Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-258/2022 11.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçiuın iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1907 -ci il təvəllüdlü X2nun 1941- 1945-ci illərdə X13 ölmüş elan edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X11 04.03.1997-ci il tarixdə vəfat etmişdir. Ondan 0.84 ha torpaq sahəsi miras qalmışdır. Hazırda miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq istəyir. Lakin atasının ölüm şəhadətnaməsi tələb olunduğundan bunu etmək mümkün deyil. Belə ki, X2 21.07.1941-ci il tarixdə Böyük Vətən müharibəsinə getmiş və müharibədən qayıtmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsininin verdiyi 06.01.2022-ci il tarixli 04 saylı arayışına əsasən 1907-ci il təvəllüdlü X10 21.07.1941-ci il tarixdə Böyük Vətən müharibəsinə getmiş və itkin düşmüşdür. İtkin düşdüyündən indiyə kimi ölümü qeydə alınmayıb. Artıq müharibə bitən 76 ildir. Lakin indiyə kimi onun barəsində heç bir məlumat olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirilib ki, atasının ölmüş elan edilməsi barədə məhkəmə qərarı tələb tələb olunur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə ifadə verib bildirdi ki, X10 onun dayısıdır. Anasının dediyinə görə X10 müharibəyə getmiş və geri qayıtmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi ilə qonşudur. Valideynlərindən eşitdiyinə görə X10 1941-1945-ci illərdə müharibəyə getmiş və qayıtmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 157975 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 04.03.1997-ci ildə İBS ateroskleroz kordnoskleoz intrtopiya xəstəliyindən vəfat etmişdir. İş materiallarından olan 07.01.2021-ci il tarixli 14 saylı Şamaxı rayon X5 Hüquqi Şəxsin məktubundan görünür ki, 1907-ci il təvəllüdlü X3 ölüm haqda tibbi şəhadətnaməsi Şamaxı RMX-sı tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 23.11.2021-ci il tarixli 05/Q-1036/69 arayışın surətindən görünür ki, X14 xx.xx.1936-cı ildə Şamaxı rayon Cabanı kəndində anadan olmuşdur. X2, anası X8r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 21.12.2021-ci il tarixli 05/Q-1423/15 saylı məktubundan görünür ki, 1941-1945-ci illərdə X13 ölmüş X3 ölümünün qeydə alınmasına dair “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 21.12.2021-ci ilədək ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 22.12.2021-ci il tarixli aktdan görünür ki, X9, X4 və X6 iştirakları ilə X3 1941-ci ildə müharibəyə gedib, itgin düşməsini və müharibədən qayıtmamasını imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0,9087 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətindədir. İş materiallarında olan 06.01.2022-ci il tarixli 04 saylı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinin arayışından görünür ki, Ərizəçi mərhum atası 1907-ci il təvəllüdlü X10 2-ci Dünya Müharibəsinə 21.07.1941-ci il tarixdə göndərilmiş və itgin düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, 1907-ci il təvəllüdlü Ərizəçi barəsində 1941-ci ildən məlumatın olmaması, ərizəçinin və ailəsinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1907-ci il təvəllüdlü X10 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün 1907-ci il təvəllüdlü X3 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-258/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-258/2022
11.03.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver