Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-263/2025 24.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 Saylı Şamaxı Ərazi İdarəsi) qarşı “zəbt edilmiş torpaq sahəsinin özünə qaytarılması və ondan maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 Saylı Şamaxı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 4,342473 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin Cavabdeh tərəfindən boşaldılaraq özünə qaytarılması və ondan maneəsiz istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, notarial təsdiqli surətini bu ərizəyə daxil etdiyi seriya MH ******* nömrəli, reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan xx.xx.2008-ci il tarixli Çıxarış sənədindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində 4.342473 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kimi əkin sahəsi məqsədi ilə onun mülkiyətinə verilmişdir. Surətini bu ərizəyə daxil etdiyi reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il tarixli digər Çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndindəki 0,0931 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Bu torpaq sahəsi ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi də ona məxsus torpaq sahəsinin üzərinə düşmüşdür. Bu ərizəyə daxil etdiyi elektron xəritədə ona məxsus 4.342473 ha torpaq sahəsi qırmızı xətlə göstərilmişdir. Lakin ona məxsus torpaq sahəsinin zəbt olunmasını öyrəndiyindən torpağının sərhədlərinin və koordinatlarının müəyyən edilərək ona qaytarılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edib. Surətini bu ərizəyə daxil etdiyi - maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən ona göndərilmiş 3-21 -3-41/2-S-00xxxx/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli cavabda yazılmışdır ki, ona məxsus torpaq sahəsi 0.16 ha azalaraq 4.18 ha kimi torpaqların elektron kadastr uçotu informasiya sisteminə işlənilmişdir. Yekunda bu mübahisə ilə bağlı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Maraqlı Şəxs - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi bu problemi yaratdıqlarına görə 3-21-3-41/2-S-00xx-xx/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli cavabını ona çox gec verib. Surətini bu ərizəyə daxil etdiyi 092428 saylı vəsiqədən görüntir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 2013-cü ildən etibarən 2-ci qrup əlildir. Surətini bu ərizəyə daxil etdiyi 002207 saylı, 01 mart 1994-cü il tarixli vəsiqədən görünür ki, o, şəhid ailəsinin üzvüdür. Surətini bu ərizəyə daxil etdiyi 071217 saylı, xx.xx.2005-ci il tarixli vəsiqədən görünür ki, o, müharibə veteranıdır. Məhkəməyə bildirir ki, onun mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. O, cavabdehə və onun ailə üzvlərinə torpaq sahəsinin boşaldılmasını xahiş etsə də müraciətinə məhəl qoymayıblar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izahat verib bildirdi ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən reyestr nömrəsi **********43 olan 4,342473 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli olan 0,0931 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2025-ci il tarixli, 10/5288 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 41/2-1659/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 4,342473 ha torpaq sahəsinin yerləşdiyi ərazi naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Belə ki, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə 4,342473 ha torpaq sahəsi verilsə də, faktiki istifadəsində 4,04 ha torpaq sahəsi vardır. MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən 4,342473 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətindəki pay torpaqları və faktiki istifadədə olan həyətyanı torpaq sahələri ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları İddiaçı azaldılaraq 4,18 ha torpaq sahəsi işlənmişdir. Elektron uçot məlumatlarında (TEKUİS) X6iuna torpaq sahəsinin az işlənməsinə səbəb onun torpaq sahəsinin yerləşdiyi massivdə əkinə yararlı torpaq sahəsinin çatışmamazlığıdır. Bu səbəbdən həmin massivdə pay torpaqları olan bütün mülkiyyətçilərin torpaq sahəsi azaldılaraq işlənmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi **********37) əsasən Cavabdeh məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,0931 ha torpaq sahəsi naturada faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə fərqi vardır. Belə ki, X1 faktiki istifadəsində 0,1155 ha torpaq sahəsi vardır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh faktiki istifadəsində 0,1155 ha torpaq sahəsinin 0.0265 ha hissəsi MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında İddiaçı Qandalı oğluna azaldılaraq işlənmiş 4,18 ha torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində 0,1155 ha torpaq sahəsi üst-üstə düşmür. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 4,342473 ha torpaq sahəsində hər hansı tikili (transformator) mövcud deyildir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında İddiaçı azaldılaraq işlənmiş 4.18 ha torpaq sahəsinin 0.04 ha hissəsi naturada mövcud olan transformatorla üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində aparılmış torpaq islahatının nəticələrini əks etdirən DWG (islahat nəticələrini özündə əks etdirən xəritə materialı) məlumatları ilə faktiki istifadəçilik arasında uyğunsuzluqlar mövcuddur. İddiaçı mülkiyyətinə 4,342473 ha torpaq sahəsinin MH seriyalı, ******* nömrəli Çıxarışı DWG (islahat nəticələrini özündə əks etdirən xəritə materialı) məlumatlarına əsasən verilmişdir. Yuxarıda qeyd olunmuş uyğunsuzluqlar mütəxəssis rəyinə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 4,342473 ha torpaq sahəsinin 0.0265 ha hissəsi Cavabdeh tərəfindən boşaldılmalı, həmin torpaq sahəsi iddiaçıya qaytarılamalı və iddiaçının həmin torpaq sahəsindən maneəsiz istifadə hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın xərci 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 4,342473 ha torpaq sahəsinin 0.0265 ha hissəsi Cavabdeh tərəfindən boşaldılsın, həmin torpaq sahəsi iddiaçıya qaytarılsın və iddiaçının həmin torpaq sahəsindən maneəsiz istifadə hüququ təminsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-263/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-263/2025
24.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver