Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-28/2024 03.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə qaytarılması və torpağın əvvəlki vəziyyətinin borpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ona məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,5199 ha torpaq sahəsində tikilmiş binanın sökülməsi, torpaq sahəsinin boşaldılaraq onun qanuni istifadəsinə qaytarılması və cavabdehlərin hesabına torpağın əvvəlki vəziyyətinin bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 0,5199 ha əkinə yararlı torpaq sahəsi var. Həmin əmlak **********82 reyestr nömrəsi və ********** Qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə adına dövlət qeydiyyatına alınmışdır. Ərazi Bakı-Şamaxı Yevlax yolunun 121-ci km-də yolun solunda yerləşir. Yolun sağ tərəfində yaşayan cevabdehlər 2-3 ildir ki, torpaq sahəsi üzərində iki otaqdan ibarət avtomaşınların yuyulması üçün obyekt tikmişlər. Əkin sahəsini daşla, torpaqla və metal qırıntıları ilə doldurmuşlar. Onun etirazlarına qətiyyən qulaq asmırlar. Hətta tikintiyə yaxın getsə belə üstünə hücum çəkirlər. Belə hesab edir ki, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində qanunsuz tikilmiş bina sökülməli və ərazi daşdan,tozdan təmizlənməli və əvvəlki vəziyyət bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus olan torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. Belə ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqdır. Orada olan bütün tikililər cavabdehlər tərəfindən tikilmişdir. Cavabdehlər bu gündə ona məxsus torpaq sahəsində tikinti işləri aparırlar. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-1148 kod 41001004 saylı şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 06 fevral 2002-ci il tarixli 02 saylı qərarı ilə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0.52 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak JN-1148 kod 41001004 saylı dövlət aktına əsasən Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 0.5199 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən 0,5199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 21 noyabr 2023cü il tarixli **********98 nömrəli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın plan ölçü sənədi olmadığından İddiaçı naturada iddia etdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi əraziyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş JN-1148 nömrəli Dövlət Aktına əsasən araşdırılma aparılarkən məlum oldu ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən tərtib olunmuş xəritədə olan JN-1148 nömrəli torpaq sahəsi ilə uyğunluq təşkil edir. Torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. İddiaçı naturada iddia etdiyi torpaq sahəsi üzərində tikili mövcuddur və həmin tikilinin kim tərəfindən tikilməsini müəyyənləşdirmək Ərazi idarəsinin mütəxəssisinin səlahiyyətlərinə aid deyildir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İbrahim ismayıl oğlu tərəfindən inşa edilmiş tikililər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına uyğundurmu sualının cavablandırılması Ərazi idarəsinin mütəxəssisinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7735 saylı rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın plan ölçü sənədi olmadığından İddiaçı naturada iddia etdiyi torpaq sahəsinin konfiqurasiya və yerləşdiyi əraziyə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş JN- 1148 nömrəli Dövlət Aktına əsasən araşdırılma aparılarkən məlum oldu ki, iddiaçının naturda göstərdiyi və iddia etdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən tərtib olunmuş xəritədə olan JN-1148 nömrəli torpaq sahəsi ilə uyğunluq təşkil edir. Torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. İddiaçı naturada iddia etdiyi torpaq sahəsi üzərində tikili mövcuddur və həmin tikilinin kim tərəfindən tikilməsini müəyyənləşdirmək Ərazi İdarəsinin mütəxəssisini səlahiyyətlərinə aid deyildir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İbrahim ismayıl oğlu tərəfindən inşa edilmiş tikililər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına uyğundurmu sualının cavablandırılması Ərazi idarəsinin mütəxəssisinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0.5199 ha torpaq sahəsində cavabdehər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş bütün tikililər cavabdehlərin hesabına sökülməli, torpaq sahəsi boşaldılmalı, torpaq sahəsinin əvvəlki vəziyyəti cavabdehlərin hesabına bərpa edilməli və torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0.5199 ha torpaq sahəsində cavabdehər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş bütün tikililər cavabdehlərin hesabına sökülsün, torpaq sahəsi boşaldılsın, torpaq sahəsinin əvvəlki vəziyyəti cavabdehlərin hesabına bərpa edilsin və torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-28/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-28/2024
03.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver