Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-317/2025 06.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbinin direktoru X7, Maraqlı şəxs X10 Xidmətinin X2 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbinə (maraqlı şəxs X10 Xidmətinin X5) qarşı “işə bərpa” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Şamaxı Rayonu Nüydü kənd orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Nüydü kənd orta məktəbinin direktorunun ocaqçıxadimə vəzifəsi üzrə əmək müqaviləsinə xitam verməsi əmrini ləğv edərək onun işinə bərpa edilməsinə dair qətnamə qət edilməsini və ödədiyi 50 manat mediasiya rüsumunun da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 2010-cu il tarixdən Şamaxı rayon Nüydü kənd orta məktəbində müddətsiz əmək müqaviləsi ilə ocaqçı, xadimə işinə qəbul edilmişdir. İşi müddətində müdiriyyət tərəfindən hər hansı inzibati tənbeh cəzası almamışdır. Lakin, Şamaxı rayonu Nüydü kənd orta məktəbinin direktoru tərəfindən xx.xx.2024-cü il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Lakin işdən azad edilməyi barədə xitam əmri ona verilməmişdir. O, pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar Şamaxı rayonunda fəaliyyət göstərən Mediasiya təşkilatına və eyni zamanda X10 Xidmətinə rəsmi qaydada müraciətlər edib. X6 X1 ona göndərilmiş 3-17-5/2-H-74929/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli rəydən görünür ki, Şamaxı rayon Nüydü kənd orta məktəbinin direktoru tərəfindən işdən qanunsuz olaraq çıxarılmağı müəyyən edildiyi bildirilmişdir. Həmin rəydə yazılmışdır ki, aşkar olunmuş pozuntulara görə Şamaxı rayon Nüydü kənd orta məktəbinin direktoru X12 barədə xx.xx.2024-cü il tarixli inzibati xəta protokolu tərtib olunmuş və bu protokola əsasən o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən DƏMX-in Dağlıq X9 xx.xx.2024-cü il tarixli, MN0020670 nömrəli qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 1500 (min beş yüz) manat cərimə olunmuşdur. Eyni zamanda həmin qərarda direktor Y.Ə.Xəlilovdan onun əmək müqaviləmə xitam verilməsi əmrinin ləğv edilməsi tələb olunmuşdur. Buna baxmayaraq Şamaxı rayon Nüydü kənd orta məktəbinin direktoru Y.Ə.Xəlilov X10 Xidmətinin tələbinə əməl etməmişdir. xx.xx.2024-cü il tarixli Mediasiya arayışından görünür ki, cavabdehin təqsiri üzündən bu mübahisə barışıq sazişi qaydasında həll edilə bilməmişdir. O, müddətsiz əmək müqaviləsi ilə Şamaxı rayon, Nüydü kənd orta məktəbində ocaqçı, xadimə işinə qəbul edilmişdir. Orada ümumi əmək müqaviləsinin müddəti 14 (on dörd) ildən çoxdur. X10 Xidmətinin X5 tərəfindən verilmiş rəydən görünür ki, işəgötürən tərəfindən onun əmək müqaviləmə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci və 80-ci maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən işəgötürən inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuş və eyni zamanda işəgötürəndən özünün verdiyi əmri ləğv etməsi tələb olunmuşdur. Lakin işəgötürən bu tələbə məhəl qoymamışdır. Ona görə də mənə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Şamaxı rayonu, Nüydü kənd orta məktəbinin direktoru tərəfindən ocaqçı, xadimə vəzifəsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi əmri əsassız olduğundan ləğv edilməli və öz işimə bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o işdən azad olunmamalı idi. İşə bərpa olunmaq istəyir. Cəmi bir gün əvvəl yəni 12 sentyabrda ona bildirilib ki, 13 sentyabrda işdən çıxarılacaq. Buna görə də o, işə getməmişdir. İşdən çıxarılma bərədə əmr və əmək kitabçası ona rəsmi təqdim edilməyib və ünvanına göndərilməyib. Direktor həmin sənədləri ona iş yoldaşı vasitəsilə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbinin direktoru X12 izahat verib bildirdi ki, 11 sentyabrda iclas keçirilmiş və ixtisara düşən işçilərə, o cümlədən iddiaçıya 13 sentyabrdan işdən azad olunacaqları bildirilmişdir. Bu barədə texniki işçilərin və müəllimlərin məlumatı olub. İxtisar zamanı işçilərin ailə vəziyyəti nəzərə alınıb. İddiaçı 12 sentyabrdan işə gəlməyərək, müvafiq yerlərə şikayət etməyə başlamışdır. İddiaçı ixtisara ona görə salınıb ki, o, pensiya alır. İddiaçıya əmək kitabçasını və əmrin surətini alması təklif edilsə də o, məktəbə gəlməmiş və həmin sənədlərin ona göndərilməsini xahiş etmişdir. Məktəbdə 1,0 ştat vahidi kiçik xidmətçi ştatı ixtisara düşmüş, həmin ştatla çalışan işçi iddiaçının 0,5 ştat vahidi üzrə kiçik xidmətçi vəzifəsinə keçirilmiş iddiaçı isə işdən azad edilmişdir. O, qanunvericiliyin tələblərini bilmədiyindən iddiaçı işdən azad olunarkən buna əməl etməyib. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X10 Xidmətinin X2 nümayəndəsi X15 izahat verib bildirdi ki, iddiaçı işdən çıxarılan zaman qanun pozuntusuna yol verilib. Bu barədə cavabdehə rəsmi məlumat verilmiş və iddiaçının işə bərpa edilməsi istənilmişdir. Lakin cavabdeh bu tələbə də əməl etmədiyindən DƏMX-in Dağlıq X9 xx.xx.2024-cü il tarixli, MN0020670 nömrəli qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 1500 (min beş yüz) manat cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 45 saylı əmrin surətindən görünür ki, Nüydü kənd orta məktəbinin 0,5 ştat vahidi kiçik xidmətedici işçisi İddiaçı – sinif komplektlərinin sayının azalması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarının tələbinə əsasən 1,0 ştat vahidi kiçik xidmətedici işçi ştatı ixtisara düşdüyü üçün məktəbin 0,5 ştat xadiməsi yaşa görə əmək pensiyası alan İddiaçı – tutduğu vəzifədən xx.xx.2024-cü il tarixdən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, son haqq hesabın ödənilməsi əmr edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən 528 saylı əmrə əsasən Şamaxı Rayonu Nüydü kənd orta məktəbinə müddətsiz əmək müqaviləsi ilə “ocaqçı” vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında MN ******* saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən X7 barəsində 1500,00 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Nüydü kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 46 nömrəli protokolundan görünür ki, məktəbin həmkarlar ittifaqı Nüydü kənd tam orta məktəbində sinif komplektlərinin sayının azalması səbəbindən 0,5 ştat vahidi xadiməsi, yaşa görə əmək pensiyası alan İddiaçı 1,0 ştat vahidi kiçik xidmətçi işçi ştatı ixtisara düşdüyü üçün xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə işdən azad olunmasına etiraz etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində əsasən Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Mülki işin materiallarından görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdən Şamaxı rayon Nüydü kənd orta məktəbinə ocaqçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Lakin o, işdən azad edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməmiş, həmçinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilarının qabaqcadan razılığı alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Şamaxı rayonu Nüydü kənd orta məktəbinin 13 sentyabr 2024cü il tarixli, 45 saylı əmri ləğv edilməli, İddiaçı həmin məktəbdə öz işinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 50 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Şamaxı rayonu Nüydü kənd orta məktəbinin 13 sentyabr 2024-cü il tarixli, 45 saylı əmri ləğv edilsin və İddiaçı Şamaxı rayonu Nüydü kənd orta məktəbində kiçik xidmətçi (xadimə) vəzifəsinə bərpa edilsin. Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-317/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-317/2025
06.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver