunda təsdiq olunmuş 23 sentyabr 2005-ci il tarixli 4ə-962 nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyiniz fərdi yaşayış evinin yerləşdiyi 0.18 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsnin mülkiyyətə verilməsinə dair JN-122A, kod 41017018 nömrəli şəhadətnamə X5 və onun ailə üzvlərinin adlarına işlənilmişdir. Evin yerləşdiyi 0.18 ha həyətyanı torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olduğu üçün həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0.18 ha həyətyanı torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsi təqdim olunacağı təqdirdə müraciətinizə qanunamüvafiq qaydada baxıla bilər. İş materiallarında olan Şamaxı rayon İHB-nın Çuxurdyurd kənd İƏD-si üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı 23 sentyabr 2005-ci ildə yaşayış evi və torpaq sahəsi almışdır. Bu günə kimi həmin evdən və torpaq sahəsindən İddiaçı Vladimiriviç özü istifadə edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,1616 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 91,9 kv.metr, yaşayış sahəsi 38,0 kv.metr olan iki otaqlı fərdi yaşayış evi Cavabdeh1 məxsus olmuşdur. Cavabdeh1 23 sentyabr 2005-ci il tarixli 249968 saylı müqaviləyə əsasən 0,1616 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 91,9 kv.metr, yaşayış sahəsi 38,0 kv.metr olan iki otaqlı yaşayış evini 10.400.000 (on milyon dörd yüz min) manata İddiaçı satmış, torpaq sahəsini və üzərindəki tikilini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq və üzərində yerləşən evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 Şamaxı rayonu Çuxurdyurd kəndində 0.1616 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini 23 sentyabr 2005-ci iİ tarixdə İddiaçı faktiki olaraq satmışdır. Lakin, tərəflər torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, JN-122A saylı 41017018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilməli, Şamaxı rayonu Çuxurdyurd kəndində 0.1616 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 ilə İddiaçı arasında 23 sentyabr 2005-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən 2002-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 adına verilmiş JN-122A saylı 41017018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilsin. Şamaxı rayonu Çuxurdyurd kəndində ərazisində 0.1616 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 ilə İddiaçı arasında 23 sentyabr 2005-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar