Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-262/2024 02.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi və digər ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı, Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Nümayəndə (Maraqlı şəxs) “doğum faktının müəyyən olunması” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X6 31 dekabr 1954-cü il tarixdə Şamaxı rayonu, Çarhan kəndində tibb müəssisəsindən kənarda doğulması, anasının X10, atasının isə X18 olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ərizəçilər bacı və qardaşdırlar. Onlar ailədə 10 övlad olmuşlar. X2 xx.xx.1954-cü il tarixdə Şamaxı rayonu, Çarhan kəndində doğulmuşdur. X3, anaları X7r. Analarının 10 övladı olub, buna görə Azərbaycan SSRİ qəhrəman ana ordeni ilə təltif edilmişdir. 9 övladın doğum haqqında şəhadətnaməsi var. Bacısı Bəsirə isə savadsızlıq və etinasızlıq ucbatından doğum haqqında şəhadətnaməsi alınması üçün müraciət edilməmişdir. O, ailə qurmamışdır. Hal-hazırda ata evləri olan ünvan 1 ünvanında qardaşı Zakir ilə bir evdə yaşayır. Ailə qurmamışdır və heç bir yerdə işləmir. Evdar qadındır, daim evdə qardaşı övladları ilə birgə yaşayıb, onların böyüməsi və ev işlərinin görülməsi ilə məşğul olmuşdur. Savadsız olduğundan nə orta təhsil almış nə də hər hansı bir dövlət orqanında qeydiyyata alınmamışdır. Xəstəliyi ilə əlaqədar Şamaxı rayon Mərkəzi Xəstəxanası və Bakı şəhərində yerləşən xəstəxanalara müraciət etmiş, amma bacısının şəxsiyyət vəsiqəsi olmadığından qəbul etməmişlər. AR Konstitusiyası ilə müəyyən olunan dövlət orqanlarına müraciət etmək hüququ, 07 fevral 2024-cü il tarixdə keçirilən seçkidə iştirak etmək hüququ, tibbi xidmətdən istifadə etmək kimi əsas hüquqlarından məhrum olunmuşdur. Doğum haqqında şəhadətnaməsi ilə bağlı Maraqlı şəxs 31 mart 2022-ci il tarixli arayışı ilə doğum akt qeydinin Maraqlı şəxs, Çarhan kənd İcra Nümayəndəliyi, Şamaxı rayon Qeydiyyatb Şöbəsinin arxivində aşkarlanmadığı bildirilmişdir. Qonşuların iştirakı ilə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər Nümayəndəliyində olmuşlar, onlar da bacısının doğulmasını, orada yaşamasını təsdiq etsələr də bunun da bir faydası olmamışdır. Ona bildirilmişdir ki, doğum faktını təsdiq edən məhkəmə qərarı lazımdır. Onun doğum faktının müəyyən edilməsi məhkəmədənkənar mümkün deyildir. Odur ki, bacısının yəni X6 31 dekabr 1954-cü il tarixdə Şamaxı rayonu, Çarhan kəndində tibb müəssisəsindən kənarda doğulması faktı müəyyən olunmalıdır. Bunu təsdiq edəcək şahidləri və sübutları var. Məhkəmə iclasında iştirak edən ərizəçi və digər ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X15 izahat verərək bildirdi ki, ərizəçilər tərəfindən Maraqlı şəxsnə ünvanlanmış X6 doğum faktının müəyyən olunması barədə müraciətə imtina verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi Nümayəndə qonşusudur. O, onların məhlələrinə gəlin gəlmişdir. Həmçinin, Ərizəçi1 da tanıyır, qızı ilə sinif yoldaşı olmuşdur. Onların atalarının adı Nəbi, analarının adı Nazlı olub. Onlar 10 uşaq olub. Aralarında rəhmətə gedən də olub. X8 da tanıyır. Hamı onu Bəsirə deyə çağırdığından onu Bəsirə kimi tanıyır. Bəsirə heç vaxt ailə qurmayıb, uşağı da yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, yalnız ərizəçi Nümayəndə tanıyır, qonşularıdır. X8 qonşuluqda görüb. Sadəcə adının Bəsirə olduğunu bilir. Belə ki, hamı onu Bəsirə kimi çağırır. Onların ata və anasını tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi Nümayəndə bacısını tanıyır. Qonşudurlar. 1990-cı ildən Bəsirə kimi tanıyır. Bəsirə ailə qurmayıb. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2022-ci il tarixli 05/Q-244/69 saylı Maraqlı şəxs arayışından görünür ki, X6 doğum haqqında akt qeydi 1950-1958-ci illər Maraqlı şəxs, Şamaxı rayon Çarhan kənd İcra Nümayəndəliyi üzrə Maraqlı şəxs arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. İş materiallarında olan X27 Filialının Şamaxı regional “ASAN Xidmət” Mərkəzinə ünvanlanan 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs 1947-ci ildən sonrakı illəri X27 Filialına təhvil verilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxx 1953-cü il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. X4, anası X7r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X10 tərəfindən 31 dekabr 1954-cü il tarixdə Şamaxı rayonu, Çarhan kəndində tibb müəssisəsindən kənarda qız cinsli uşaq doğulub. Onu hazıda Bəsirə kimi çağırırlar. Onun doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. X1 Nəbi Abdul oğlu ilə nikahda olmuşdur. Həmin şəxs hal-hazırda sağlam olmaqla qardaşının yanında yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi şəxsin şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 31 dekabr 1954-cü il tarixdə Şamaxı rayonu, Çarhan kəndində tibb müəssisəsindən kənarda doğulması, anasının X10, atasının isə X18 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-262/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-262/2024
02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver