Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-331/2022 24.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4, Üçüncü şəxs X12 iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10000 manat pulu, həmin vaxtdan bu günə qədər olan infilyasiya fərqini indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan X8, 17 iyun 2005-ci il tarixdə, Binəqədi rayon Xocəsən Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək, Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadəsində olan 600m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün, mülkiyyətinə verilməsini xahiş etmişdir. Ə.Qənbərov həmin torpağın nəzərdə tutulmuş satış qiymətini, o vaxtki qiymətlə 2400 000 manat pulu Xocəsən bələdiyyəsinin büdcəsinə ödəyərək almışdır. Ə.Qənbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il vaxt keçsədə maddi imkanının olmaması səbəbindən, hər- hansı bir tikinti işləri apara bilməmişdir. Ona görə də həmin 600m2 olan torpaq sahəsini etibarnamə vasitəsilə ünvan 3 ünvanda yaşayan Cavabdeh satmışdır. Cavabdeh həmin torpaq sahəsini aldıqdan bir neçə il vaxt keçsədə hər hansı bir tikinti işləri aparmamışdır. O və bacısının həyat yoldaşı X19 2015-ci ildə, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidən hər birinə 3 sot olmaqla, 6 sot torpaq sahəsi almaq istəyiblər. Elnur adlı bir şəxs həmin ərazidə özünə məxsus olan 600m2 torpaq sahəsi satdığını öyrənmişlər. Elnurun mobil nömrəsini öyrənmiş, onunla danışmış və müəyyən olunmuş yerdə görüşmüşlər. Bacısının yoldaşı Beyləqan şəhərində yaşadığına görə teztez Bakıya gəlməsi çətin olduğundan o, öz payına düşən (yəni 3 sotun) 5000 (beş) min manat pulunu ona verib ki, 600m2 torpaq sahəsini alsın və sonra torpağı bölsünlər. Ona görə də o Elnurla həyat yoldaşı ilə birlikdə görüşmüşlər. Söhbət zamanı Cavabdeh onlara deyib ki, Sulutəpə qəsəbəsi Yeni yaşayış massivi adlanan ərazidə öz adına fərdi yaşayış evinin tikilməsi üçün 600m2 torpaq sahəsi var. Həmin torpaq sahəsini ümumilikdə 10.000 (on) min manata satır. Şifahi razılaşdıqdan sonra torpağa baxmaq üçün getmiş Cavabdeh hamar bir sahəni göstərərək torpaq sahəsinin ora olduğunu demişdir. Xoşagələn sahə olduğu üçün razılaşmışdır. Həyat yoldaşı Elnurdan torpağın çıxarışının olub-olmamasını soruşmuş, Elnur isə hələ çıxarış almadığını ancaq problem olmadığını, Məhbubənin adına etibarnamə verəcəyini, həmin etibarnamə əsasında torpağın bütün sənədlərini ala biləcəklərini demişdir. Həmin gün o, həyat yoldaşı və Cavabdeh Bakı şəhər 19 saylı notariusuna getmişlər və Cavabdeh onun adına 20 avqust 2015-ci il tarixli AR-İ 423092 nömrəli etibarnamə vermişdir. Həmin etibarnamədə özəlləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi, satmağı, bağışlamağı ipoteka qoymağı, adından ərizə verməyi və iddia ərizəsi verməyi və digər hərəkətləri etməyi etibar edildiyi qeyd edilmişdir. Əlbəttə dövlət notariusu tərəfindən verilən bu hüquqlar onları inandırıb ki, onlar bu etibarnamə əsasında həmin torpağın tam mülkiyyətçisi olmuşlar. Onlar 10.000 (on) min manat pulu Cavabdeh vermişlər. Cavabdeh bir daha təkrarlamıdır ki, torpaqla bağlı nə maneə yaransa o cavabdehdir. Bu alqı-satqıdan bir neçə ay keçmişdir ki, yoldaşının səhətti pisləşməyə başlamış, həkim müayinəsi zamanı şəkərin 200-ə qalxması, infakt keçirməsi aşkarlanmışdır. Həmin vaxtdan günlərinin əksəriyyəti xəstəxanalarda olmağa başladı. Xəstəliyi o həddə gəldi ki, yüksək şəkərin təsirindən yoldaşının gözləri də tutulmağa başladı. Çarəsiz çalıb dəfələrlə İran İslam Respublikasına müalicəyə, bir dəfə də əməliyyata aparmışlar. Son dəfə Bakıda əməliyyat olunsa da görmə qabiliyyətini bərpa edə bilmədilər və son olaraq 1-ci dərəcəli gözdən əlillik vəsiqəsi verildi. Onların həmin torpaq sahəsini aldıqdan 2-3 ay sonradan günləri, pulları xəstəxanalarda xərcləndi. Hələ bacısının yoldaşında olan pulları da onlar alıb o yolda xərcləmişlər. Yəni heç kimdə nə pul nədə vaxt olmadı ki, həmin torpaq sahəsində hər hansı bir tikinti işləri aparsınlar. Ancaq bu halın özü əsas vermir ki, kimsə gəlib o pul verib aldığı torpaqda tikinti işləri aparsın. Özüdə torpağa dair heç bir sənədi olmadan ancaq təssüflər ki, olur. Belə ki, 23 sentyabr 2020-ci il tarixdə Sulutəpə ərazisində torpaq alqı-satqısı (makler) ilə məşğul olan Zaur adlı şəxs səhər-səhər zəng edib torpaq sahəsində kənar şəxslər tikinti işləri apardığını demişdir. O, yoldaşı ilə getmiş həmin yerə Cavabdeh onlara göstərdiyi (satdığı) yerdə yox, sağ tərəfindəki yerdə tikinti işləri aparılır. Onlar yenə Zaura telefonla demişlər ki, bu axı onlara göstərilən yer deyil. Zaur Cavabdeh göstərdiyi yer yox, cizgi-planda sənəddə satılan yerin hazırda tikinti işləri aparılan torpaq sahəsi olduğunu demişdir. Onlar həmin vaxt oradan gedib Xocəsən Bələdiyyəsinə sədrin qəbulunda olmuş və torpağa dair bütün sənədləri göstərmişlər. Sədr mütəxəssis çağırmış və aydın olmuşdur ki, Cavabdeh yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satıb. Hansı ki, kənar şəxslər tikinti işləri aparırlar. Onlar həmin vaxt başa düşmuş ki, Cavabdeh onları aldadaraq başqa torpaq sahəsini satıb. Onların həmin vaxt Cavabdeh telefonla zəng edib soruşublar ki, onları nə üçün aldadıb bir yeri göstərib digər yeri satıb. Cavabdeh cavabında deyib ki, ona da elə göstərib satıblar. Kimsə onu aldadıbsa bu o demək deyil ki, oda onları aldatmalıdır. Cavabdeh cavabı bu olub ki, pandemiya (qadağalar) vaxtıdı o Şamaxıdan gələ bilmir, onun adına etibarnamə və torpağında onlara məxsus olduğunu bildirən rəsmi sənədlər vermişdir. Həmin əsaslarla Xocəsən polis bölməsinə şikayət etsinlər ki, tikinti dayandırılsın. Sonrada məhkəmə vastəsi ilə o şəxsləri torpaqdan çıxararlar. Beləliklə 23 sentyabr 2021-ci il tarixdə o yoldaşı ilə Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 40-cı polis bölməsinə ərizə ilə müraciət ediblər. Bildiriblər ki, etibarnamə ilə aldığı torpaq sahəsi adlarını bilmədiyi şəxslər tərəfindən zəbt edilərək, qanuna zidd tikinti işləri aparırlar. Həmin tikinti işlərinin dayandırılmasını, həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsini və məhkəmə vasitəsi ilə torpağından çıxarılması barədə tədbirlər görülməsini xahiş etmişdir. Beləliklə həmin gündən Xocəsən qəsəbəsinin 40-cı PB-də araşdırma işi başlamışdır. Sonradan bu iş müstəntiq Ramil Vəliyevin düzgün araşdırıb son qərar çıxarması ilə başa çatdı. Əlbəttə bu yubandırmalarla aparılan polis araşdırması xeyli müddət vaxt itkisinə səbəb olmuşdur. Eyni zamanda yaradılmış bu vaxtdan sui-istifadə edən, torpağı zəbt edən X14, adı çəkilən torpağın üzərində qanunsuz fərdi yaşayış evi tikərək içərisinə yığışmışdı. Nəhayət, 23 sentyabr 2020-ci il tarixdə Binəqədi rayon Pl-nin 40-cı PŞ-də başlayan polis araşdırması, 19 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Vəliyevin “cinayət işindən materialın ayrılması” qərarı ilə başa çatdı. Həmin qərarda Cavabdeh 10.000 (on) min manat verib etibarnaməilə aldığı 600m2 torpaq sahəsini, X20 heç bir rəsmi sənəd vermədən, aldadaraq öz əmlakı adı altında X10 və X5 pul alaraq satmışdır. Ona görə də həmin qərarda Elman Bağırova AR.CM-nin 178.1 maddəsi ilə cinayət işi başlanmış, torpağı zəbt edənlər X9 və X2 həmin torpaq sahəsindən çıxarılmaları barədə ona mülki qaydada məhkəmədə iddia qaldırmağı bildirmişlər. Onlar müstəntiqin 19 oktyabr 2021- ci il tarixli qərarını aldıqdan sonra, məhkəmədə iddia qaldırmaq üçün, vəkilə müraciət etmiş, vəkil Cavabdeh ona verdiyi etibarnamədə həmin torpaq sahəsinə heç bir mülkiyyət hüququ verilmədiyini və bu etibarnamə ilə öz adından iddia qaldırıla bilməyəcəyini bildirmişdir. Cavabdeh 10000 (on) min manat pulunu alıb verdiyi etibarnamə, həmin torpaq sahəsinə heç bir mülkiyyət hüququ yaratmayan bir sənəddi. Deməli Cavabdeh onun təcrübəsizliyindən istifadə edərək, aldadaraq 10000 (on) min manat pulunu almışdır. O, həmin gün Cavabdeh zəng edib bildirib ki, torpağı zəbt edənləri oradan çıxarmaq üçün, məhkəmədə iddia qaldırmaq lazımdır. Ancaq verdiyin bu etibarnamə ilə onun iddia qaldırmaq hüququ yoxdur. Ona görə də bir tədbir gör köməklik elə, torpağın əsl sahibinin vasitəsi ilə məhkəmədə iddia qaldırıb torpağı qaytaraq. Cavabdeh cavabında torpağı ona satdığını gecikib ev tikmədiyi üçün indidə kimsə gəlib zəbt edibsə, bunun onluq olmadığını demişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 000 manat pulu qaytarıb almasına üzürlü səbəbdən itirilmiş iddia müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, Cavabdeh onu aldaraq hamar yeri onlara göstərərək, əks tərəfdə olan nahamar torpağı onlara 10000 manata satmışdır. Eyni zamanda həmin nahamar yer isə başqa şəxslər tərəfindən zəbt edilmişdir. Buna görədə iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbi əsaslıdır ona görə iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahat verib bildirdi ki, oğlu Əliquludan hansı torpaq sahəsini alıbsa oranı da iddiaçıya 10000 manata satmışdır. Həmin torpaq sahəsi isə kadastr planındakı kordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir. Hazırda həmin işlə bağlı mülkiyyətçi tərəfindən iddia qaldırılmış və iş məhkəmədədir. Eyni zamanda iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, hazırki iddianın verilməsi üçün müəyyən edilmiş 6 illlik iddia müddəti ötürülüb. Həmin torpaq sahəsi satıldığı xx.xx.2015-ci ildən 6 il 5 ay keçdikdən sonra verilmiş iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmiş imperativ normaya yəni daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 il müəyyən edilmiş müddətin keçirilməsi ilə verildiyindən rədd edilməlidir. Həmçinin əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında 1 illik iddia müddəti də ötürülmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verib bildirdi ki, iddiaçını tanıyır. Məhbubə ona torpaq axtardığını deyib və o, Cavabdeh torpaq sahəsi satdığını deyib. Özləri danışıb razılaşdıqdan sonra Məhbubə torpağı aldı. Göstərilən torpaq tikintiyə yararlı idi. Məhkəmə prosses iştirakçıarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.06.200-ci il tarixli 12/01 saylı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin qərarının surətindən görünür ki, Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600m2 torpaq sahəsi alqı-satqı yolu ilə X3 mülkiyyətinə verilməsi, vətəndaş X8 torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği (hər kv.m. üçün 4000 manat, cəmi: 2 400 000 manat) bələdiyyə büdcəsinə ödəyib, qəbzi bələdiyyəyə təqdim etməsi, ayrılmış torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin layihəsi rayon memarlıq xidməti ilə razılaşdırılması vətəndaşa tapşırılmış, torpaq sahəsinə mülkiyyət hüququnun təsdiqinə dair şəhadətnamənin verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi vətəndaşın nəzərinə çatdırılmış, ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi və alqı-satqı aktı ilə rəsmiləşdirilməsi bələdiyyənin icra aparatına tapşırılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X8 tərəfindən Xocəsən bələdiyyəsinə 08 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, 2 400 000 manatı bələdiyyənin hesablna ödəmiş, bunun müqabilində ona Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində 600 m2 torpaq sahəsi satılması barədə 2005-ci il 17 iyun tarixli 12/01 saylı qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci tarixli AR-İ 423092 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X8, etibar edən Cavabdeh, etibar edilən İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli N/12/01 saylı qərarə sasən Binəqədi rayon Xocəsən Bələdiyyəsi ərasində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.molan torpaq sahəsinə dair sənədləşmə işinn aparılması yəni hüququ müəyyənedici snədi, dövlət torpaq aktı və ya çıxarış verildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin məhdudiyyət və yüklülük haqqında arayışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Kadastr planı almağı, özəlləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi satmağı, bağışlamağı, dəyişməyi, ipoteka ödənişlərini ödəməyi vəiddia ərizəsi verməyi digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı X6 bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan X8 xx.xx.2005-ci İİ tarixdə Binəqədi rayonu, Xocəsən bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək Xocəsən bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi xahiş etmiş, həmin torpaq sahəsi üçün həmin dövrə olan qiymətlə ******* manat pulu Xocəsən Bələdiyyəsinin büdcəsinə ödəyərək almış, vət.Ə.Qəmbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il keçsədə maddi imkanının olmaması səbəbindən orada hər-hansı bir tikinti işləri apara bilmədiyindən həmin torpaq sahəsini etibarnamə ilə ünvan 6 ünvanında qeydiyyatda olan X1, Cavabdeh həmin torpaq sahəsində heç bir tikinti işləri aparmadan həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə ona satmışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra, həyat yoldaşının qəflətən ciddi xəstəlik tapması, onun həmin torpaq sahəsində hər hansı bir tikinti işləri aparmasına çətinlik yaratdığını, hal-hazırda maddi imkanı normal olduğu üçün həmin torpaq sahəsində tikinti işləri aparmaq istədiyini, ona bu işdə maneçilik yaradan şəxslərin olduğunu, torpaq sahəsi ilə qonşu olan adlarını bilmədiyi şəxslər qanunvericiliyin tələblərini pozaraq ona məxsus torpaq sahəsinin xeyli hissəsini zəbt etmələrini və hal-hazırda tikinti işlərini aparmalarını göstərmişdir.Vət.M. Mehdiyevə ona məxsus olan torpaq sahəsini qanuna, zidd olaraq zəbt etmiş səxslərin kimliyinin müəyyən edilməsini, tikinti işlərinin dayandırılmasını və həmin səxslərin torpaq sahəsindən çıxarılması üçün lazımı tədbirlərin görülməsini xahiş emişdir. Bundan əlavə sözü gedən torpaq sahəsinə dair müəyyən sənədlərin surətini təhqiqat orqanına təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh 20 avqust 2015-ci il tarixdə Xocəsən bələdiyyəsinin ərazisindən yerləşən 600 kv.metr torpaq sahəsini qanunvericliyin tələblərini pozaraq İddiaçı 10 000 manata satmışdır. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə ona satılan torpaq sahəsində başqa şəxslərin tikinti işləri apardığını bildikdən sonra bu barədə həmin gün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə şikayət etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və iddiaçı Cavabdeh verdiyi 10 000 manat pul məbləğini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. İddianın 10000 manat pul məbləğinin 20 avqust 2015-ci il tarixdən bu günədək olan infilyasiya nəzərə alınmaqla indeksasiya edilərək qaytarılması hissəsi əsassız olduğundan təmin edilməmlidir. Eyni zamanda iddianın məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qeyd edir ki, iddiaçı bununla bağlı heç bir sübutu iddia ərizəsinə əlavə etmədiyindən eyni zamanda məhkəmə iclasında təqdim etmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, iddia qiyməti 10.000 manatadan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün oğludğundan, həmçinin iddia qiyməti 10.000 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 120 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10000 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-331/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-331/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver