Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-355/2020 09.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması və evin qeydiyyatından çıxarılma tələbinə dair” mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən evindən istifadə hüquqlarını itirilmiş hesab olunması və onların həmin evin pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, ünvan 2 ünvanında yerləşən evi 2004-cü ildə x2 alqı satqı müqaviləsinə əsasən almışdır. Evi alandan sonra həmin evdə 2010-ci ilə kimi atası yaşayırdı. Cavabdehlər Vüqarın həyat yoldaşı və uşaqlarıdır. Ev satılandan sonra Vüqar evin pasport qeydiyyatından çıxmışdır. Cavabdehlər hansı qaydada evinin qeydiyyatına alınmışlar, məlumatı yoxdur. Onları evi alanda da görməmişdir. Bu yaxınlarda evə Çıxarış almaq istəyəndə məlum olmuşdur ki, cavabdehlər evinin pasport qeydiyyatındadırlar. Hazırda cavabdehlərin faktiki olaraq yaşadıqları ünvan da ona məlum deyil. Onlar ailəlikcə buradan köçüb daimi yaşamaq üçün başqa ünvana getmişlər. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən evindən istifadə hüquqlarını itirilmiş hesab olunması və onların həmin evin pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ünvanlanmış bildiriş “qapısı bağlıdır” qeydi ilə məhkəmənin ünvanına geri qayıtmış və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qisimində dindirilmiş x6 və x1 ifadə verib bildirdilər ki, iddiaçı ilə qonşudurlar. Vüqar həmin evi İddiaçı satmışdır. O, 25 ildir ki, həmin ünvanda yaşamır. Məhkəmə iddiaçınının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 27.02.2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması 04.04.1996-cı il tarixli "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyafhaqqında Azərbaycan Respublikası qanunun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı göstərilmişdir. Odur ki, ərizədə adları göstərilən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** saylı Çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Həbib bəy Mahmudbəyov küçəsi ev 37 Yeni qaydalarla ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 254,90 kv.m olan torpaq sahəsi 0,0545 ha olan fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2-67/2007-ci il 16 aprel 2007-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə cavabdeh x5 arasında 22 mart 2004-cü il tarixdə ünvan 5 saylı ünvanda yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilməsi, həmin mənzilin bütövlükdə x3 adına qeydiyyata alınması qət edilmişdir. Beləliklə də işin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçı qeyd olunan yaşayış sahəsini keçmiş mülkiyyətçidən qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsinə əsasən almış və yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Buna baxmayaraq, cavabdehlər həmin yaşayış sahəsində qeydiyyatda qalmışlar. Məhkəmə hesab edir ki, yaşayış sahəsi üzərində mülkiyyət hüququ alqı-satqı müqaviləsinə əsasən cavabdehdən iddiaçıya keçdiyindən cavabdehlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə müvafiq olaraq yaşayış sahəsinə mülkiyyət hüququnun tərkib elementi olan istifadə hüquqlarını itirmişlər. Ona görə də cavabdehlərin yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Şamaxı şəhəri, Həbib bəy Mahmudbəyov küçəsi ev 37, yeni qaydalarla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarını itirmiş hesab edilsin. Hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Şamaxı şəhəri, Həbib bəy Mahmudbəyov küçəsi ev 37, yeni qaydalarla ünvan 4 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada alındığı gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-355/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-355/2020
09.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver