Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-339/2025 18.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab olunması” tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixdə qeydə alınmış 1039 saylı nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 15 avqust 2024-cü il tarixdə 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 1039 nömrə ilə nikah qeydə alınmışdır. Nikahları qeydə alınsa da, toyları olmamış və o, gəlin köçməmişdir. Nikah qeydə alınan vaxtdan 3 ay sonra, ailələri arasında münasibət kəskin şəkildə pozulduğundan, onların ailə olaraq birgə yaşaması mümkünsüz olmuşdur. Cavabdeh ilə aralarında rəsmi nikah qeydi bağlansa da, faktiki olaraq heç vaxt ər-arvad kimi yaşamamışlar. Nikahları formal xarakter daşıyır. Hesab edir ki, nikahları etibarsız sayılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdehlə rəsmi nikaha daxil olarkən, niyyəti ailə qurmaq olmuşdur. Məhkəmə iclasında cavadeh Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı ilə xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikah bağlanarkən, hər ikisinin niyyəti ailə qurmaq olmuş, lakin nikah bağlandıqdan sonra, ailələri arasında olan münasibət kəskin şəkildə pozulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra, ərə Mecidov, arvada Mecidova soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, ailə cəmiyyətin əsas özəyi olmaqla, dövlətin xüsusi himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda, bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında rəsmi nikah bağlanmış, nikahları rəsmiləşdirilərkən, tərəflər könüllü surətdə, kənar şəxslərin təsiri olmadan, sərbəst şəkildə iradələrini ifadə etmişdirlər. Nikah rəsmiləşdirildikdən sonra, ailələri arasında münasibətlərin pozulması səbəbindən, iddiaçı hazırda cavabdehlə aralarında olan nikahın etibarsız hesab olunmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında nikah qanunvericiliyin tələblərinə əməl edilməklə bağlandığından və iddiaçı tərəfindən nikahın etibarsız sayılması üçün qanunla müəyyən edilmiş əsaslardan hər hansı birinə dair mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin, məhkəmə araşdırması zamanı da, nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu müəyyən olunmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərcaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsində nikahın etibarsız sayılması üçün əsaslar dəqiq olaraq göstərilmiş və hazırki iş üzrə həmin əsasların mövcudluğu öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab olunması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-339/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-339/2025
18.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver