Məhkəmə qərarları › İş №2(074)-39/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-39/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-39/2025 03.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndələri Nümayəndə və Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı tikililərin sökülməsi, torpaq sahəsinin qaytarılması və torpaq sahəsindən maneəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə iddiadan imtina olunması haqqında verilmiş ərizəyə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı tikililərin sökülməsi, torpaq sahəsinin qaytarılması və torpaq sahəsindən maneəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki tikililərin sökülməsi, həmin torpaq sahəsinin özünə qaytarılması və torpaq sahəsindən maneəsiz istifadə hüququqnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək, hal-hazırda Cavabdeh1 ilə aralarında olan mübahisənin öz həllini tapdığını əsas gətirib, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndələri Nümayəndə və Vəkil iddiaçı ilə aralarında olan mübahisənin həll olunduğunu təsdiq edərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verillməsinə baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı tikililərin sökülməsi, torpaq sahəsinin qaytarılması və torpaq sahəsindən maneəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin 50 manat hissəsi İddiaçı, digər 50 manat hissəsi isə Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar