Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-277/2023 16.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi Şamaxı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın sədri Nümayəndə iştirakı ilə, Şamaxı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya doğum faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2016-cı il tarixdə Şamaxı şəhərində anadan olması, atasının X1, anasının X4 olması və X2 xx.xx.2018-ci il tarixdə Şamaxı şəhərində anadan olması, atasının X1, anasının X4 olması faktının müəyyən edilməsi və onlara doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Məhkəmə iclasında Şamaxı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın sədri Nümayəndə ərizə təqdim edərək, xüsusi icraat qaydasında verilmiş ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən, həmçinin maraqlı tərəf mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, ərizəçinin vəsatəti təmin edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə işi baxılmamış saxlamaqda haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şamaxı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın doğum faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-277/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-277/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver