Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-3/2025 05.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsi üzərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnun müəyyən edilməsi, bu torpaq sahələrindən iddiaçının payının özünə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr nömrələri **********11 və **********10 qeydiyyat nömrələri uyğun olaraq **********, ********** olmaqla, mülkiyyətçisi anası Cavabdeh2 olan xx.xx.2020-ci il tarixli Çıxarışlarda və mülkiyyətçisi atası X1 olmaqla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında (JN-0057, KOD ********) torpaq sahələrində payçı olduğundan ona düşən ümumi torpaq sahəsi payının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək reyestr nömrəsi **********11, qeydiyyat nömrəsi ********** olan Çıxarışda ona ayrılmış 0,165485 ha torpa sahəsinin onun istifadəsinə verilməsi üzrə məhkəmə baxışının davam etdirilməsini, reyestr nömrəsi **********10 qeydiyyat nömrəsi ********** olan Çıxarışda və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında (JN-0057, KOD ********) yazılmış ümumi torpaq sahələrində ona düşəsi torpaq sahələrinin bölünməsinə dair hissədə isə məhkəmə icraatının baxılmamış saxlanılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-815/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsi üzərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnun müəyyən edilməsi, bu torpaq sahələrindən iddiaçının payının özünə verilməsi” tələbinə dair iddia ərizəsi reyestr nömrəsi **********10 qeydiyyat nömrəsi ********** olan Çıxarışda və Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında (JN-0057, KOD ********) yazılmış ümumi torpaq sahələrində ona düşəsi torpaq sahələrinin bölünməsinə dair hissədə baxılmamış saxlanılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən, məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsi üzərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnun müəyyən edilməsi, bu torpaq sahələrindən iddiaçının payının özünə verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-3/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-3/2025
05.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver