Məhkəmə qərarları › İş №2(074)-376/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-376/2023

16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-376/2023 16.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “qohumluq faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 04 aprel 2006-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində vəfat etmiş X4 bacısı, X5 nəvəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atasının xalası X14 04 aprel 2006-cı il tarixdə vəfat etmişdir. Ondan miras torpaq sahələri qalmışdır. X14 evli olmamış, varis olaraq brinci növbə vərəsəsi yoxdur. Yeganə olaraq ikinci növbə vərəsə kimi bacısı, yəni nənəsi X20 olmuşdur ki, o da 1996-cı ildə yəni miras qoyandan əvvəl vəfat etmişdir. X13 isə 1983-cü ildə vəfat etmişdir. Belə olan halda o, 3-cü növbə vərəsə kimi nənəsindən qalan miras əmlaka varis ola bilər. Buna görə də o, vərəsəlik açdırmaq üçün Şamaxı regional Asan Xidmət Mərkəzinin notariat ofisinə müraciət edib ona bildiriblər ki, qohumluq münasibətini və miras qoyanın nikahının mövcud olub olmamasını göstərən sənədlərin olmaması ucbatından vərəsəlik açılması mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. X14 onun nənəsi X20 ilə doğma bacıdırlar. Ermənistanda doğulub orda böyümüşlər. Bir yerdə yaşamışlar atası evlənəndən sonra nənəsigildən ayrılmış, bu zaman Yazgül nənəsi də ömrünün axırına kimi atasıgillə bir yerdə yaşamışlar. O onu doğma nənəsi kimi bilmişdir. Sadəcə olaraq 1988-ci ildə Ermənistandan çıxarkan bir çox sənədlər, o cümlədən nənələrinin, atasının doğum şəhadətnamələrini digər sənədləri itirmişlər. Hazırda həmin sənədləri kötüyü Ermənistanda olduğundan bunları məhkəmədən kənar yolla əldə etmək də mümkün deyil. Ərizəçi daha sonra ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində 2-ci abzasın 4-cü sətrində Yazgül adının Təzəgül kimi, xahiş etdim hissəsində isə nənəsi Bağdanın soyadı Məmmədova əvəzinə Rzayeva kimi qeyd olunmasını xahiş etmişdir. Ərizəçi eyni zamanda ərizənin dəqiqləşdirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək 04 aprel 2006-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində vəfat etmiş X14 ilə X11 bacı olmaları və onun X11 nəvəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçi Mirvarinin atası İsa, onun isə anasının adı Bağda idi. Bağda və Təzəgül bacı olmuş, onların başqa qardaş və bacıları olmamışdır. Təzəgül heç vaxt ailə qurmamış, onları tanıyandan Mirvarinin atası İsanın yanında yaşamışdır. Təzgül və Bağda yaşlı qadınlar idi və Kərkənc kəndidə yaşayırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, ərizəçinin qardaşı qızıdır. Bağda Mirvarinin atası İsanın anası idi. Bağdanın və Təzəgül bacı olmuş və onların başqa qardaş bacıları olmamışdır. Onlar Təzəgüldən qalan əmlakdan pay istəmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. Təzəgülə ərizəçinin atası İsa baxıb. Təzgül ancaq bir bacısı olmuş, onun adi Bağda idi. Onların başqa qardaş və bacıları olmamışdır. Təzəgül heç vaxt ailə qurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadə verib bildirdi ki, ərizəçini tanıyır. Təzəgül Mirvarinin atasının xalasıdır. Təzəgülün Bağda adlı bacısı var idi ,qardaşı yox idi. Təzəgül heç vaxt ailə qurmamışdır. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı RİHB-nın Kərkənc kəndi İƏD üzrə nümayəndəliyinin xx.xx.2022- ci il tarixli 121 saylı arayışdan görünür ki, X14 04 aprel 2006-cı il tarixdə vəfat etmişdir. Mərhumə vəfat edən günə qədər Şamaxı rayon, Kərkənc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. X1 heç vaxt ailə həyatı qurmamış, övladı olmamışdır. Mərhumənin vəfatından sonra vərəsələri X32 25 may 1996-cı ildə vəfat etmişdir. Bacısı oğlu X30 xx.xx.1983-cü ildə vəfat etmişdir. Bacısı nəvəsi X17r. İş materiallarında olan Şamaxı RİHB-nın Kərkənc kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Ərizəçi mərhum X13, nənəsi X16 və atasının xalası X8 tanıyırlar. Təzəgüllə Bağda doğma bacıdırlar. Başqa bacı qardaşları olmamışdır. Təzəgül ümumiyyətlə ərə getməmiş övladı yoxdur. Əvvəllər bacısı Bağda ilə bir yerdə yaşamış sonra atası İsa evlənib ayrılanda Təzəgül də atasıgildə atasının himayəsində yaşamağa başlayıb. 1988-ci ilin məlum hadisələri ilə bağlı Təzəgül də Şamaxı rayonu Kərkənc kəndinə gələrək burda qeydiyyata alınaraq Mirvarigilin Kərkənc kəndində olan evlərində yaşamışdır. İş materiallarında olan AZ-İ № 041799 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 04 aprel 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 255941 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 15 mart 2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 771255 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 06 avqust 2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 396001 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 16 fevral 2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan İ-сл № 389588 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 18 aprel 1983-cü il tarixdə ölmüşdür. İş materiallarında olan İV-ЖГ № 461322 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 25 may 1996-cı il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki. Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. X13, anası X9r. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Kərkənc kəndində 0,1433 hektar torpaq sahəsi X4, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 38,2 kv.m olan fərdi yaşayış evi Ərizəçi xüsusi mülkiyyətindədir. İş materiallarında olan JN-0089, KOD 41000028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Kərkənc kəndində yerləşən 0,98 ha torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 18 saylı qərarı ilə X10 verilmişdir. İş materiallarında olan Şamaxı Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi miras qoyan X4 nikahının mövcudluğu, eləcə də Ərizəçi ilə qanun üzrə vərəsəlik hüququ sisteminə əsasən qohumluq münasibətlərini təsdiq edən müvafiq sənədləriin təqdim etmədiyindən vərəslik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1919-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş X4 nikahı haqqında akt qeydi Şamaxı rayon Qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4, X11 və X21 doğumları haqqında akt qeydləri Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan X12, İmamsoyun Rzayevin və X2 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onalr vəfat etmiş X3 qalmış miras əmlakı qəbul etməmişlər və gələcəkdə mirasın qəbulu ilə bağlı nəhəmədə iddia qaldırmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə məhkəmə hesab edir ki, X14 ilə X11 bacı olmaları və Ərizəçi X11 nəvəsi-oğlu X21 qızı olması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Bundan əlavə məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X14 nikaha daxil olmamış və onun birinci növbə vərəsələri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X14 ilə X11 bacı olmaları və Ərizəçi X11 nəvəsi-oğlu X21 qızı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar