Məhkəmə qərarları › İş №2(074)-341/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-341/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-341/2021 29.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 aprel 1997-ci il tarixdə Şamaxı rayonu Bağırlı kəndində bir oğlan uşağını doğması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ilin sentyabr ayında qeyrirəsmi nikahla X5 ilə evlənmiş, nikahları 14 oktyabr 2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Birinci uşaqları qızdır. 1995-ci ilin oktyabr ayında anadan olmuşdur. Daha sonra 28 aprel 1997-ci il tarixdə oğlu Ramil daha sonra isə 23 yanvar 2003-cü il tarixdə oğlu Tacir anadan olmuş, lakin Sabirabad rayonunda çobanlıqla məşğul olduqlarından uşaqların adını vaxtında yazdıra bilməmişdir. Əslində özlərinin də sənədləri olmamışdır. Ona görə də indiyə kimi oğlu Ramilin doğum qeydiyyatı aparılmamışdır. Hazırda o pasport almalıdır. Hərbi xidmətə getməlidir. Amma doğum qeydiyyatı olmadığından bunların heç birini etmək mümkün deyil. Ramilə doğum şəhadətnaməsi almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat gecikdiyindən və uşaq da tibb müəssisəsindən kənarda doğulduğundan doğum qeydini aparmağın qeyri-mümkün olduğu bildirilmişdir. Ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Oğlu Tacir 28 aprel 1997-ci il tarixdə Bağırlı kəndində ev şəraitində doğulmuşdur. Doğuş zamanı ona kəndin mama həkimi Ağayeva Dilşad, qaynının arvadı İsmayılova Gültəkin və qonşu Məmmədova Mələk kömək etmişlər. Halhazırda uşaq sağ və salamatdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Hər iki uşağı doğularkən kəndin həkimi Dilşad Ağayeva orada olmuşdur. Həmçinin oğlu Ramilin 28 aprel 1997-ci ildə tibb müəssisəsindən kənarda doğulmasını şahidlər də təsdiq edirlər. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. Onların evləri arasında bir xeyli məsafə vardır. Ərizəçi bir qızı iki oğlu vardır. Oğlanların doğumunda o, iştirak etmiş, Ramil adlı uşaq 1997-ci ildə, Tacir adlı uşaq isə 2003-cü ildə anadan olmuşdur. Onlar doğulan zaman tibbi kitabçada qeyd olunsa da, sonra Ərizəçi fermada olduğundan doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi 1997-ci ildə və 2003-cü ildə doğduğu oğlan uşaqlarının doğuşunda o, da köməklik etmişdir. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 30.10.2014-cü il tarixli № 2/529 saylı məktubundan görünür ki, Ərizəçi 1997-ci və 2003-cü illərdə ev şəraitində doğulmuş uşaqlarının doğumunun qeydə alınması barədə ərizəsinə baxıldığı, lakin təqdim etdiyi sənədlərin tələblərə cavab vermədiyinə görə icra edilməsinin mümkün olmadığı bildirilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Bağırlı kənd nümayəndəliyinin 05.02.2021-ci il tarixli aktından görünür ki, X3, X6 və X4 həmin akta imza edərək qonşuları Ərizəçi 28.04.1997-ci ildə bir oğlan uşağı doğduğunu, həmin uşağın adının Ramin olduğunu, uşağın atasının İsmayılov Sahib olduğunu qeyd etmişdirlər. İş materiallarında olan Bağırlı kənd həkim məntəqəsinin həkimi Dilşad Ağayeva tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışdan görünür ki, X2 28.04.1997-ci il tarixdə bir oğlan uşağı doğmuşdur. İş materiallarında olan Şamaxı rayon Mərkəzi Xəstəxanasının 31.03.2021-ci il tarixli № 882 saylı arayışından görünür ki, X8 10.05.1990-cı il tarixdən hal-hazıra kimi Şamaxı rayon X1 kənd həkim məntəqəsində mama vəzifəsində işləyir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 20.04.2021-ci il tarixli 05/Q-365/15 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 28.04.1997-ci ildə ev şəraitində bir oğlan uşağının doğumunun qeydə alınması barədə müraciətinə baxılmış, tələb edilən sənədlər təqdim edilmədiyindən doğumun qeydə alınmasından imtina edilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi 28 aprel 1997-ci il tarixdə Şamaxı rayonu Bağırlı kəndində bir oğlan uşağını doğması faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 28 aprel 1997-ci il tarixdə Şamaxı rayonu Bağırlı kəndində bir oğlan uşağını doğması faktı müəyyən edilsin. X10 tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar