Məhkəmə qərarları › İş №2(074)-311/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-311/2022

25.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-311/2022 25.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızınının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına verilmiş xx.xx.2017-ci il tarixli, seriya RX ******* saylı Çıxarışın ləğv olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, xx.xx.2012-ci il tarixində Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində X1 3.07 ha torpaq sahəsi almışlar. Hazırda həmin torpaq sahəsi Seriya MA-0392849 saylı Çıxarışda göstərilən 21 ha torpaq sahəsinin daxilindədir. Bu torpaqla bağlı 2013-cü ildə məhkəmə mübahisəsi olmuş, alqı-satqı müqaviləsi ləğv olunmuş və xx.xx.2017-ci ildə cavabdehin adına rəsmiləşdirilərək Seriya RX-1041834 saylı çıxarış verilmişdir. Lakin sonradan müddət bərpa olunaraq apelyasiya şikayəti verilmiş, Şamaxı rayon məhkəməsinin xx.xx.2013-ci il tarixli 2(074)-557/2013 saylı qətnaməsi ləğv olunmuşdur. Bu il həmin sahədə taxıl əkmişlər. Biçinə 10 gün qalmış gecə saatlarında cavabdeh onlara məxsus taxıl sahəsinin 4.5 ha hissəsini biçərək aparmışdır. Bununla bağlı ona müraciət etdikdə bildirmişdir ki, torpaq sahəsi onundur. Əlində Çıxarışı var. Bu məsələni araşdırmaq üçün DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət edilmiş, onlara bildirilmişdir ki, həmin Çıxarışın ləğvi ilə bağlı məhkəmə orqanlarından onlara hər hansı sənəd daxil olmamışdır. Ona görə də Cavabdeh adına verilmiş Çıxarış indiyə kimi ləğv olunmamışdır. Lakin DƏDRX-nin bu mövqeyi düzgün deyil. 10 iyul 2020-ci il tarixində Şamaxı rayon İcra və probasiya şöbəsinin 2625/4 saylı məktubu hələ 2020-ci ildə DƏDRX-nə daxil olmuş, lakin indiyə kimi DƏDRX Cavabdeh adına verilmiş Çıxarışı ləğv etməmişdir. Seriya RX-1041834 saylı Çıxarışın verilməsinə səbəb Şamaxı rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv olduğundan həmin qətnamənin ləğvi onun əsasında verilmiş Çıxarışın da ləğvinə səbəb olmalıdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-ci maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı-nin mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya icrada dönüş haqqında ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-1, 261, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı-nin Cavabdeh qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar