Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-34/2020 23.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, x3 nümayəndəsi x8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, 3-cü şəxslər Şamaxı rayonu Qəleybuğrd Bələdiyyəsi, DƏDRX-nin 14 saylı x17rşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın onun istifadəsinə qaytarılmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın onun istifadəsinə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və x4 JN-067 saylı 41010005 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, onlara məxsus olan, 67 Q konturunda yerləşən 0,50 ha sahəni boşaltmaları, çəpərin sökülməsi və torpağın onların istifadəsinə qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib göstərdi ki, Şamaxı rayon x7 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə JN-067 saylı 41010005 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ailəsinə Qaleybuğurd kəndi ərazisindən 2,52 ha torpaq sahəsi ölçülərək təhvil verilmiş, son 4-5 ilə kimi həmin sahəsini əkib becərmiş, lakin 4-5 il əvvəl kənddə torpaq satılarkən cavabdehlərin istifadəsində olan torpaq sahəsinin 0,50 ha-sı onlara məxsus olan 67 Q konturunda yerləşən 0,85 ha sahənin 0,50 ha hissəsi olduğu onlara məlum olmuş, tam əmin olmadıqlarından bir neçə dəfə müxtəlif təşkilatlara yazaraq torpağı təkrar-təkrar yoxlatmış, bütün təşkilatlar cavabdehlərin istifadəsində olan torpaq sahəsini göstərmişlər. Həmçinin cavabdehlərin əlində olan sənədlərin həmin iddia edilən torpaq sahəsinə aid olmadığını, onların torpaq sahələrinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsində olduğunu, özünün torpağının isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu, cavabdehlərin onun torpağını çəpərlədiklərini, dəfələrlə cavabdehlərə torpaq sahəsini boşaltmağı və çəpəri sökməyi təklif etdiyini, lakin bunun nəticəsiz qaldığını bildirdi. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və x4 JN-067 saylı 41010005 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, onlara məxsus olan, 67 Q konturunda yerləşən 0,50 ha sahəni boşaltmaları, çəpərin sökülməsi və torpağın onların istifadəsinə qaytarılması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib göstərdi ki, sözü gedən ərazi 2001-ci ildən etibarən x7 qərarı ilə 12 sot həyətyanı torpaq sahəsi kimi onlara verilmiş, həmin tarixdən etirazsız və fasiləsiz onların istifadəsində olmuş, həmin torpağı bir neçə dəfə yoxlatmış və onların olduğunu təsdiq etmişlər. İddia olunan ərazi 18 ildir ki mülkiyyətlərindədir və 2001-ci ildən etibarən etirazsız və fasiləsiz həmin torpaq sahəsinə sahiblik edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verib göstərdi ki, iddia olunan torpaq Şamaxı rayonu x7 2001-ci il 05 may 05 nömrəli qərarına əsasən 12 sot torpaq sahəsi kimi ayrılmış, həmin vaxtdan torpaq sahəsi hasarlanmış, daşlardan təmizlənmiş, əraziyə calaqlar vurulmuşdur. Həmçinin torpaq sahəsi 2001-ci ildən onların istifadəsində olmuş, əvvəlcədən başqasının istifadəsində olmamış, bu vaxta kimi heç bir vətaəndaş və dövlət orqanı onlara torpağı zəbt elədiklərini bildirməmişdir. Bununla yanaşı iddiaçının torpaq sahəsini satmaq istədiyini, bunun üçün də torpağa dair iddia qaldırdığını bildirdi. Həmçinin iddiaçının iddia müddətini itirdiyini, çünki özünün 10 il ərzində fasiləsiz və etirazsız həmin torpağa sahiblik etdiyini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən x3 nümayəndəsi x18 izahat verib bildirdi ki, iddia tələbi əsassızdır. Odur ki, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh1 cavabdehlərin izahatlarını müdafiə etdiyini odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş 3-cü şəxs DƏDRX-nin 14 saylı x24 nümayəndəsi x5 izahat verib bildrimişdir ki, sənəddə istinad nöqtəsi göstərilməmişdir. Elektronlaşma aparılmadığından anlaşmazlıq baş vermişdir. Hər bir halda məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq rəy olduğunu, iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi Şamaxı rayon Qəleybuğurd Bələdiyyəsinin sədri x21 izahat verib bildirmişdir ki, mübahisəli torpaq sahəsi Qəleybuğurd Bələdiyyəsinin prespektiv planına düşən sahədir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş x9 ifadə verib bildrimişdir ki, torpaqlara kadastr vurularaq kənd sakinlərinə 12 sot torpaq sahəsi ayrılmışdır. İddiaçı mübahisəli ərazidə 10 il sonra peyda olmuşdur. Onun bağ sahəsi olmuş və onu istifadə etmişdir. 4 nəfərin adı çıxmamışdır. Adları çıxmayan şəxslər sonra sənədləri alanda artıq 30-40 metr aralıda düşmüşdür. İddiaçı istifadəsində olan torpağı otunu biçib və meyvəsindən faydalanmışdır. 2000-ci ildən 2010-cu ilə kimi iddiaçıya verilmiş torpağı istifadə etmişdir. Hazırda torpaq boşdur. Ərazinin xəritəsi torpaq şöbəsində Mehman adlı şəxsdə qalıb. Sənəd islahatın qərarına əsasən verilib. Cavabdehlərin yeri kəndin perspektivinə düşən yerdədir. Orada 9 nəfərin 12 sotdan həyətyanı torpaq sahələri var. Amma sənəd 4 nəfərin adınadır. Məhkəmə proses iştirakçıların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan JN-165A kod 41009038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, x1 və onun ailə üzvlərinə Şamaxı rayon x7 11 iyul 1998-ci il tarixli 07 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0067 KOD 41010005 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, x2, x11, İddiaçı, x19, x10, x22, x15 Şamaxı rayon x7 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə 2,52 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan A № 265757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh3 Şamaxı rayon x7 05 may 2001-ci il tarixli 05 nömrəli qərarı ilə 1243,04 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan A № 265672 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh2 Şamaxı rayon x7 05 may 2001-ci il tarixli 05 nömrəli qərarı ilə 1199,13 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan A № 051843 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh4 Şamaxı rayon Qəleybuğurd bələdiyyəsinin 20 may 2006-cı il tarixli 03 saylı qərarı ilə 1200,43 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan A № 051844 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh1 Şamaxı rayon Qəleybuğurd bələdiyyəsinin 20 may 2006-cı il tarixli 03 saylı qərarı ilə 1200,12 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 28 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, mübahisəli ərazidən götürülmüş döngə nöqtələrinin koordinatlarına əsasən elektron kadastr məlumatları bazasında araşdırılan zaman məlum olmuşdur ki, x14 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan İddiaçı və onun ailə üzvlərinə məxsus JN-067 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən konfiqurasiya faktiki vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Əlavə olaraq bildiririk ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş plan ölçü sənədlərində göstərilən torpaq sahəsinin (koordinatlarına əsasən) mübahisəli torpaq sahəsi ilə coğrafi yerləşmə fərqi vardır. İddiaçı və onun ailə üzvlərinə məxsus Şamaxı rayon x7 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış və Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisində yerləşən torpaq sahəsi cavabdehiər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və x16 tərəfindən zəbt olunubolunmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Mübahisəli ərazidə hər hansı tikinti müəyyən olunmamışdır. Keçirilmiş ekspertiza üzrə ekpert xərci 121,60 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2020-ci il tarixli 20790 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən x14 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan, İddiaçı və onun ailə üzvlərinə məxsus JN-067 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən konfiqurasiya faktiki vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş plan ölçü sənədlərində göstərilən torpaq sahəsinin (koordinatlarına əsasən) mübahisəli torpaq sahəsi ilə coğrafi yerləşmə fərqi vardır. Eyni zamanda mütəxəssis rəyinə əsasən, İddiaçı və onun ailə üzvlərinə Şamaxı rayon x7 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış və Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisində yerləşən torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və x16 tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi mütəxəssisin səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Mübahisəli ərazidə hər hansı tikinti müəyyən olunmamışdır. Keçirilmiş ekspertiza üzrə ekpert xərci 100 manat təşkil edir. İş materiallarında olan Şamaxı rayon Qaleybuğurd bələdiyyəsinin 09.06.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 və qardaşı Cavabdeh3 Şamaxı rayonu Qəleybuörd kəndində hər birinə ayrı-ayrılıqda məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsi 15 ilə yaxındır ki, çəpələmiş və həmin torpaq sahəsindən hal-hazıra kimi istifadə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların müvafıq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini, cavabdehlərin sahibliyində olan 67 Q konturunda yerləşən 0,50 ha sahənin digər mülkiyyətçilərlə yanaşı ona ümumi mülkiyyətində olması ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış mütəxəssis və ekspert rəyləri ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş plan ölçü sənədlərində göstərilən torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə yerləşmə fərqi olduğu müəyyən edilsə də, İddiaçı və onun ailə üzvlərinə məxsus JN-067 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin də dəqiq yerinin müəyyən edilməsi mümkün olmamış, digər cavabdehiər Cavabdeh1 və x6 adlarına verilmiş plan ölçü sənədlərində göstərilən torpaq sahələri ilə İddiaçı və onun ailə üzvlərinə məxsus Şamaxı rayon x7 05 may 2001-ci il tarixli 05-saylı qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin ilə eyni ərazidə yerləşdiyi müəyyən edilmişdir. Bununla da mütəxəssis və ekspert rəyləri ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırda istifadələrində olan torpaq sahəsinin, digər mülkiyyətçilərlə yanaşı iddiaçının ümumi mülkiyyətində olan və dəqiq yerinin müəyyən edilməsi mümkün olmayan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilməmişdir. Cavabdehiər Cavabdeh1 və x16 isə mübahisəli torpaq sahəsinə adlarına tərtib edilmiş plan və ölçü sənədləri əsasında qanuni əsasla sahiblik etdiklərindən bu sahiblik torpağın özbaşına tutulması (zəbt edilməsi) sayıla bilməz. x29 Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. x29 Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə iş üzrə olan sübutlarla cavabdehlərin digər mülkiyyətçilərlə yanaşı iddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsini zəbt etmələri təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehlərin digər mülkiyyətçilərlə yanaşı iddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsini zəbt etmələri təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia rədd edildiyindən, ekspertə və mütəxəssisə verilməli olan məbləğlər iddiaçıdan tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın onun istifadəsinə qaytarılmasına dair” iddia tələbi rədd edilsin. İddiaçı 121,60 manat pul alınıb Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 100 manat ekspertiza xərci alınıb Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-34/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-34/2020
23.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver