Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-368/2023 23.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X22 iştirakları ilə, Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması” faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olmuşdur. Doğumu xx.xx.1955-ci il tarixdə Bolnisi qəsəbəsi, Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən 210 nömrəli aktla qeydə alınmışdır və müvafiq olaraq xx.xx.1955-ci il tarixdə Bolnisi qəsəbəsi, Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən RŞ (PUl,) seriyalı, 613011 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1962-ci ildə Bolinisi rayon Tapan kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1965-ci ildə həmin məktəbin 3-cü sinfini bitirmiş, daha sonra təhsilini davam etdirməmişdir. xx.xx.1981-xx.xx.1990-cı illərdə Bolnisi rayonu Ratevani sovxozunda fəhlə kimi çalışmışdır. Heç vaxt SSRİ nümünəli pasportla təmin edilməmişdir. X8 xx.xx.1929-cu il tarixdə Ermənistanın Amasiya rayonunun Düzkənd kəndində anadan olmuşdur. Anası əvvəllər Gürcüstan SSR-nin vətəndaşı olub, o, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası, Şamaxı rayonunun Astraxanovka (indiki Qızmeydan) kəndində vəfat etmişdir. Anası vəfat edən zaman onun hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi olmamışdır. X9 xx.xx.1934-cü ildə Ermənistanın Qukasyan rayonunun Quzukənd kəndində anadan olmuşdur. Atası Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2017-ci il tarixdə Şamaxı rayonunun Qızmeydan kəndində vəfat etmişdir. Valideynləri Ermənistanda doğulsalar da, təxminən 1948-ci ildə Gürcüstana köçüblər, orada tanış olublar, xx.xx.1959cu il tarixdə Gürcüstanın Bolnisi rayon VVAQ Şöbəsində nikaha daxil olublar. 1990-cı ilin sentyabr aymda daimi yaşamaq məqsədilə valideynləri ilə birlikdə Gürcüstandan Azərbaycana gəlmişdir. Azərbaycana gəldiyi zaman Şamaxı rayonunun Qızmeydan kəndində məskunlaşmışlar, həmin vaxtdan indiyə kimi də orada yaşayır. Azərbaycana gəldikdən sonra xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Astraxanovka (indiki Qızmeydan) kənd xəstəxanasında ocaqçı vəzifəsində çalışmış, həmin vaxtdan sonra heç yerdə işləməmişdir. X2 xx.xx.1962-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olmuşdur. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonunun Qızmeydan kəndində yaşayır, işləmir. X10 xx.xx.1954-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olmuşdur. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonunun Qızmeydan kəndində yaşayır. X3 1953-cü ildə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olub. Bacım Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2021-ci il tarixdə Şamaxı rayonunun Qızmeydan kəndində vəfat edib. X4 1958-ci ildə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olub. Bacım Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. X5 təxminən 1969-cu ildə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olub. Bacısı Azərbaycan Respublikasının vətəndaşı olub, 2011-ci ilin iyul ayında Şamaxı rayonunun Qızmeydan kəndində vəfat edib. 1990-cı ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşasa da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmiş, Gürcüstan Respublikasının vətəndaşı isə hesab edilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 12/14478 nömrəli məktubda onun Gürcüstan Respublikasının vətəndaşı olmadığı qeyd olunmuşdur. Hazırda 67 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Hazırda, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. DMX müraciətinə xx.xx.2023-cü il tarixli, 3-37-08/2-1406/2023 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. ” 1990-cı ilin sentyabr ayından indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına baxmayaraq, qeydiyyatsız yaşadığı üçün Azərbaycanda daimi yaşadığımı təsdiq edən sənədim yoxdur. Bu səbəbdən də bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, eyni zamanda, doğulduğum ölkənin vətəndaşı da hesab olunmur. Bundan əlavə, digər bir ölkənin vətəndaşlığını da əldə etməmişdir. Belə ki, doğulan zaman valideynləri Gürcüstan SSR-nin vətəndaşı olublar. Anası xx.xx.1998-ci il tarixdə vəfat edən zaman onun hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi olmayıb, atası xx.xx.2017-ci il tarixdə vəfat edən zaman isə Azərbaycan Respublikasının vətəndaşı olub. Heç vaxt heç bir ölkənin vətəndaşı ilə nikaha daxil olmamışdır. Baxmayaraq ki, o, heç bir ölkənin vətəndaşı deyil, onun vətəndaşlığı olmayan şəxs statusumu təsdiq edəcək sənədi də yoxdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X33 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16, X12, X1 Sarıgül Ramazan qızının 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasını təsdiq etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gürcüstan Respublikasının PШ № 613011 saylı doğum haqqında şəhadətnaməsinin Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonu, Tapan kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1955-ci il tarixdə, 210 nömrə ilə qeyd edilmiş, X9, X8dır. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli № k/502 saylı arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü BMT QAK-n himayəsində olan Ərizəçia (himayə sənədi № ***-*******9) ondan ötrü ki, o, Dövlət Miqürasiya Xidməti tərəfindn 10 avqust 2022-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək ünvan 1i ünvanına olduğu yeür üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ № 193279 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZE № 03067270 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X31 xx.xx.1954-cü il tarixdə Gürcüstan Bolnisi rayonunda doğulmuş, ünvan 1ində yaşayır. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin 19 oktyabr 2021-ci il tarixli ******* saylı arayışından görünür ki, 16 avqust 1955-ci il təvəllüdlü X7 227788/m nömrəli, 13 oktyabr 2021-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin 07 dekabr 2022-ci il tarixli K/M- 2695 saylı arayışından görünür ki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 12 may 2022-ci il tarixil 12/14478 nömrəli məktubda Ərizəçi Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırılmış və Sizin 'Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığınız müəyyən edilmişdir. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi izah olunmuşdur. İş materiallarında olan X13 əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Astraxanovka (indiki Qızmeydan) kənd xəstəxanasında ocaqçı vəzifəsində çalışmışdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan olmuşdur. Doğumu xx.xx.1955-ci il tarixdə Bolnisi qəsəbəsi, Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən 210 nömrəli aktla qeydə alınmışdır və müvafiq olaraq xx.xx.1955-ci il tarixdə Bolnisi qəsəbəsi, Bolnisi rayon VVAQ Şöbəsi tərəfindən RŞ (PUl,) seriyalı, 613011 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Ərizəçi Dövlət Miqrasiya Xidmətində müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Hazırda ərizəçi vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Bundan başqa, üçüncü bir ölkənin vətəndaşlığını da əldə etməmiş və bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İş materialları ilə sübut olunur ki, Ərizəçi heç bir dövlətin vətəndaşı deyil və 1990-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə, göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, xx.xx.1955-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində doğulmuş Ərizəçi 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 16 avqust 1955-ci il tarixdə Gürcüstan SSR-nin Bolnisi rayonunun Tapan kəndində doğulmuş Ərizəçi 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-368/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-368/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver