Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-283/2020 22.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, x2 cavabdehlər Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair” iddia ərizəsi ilə üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı x5 cavabdehlər Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Paşaliyev Zəkəriyyə, həyat yoldaşı Cavabdeh2 və uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adlarına verilmiş JN-1954-A KOD 41002016 KOD-lu torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab olunması və həmin torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, 17 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Paşaliyev Zəkəriyyə məxsus olan Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən 0.08 ha sahəsi olan həyətyanı fərdi yaşayış evini almışdır. Müqavilə ev üçün bağlansada, əslində pul torpaq sahəsinə görə verilib. Evə vaxtı ilə çox kiçik tikilmiş evlər olduğu üçün böyük məbləğdə dəyərləri olmur. Evi aldıqdan sonra evin həyətyanı torpaq sahəsidə istifadəsinə keçirdi. Bu səbəbdəndə torpağa mülkiyyət sənədi verilən zaman adına verilməli idi. Üstündən neçə illər keçməyinə baxmayaraq DƏDRX-na müraciət etdiyi zaman məlum olmuşdur ki, torpaq evin keçmiş mülkiyyətçisi Paşaliyev Zəkəriyyə, Cavabdeh2, x1, Cavabdeh4 və Cavabdeh5 adına keçirilmişdir. JN - 195 A saylı 41002016 KOD-lu torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bu səbəbdəndə DƏDRX-nm 14 saylı Ərazi idarəsi torpağı adına almaqdan imtina etmişdir. Belə hesab edir ki, bu şəhadətnamə düzgün tərtib olunmamış, əsasssız olaraq torpaq sahəsi Paşaliyev Zəkəriyyə, Paşaliyeva Xammzadə, Cavabdeh3. Cavabdeh4 və Cavabdeh5 adına verilmişdir. JN-195A saylı 41002016 KOD-lu torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız olunmalıdır. Odur ki, Paşaliyev Zəkəriyyə, həyat yoldaşı Cavabdeh2 və uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adlarına verilmiş JN-1954-A KOD 41002016 KOD-lu torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab olunması və həmin torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı x5 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Bakı şəhərində olduğundan və məlum pandemiya ilə əlaqədar Bakı şəhərini tərk edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvanlanmış bildirişlər “köçüb, bu ünvanda yaşamır” qeydi ilə məhkəmənin ünvanına geri qayıtmış və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, x6 və x7 ifadə verib bildirdilər ki, Hafiz ilə 2003-cü ildən qonşudurlar, onu oradan tanıyırlar. Hafiz evi Zəkəriyyə Paşayevdən almışdır. Paşayevləri əvvəldən tanıyırlar. Onlar indi Rusiyaya çıxıb gediblər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-195A KOD 41002016 saylı şəhadətnamənin surətindən görünür ki, Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamaxı rayon AİK-nın11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi verilmişdir. Şəhadətnamə 25 noyabr 2003-cü il tarixdə verilmişdir. İş materiallarında olan 17 iyul 2003-cü il tarixli № 189959 saylı müqavilənin surətindən görünür ki, Paşaliyev Zəkəriyyə tərəfindən verilmiş vəkalətnaməyə əsasən x9 1992-ci ildə tikilmiş ümumi sahəsi 53,6 kv.m yaşayış sahəsi 38,2 kv.m olan iki otaqlı fərdi yaşayış evini x3 ******* (iki milyon dörd yüz əlli min) manat satmışdır. İş materillarında olan Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş № 01/243 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 53,6 kv.m, yaşayış sahəsi 38,7 kv.m, 2 otaqlı 1 mərtəbəli yaşayış evi şəxsi Şamaxı rayon DNK-nun 4-ə-2ə196 saylı 17 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında x3 məxsusdur. İş materiallarında olan 04 fevral 2020-ci il tarixli aktdan görünür ki, Şamaxı rayon İ.H.B-nın Mədrəsə qəsəbə İ.Ə.D-sı üzrə nümayəndəsinin müavini x6, Mədrəsə bələdiyyəsinin sədri x8, Mədrəsə qəsəbə sakinləri Paşaliyev Mamat, Əliyev Eldar Mövlud oğlu, qonşu Aliyev Mavlid tərtib edirik həmin aktı ondan ötrü ki, 17 iyul 2003-cı il tarixində Mədrəsə qəsəbə M.Ə.Sabir küçəsi 22 nömrəli evi həyətyanı sahəsi ilə birlikdə alqı-satqı müqaviləsi ilə Bakı şəhər sakini İddiaçı almışdır və hal-hazırda onun istifadəsindədir. Aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nın Mədrəsə qəsəbə İƏD üzrə nümayəndəliyinin 04.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Şamaxı rayonunun Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsi 22 nömrəli yaşayış evini və o evə məxsus 0.8 ha torpaq sahəsini 17 iyul 2003- cü il tarixində Paşaliyev Zəkəriyyədən almışdır. İş materiallarında olan DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin 28 oktyabr 2019-cu il tarixli x3 ünvanlanmış məktubundan görünür ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən Paşaliyev Zəkəriyyəyə JN:195A (kod41002016) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Paylı mülkiyyət hüququ üzrə hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınmasına razılıq vermədiyiniz üçün müraciətinizin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1 -ci maddəsinə əsasən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, 17 iyul 2003-cü il tarixli № 189959 saylı alqı-satqı müqaviləsinə əsasən Paşaliyev Zəkəriyyə tərəfindən verilmiş vəkalətnaməyə əsasən x9 1992-ci ildə tikilmiş ümumi sahəsi 53,6 kv.m yaşayış sahəsi 38,2 kv.m olan iki otaqlı fərdi yaşayış evini x3 ******* (iki milyon dörd yüz əlli min) manat satmışdır. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş № 01/243 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Şamaxı rayonu Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 53,6 kv.m, yaşayış sahəsi 38,7 kv.m, 2 otaqlı 1 mərtəbəli yaşayış evi Şamaxı rayon DNK-nun 4-ə-2ə196 saylı 17 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında x3 məxsusdur. Lakin iddiaçının Şamaxı rayon Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsində əldə etdiyi 0,08 ha torpaq sahəsi olan fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına JN-195A, Kod 41002016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Məhkəmə iclasında dinlənilmiş şahid ifadələrinə əsasən Hafiz evi Zəkəriyyə Paşayevdən almışdır. Onlar hal-hazırda Rusiyada yaşadıqlarını bildirmişlər. Göründüyü kimi, Şamaxı rayonu Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 53,6 kv.m, yaşayış sahəsi 38,7 kv.m, 2 otaqlı 1 mərtəbəli, 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya keçsədə, yalnışlıqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına JN-195A, Kod 41002016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Halbuki idiaçı həmin evi 17.07.2003-cü ildə aldıqdan sonra cavabdehlərin adına ondan sonra yəni, 25 noyabr 2003-cü il tarixdə əsassız olaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də məhkəmə hesab edir ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsində yerlşən ümumi sahəsi 53,6 kv.m, yaşayış sahəsi 38,7 kv.m, 2 otaqlı 1 mərtəbəli, 0,08 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi üzərində istifadə və əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ həmin torpaqdakı fərdi yaşayış evini Paşaliyev Zəkəriyyə tərəfindən verilmiş vəkalətnaməyə əsasən x9 adlı şəxsdən satın almış iddiaçıya keçdiyindən, Şamaxı rayonu Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən 53,6 kv.m, yaşayış sahəsi 38,7 kv.m, 2 otaqlı 1 mərtəbəli yaşayış evinin 0.08 ha torpaq sahəsinin cavabdehlərin mülkiyyətinə ayrılması və bu barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 JN-195A, Kod 41002016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi qanunsuz olmuşdur. Odur ki, cavabdehlərin adına tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair həmin şəhadətnamə etibarsız hesab edilməli və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı x2 Şamaxı rayon Mədrəsə qsəbəsi M.Ə.Sabir küçəsi ərazisindən alqı-satqı müqaviləsinə əsasən aldığı fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına tərtib edilmiş JN-195A, Kod 41002016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilsin. x2 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-283/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-283/2020
22.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver