Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-27/2025 23.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdulayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hasarın çəkilməsi və qanunsuz əməllərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evinin həyətində onun evinin həyətinə baxan hissəsində 1 metr aralıda onun hesabına divarın çəkilməsi, mülkiyyətində olan evinin üzərində cavabdehin qurduğu dəmir rəfin sökülüb, dəmirləri onun evinin yanından uzaqlaşdırılması, aralarında olan divarın üstündən çənin götürülməsi, cavabdehin onlara qarşı dediyi təhqir, tənqid və eyhamlara son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. O və qardaşı Şamaxı şəhəri, Qanlı 20 Yanvar küçəsi 38 (yeni qaydalarla 52) saylı evdə qeydiyyatdadırlar, həmin ünvanda öz ailələri ilə yaşayırlar. Yaşadığı ev xüsusi mülkiyyət olmaqla, ümumi sahəsi 65,2 kv.metr, torpaq sahəsi isə 0,0172 hektardır. Bacısı Rima onun xeyrinə, digər bacısı Həcər isə Vaqifin xeyrinə imtina etməklə, valideynlərindən qalan ev onlar arasında bərabər paylara bölünmüş, evin və həyətin 1/2 hissəsinə mülkiyyət hüququ yaranmışdır. Payların 1/2 hissəsinə mülkiyyət hüququ yaranmasına baxmayaraq, onlar təxmini olaraq evlər arasında mişar daşı ilə divar tikdirmişlər. Vaqifin onlara pis münasibət bəsləməsi səbəbindən, münasibətləri pozulmuş, hətta ziddiyyətlidir. Fikirləşirdi ki, birbirlərini görməz, nə də, arada söz-söhbət olmaz. Vaqif onun evinin divarı üzərində rəflər qurub, ağır dəmirləri orada saxlayır, pəncərəsinin qarşısına dəmir təbəqə tutulmaqla, evdən istifadəsinə imkan vermir. Dəmir təbəqədən yağış yağış evə axır, sular evin divarını yararsız hala salır. Dəfələrlə xahiş etmişdir ki, bu dəmir təbəqini çıxarsın. Lakin, cavabında söyülüb, eyhamlar, hətta “nə edirimsə əcəb edirəm, get kimə deyirsən de” sözlərini eşitmişdir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müharibə veteranıdır, şəkər xəstəsidir, Vaqifin bu hərəkətləri onun vəziyyətinin gündən-günə pisləşməsinə səbəb olur. Artıq onun bu hərəkətlərinə dözə bilmir. Vaqif onun evinin pəncərəsinə dəmir təbəqə vurub, evinin üzərində dəmir rəflər düzəldib, ağır dəmirləri həmin rəfdə saxlayır. Onun evinin artıq yaşamaq üçün yararsız hala düşübdür. Cavabdehin bu hərəkətlərinə son qoyulmalıdır. Divarın üstünə su çəni qoyulub, çəndən axan su həyətini pis vəziyyətə qoyur. Əvvəl də, məhkəməyə müraciət etmişdir, sonradan sənədlərini geri götürdü ki, bəlkə cavabdeh öz hərəkətlərinə son qoyar, lakin belə olmadı, bu hərəkətləri davam edir, indi də, çəni onun divarının üstündə yerləşdirib. Evinin Vaqifin həyətinə düşən hissəsində aralıdan divar tikilərsə; Vaqif tərəfindən onun evinə vurulan ziyanın qarşısı alınar. Çünki o, öz əməllərini davam etdirməkdədir. Əvvəliki məhkəməyə müraciətində iş üzrə təyin edilmiş ekspertiza zamanı mütəxəssis rəyində də göstərilir ki, 65 kv.metr sərbəst torpaq sahə var. Mütəxəssis deyir ki, bu sahə kiçik hissələrə bölünə bilməz. Bu məsələnin ən asan həll yolu var. Belə ki, 65 kv. metr torpaq sahəsinin hesabına yarım və ya bir metr aralıda divar çəkilərsə, bu da təxminən 10-15 kv.m. təşkil edir. Həmin divarın çəkilməsi evini cavabdehin hərəkətlərindən qoruyacaq, bundan sonra aralarında mübahisə qalmayacaqdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində Şamaxı şəhəri Qanlı 20 Yanvar küçəsi, ev 38 a, yeni qaydalarla ünvan 1 ünvanında 0,01651 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 88,3 kv.m. olan fərdi yaşayış evi vardır. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı evin həyətinə baxış keçirilərkən, həyətə daxil olan zaman sol tərəfdə iddiaçı və cavabdehin əmlaklarını ayıran hasar vardır. Hasarın üstü dəmir örtüklə bağlıdır. Həyətin düzünə istiqamətdə sonda üzbə-üzdə iddiaçıya məxsus yaşayış sahəsidir. Cavabdeh yaşadığı evin həyətinə baxış keçirilərkən, həyətə daxil olan zaman cavabdehə məxsus yaşayış sahəsi mövcuddur. Həyətin girişində sağ tərəfdə isə sanitar qovşağı mövcuddur. Bundan sonra cavabdeh və iddiaçının əmlaklarını ayıran hasar vardır. Hasarın üstü dəmir örtüklə bağlıdır. Eyni zamanda, hasarın üstündə cavabdehə məxsus plastik su çəni mövcuddur. Həyətin düzünə istiqamətdə sonda sol tərəfdə cavabdehə məxsus saxlanc yeri mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli 3-16-16/2-10/10197/2024 saylı ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-41/2-2967/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi 192 m2 təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, ona məxsus 165,1 m2 torpaq sahəsi faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh faktiki istifadəsində olan, tikinti altında olmayan, sərbəst qalan 65 m2 torpaq sahəsi İddiaçı mülkiyyətində olan 165,10 m2 torpaq sahəsinin xaricində yerləşir. Mübahisə predmeti olan 13 metr uzunluğunda 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının, faktiki sərhəd hasarından 1 metr məsafədə (cavabdehin fərdi yaşayış evinə doğru) inşasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Həmçinin qeyd olunur ki, yeni hasarın inşa olunduğu torpaq sahəsi İddiaçı mülkiyyətində olan 165,10 m2 torpaq sahəsinin xaricində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il qeydiyyat tarixli **********39-10301 reyestr nömrəli çıxarışa əsasən, ümumi sahəsi 88,3 kv.m. olan fərdi yaşayış evi və 0,01651 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus evin əsas divarında ağır dəmir konstruksiyalar yerləşdirilməklə, dəmir rəflər düzəldilmiş və eyni zamanda, iddiaçıya məxsus olan evə işıq düşən yeganə pəncərəsinin qarşısını dəmir təbəqə ilə örtməklə, cavabdeh tərəfindən, tərəflərin evləri arasında olan 1.2-1.5 metr məsafədə saxlanc yeri düzəldilmişdir. Həmçinin, cavabdehə məxsus çu çəni də, iddiaçının divarı üstünə yerləşdirilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh faktiki istifadəsində olan, tikinti altında olmayan, sərbəst qalan 65 kv.m. torpaq sahəsi İddiaçı mülkiyyətində olan 165,10 kv.m. torpaq sahəsinin xaricində yerləşir. Eyni zamanda, ekspert rəyi ilə 13 metr uzunluğunda 2,2 metr hündürlüyündə yeni sərhəd hasarının, faktiki sərhəd hasarından 1 metr məsafədə inşasının texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Cavabdeh isə iddiaya qarşı etirazını bildirsə də, etirazının əsası kimi dəlillərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddanın “iddiaçının və ailə üzvlərinin cavabdeh tərəfindən təhqir, tənqid və eyhamlara məruz qalmaları hissəsində izah edir ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilə bilər. Odur ki, həmin hissədə iddia təmin olunmamalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı şəhəri, 20 Yanvar küçəsində yerləşən İddiaçı ilə Cavabdeh yaşadıqları ünvanda olan faktiki sərhəd hasarından bir metr məsafədə, cavabdehin fərdi yaşayış evinə doğru, 13 metr uzunluğunda, 2,2 metr hündürlüyündə yeni sərhəd hasarı iddiaçının hesabına çəkilməli, iddiaçıya məxsus evin üzərində cavabdeh tərəfindən qurulmuş dəmir rəf sökülməli, dəmirlər iddiaçının evinin yanından uzaqlaşdırılmalı, sərhəd hasarının üzərində olan su çəni götürülməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində məhkəmə xərci Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı şəhəri, 20 Yanvar küçəsində yerləşən İddiaçı ilə Cavabdeh yaşadıqları ünvanda olan faktiki sərhəd hasarından bir metr məsafədə, Cavabdeh fərdi yaşayış evinə doğru, 13 metr uzunluğunda, 2,2 metr hündürlüyündə yeni sərhəd hasarı İddiaçı hesabına çəkilsin. İddiaçı məxsus evin üzərində Cavabdeh tərəfindən qurulmuş dəmir rəf sökülsün, dəmirlər iddiaçının evinin yanından uzaqlaşdırılsın və sərhəd hasarının üzərində olan su çəni götürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində məhkəmə xərci Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-27/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-27/2025
23.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver