Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-394/2023 04.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İŞamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi X10, Cavabdeh3 və onun nümayəndəsi X5 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 miras qalmış Şamaxı şəhəri, X33 küçəsi, ev 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququnun tanınmasına, mirasın onun tərəfindən qəbul edilməsinə, mirasdan payın müəyyən edilməsinə və miras payının üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Şamaxı şəhəri, X33 küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1963-cü il tarixdə iddiaçının nənəsi X11 adına qeydiyyata alınmış, 1990-cı ilin aprel ayında isə həmin mülkə dair iddiaçının atası X3 adına texniki pasport hazırlanmışdır və hansı əsasla onun adına texniki pasport hazırlanması barədə 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində heç bir məlumat yoxdur. İddiaçının nənəsi X19 xx.xx.1975-ci tarixdə vəfat etmişdir, nənəsi Şirinin atası X2 başqa 3 övladı olmuş, lakin onlar subay olarkən vəfat etmişlər və həmin miras mülkdə atası X12 ailəsi ilə birlikdə yaşayaraq miras qalmış fərdi yaşayış evinə sahiblik etməklə mirası qəbul etmişdir. İddiaçının atası X12 xx.xx.2017-ci tarixdə, anası X20 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X12 vəfat etdikdən sonra onun iddiaçıdan başqa ailə üzvləri qalmışdır. Onlar, oğlu, X28 - Litva Respublikasının Vilnüs şəhərində yaşamış və 2014-cü ildə vəfat etmişdir. Qızı, X21, Sumqayıt şəhərində yaşamış və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Oğlu, Cavabdeh3, ailəsi ilə birlikdə miras mülkdə yaşayır. Qızı, X24, Bakı şəhərində yaşayır. Qızı, X17, Bakı şəhərində yaşayır. İddiaçı atası X3 vəfatından əvvəl ailəsilə birlikdə mübahisəli evdə yaşayıb, atası vəfat etdikdən sonra onun yas mərasimində iştirak etmiş, ona ehsanın verilməsində, onun basdırılmasına köməklik etmişdir. Atası vəfat etdikdən sonra İddiaçı həmin mübahisəli evdə yaşamaq istəmiş və bir müddət orada yaşadıqdan sonra, orada yaşamaq mümkün olmamışdır. Belə ki, cavabdehlərdən Cavabdeh3 və onun arvadı Mehparə İddiaçı orada rahat yaşamağa imkan verməmişlər, ona şər-böhtan atıb tutdurmağını bildirmişlər, iddiaçını öldürməklə hədələmişlər. İddiaçının həmin evdən çıxmasını, evin təkcə ona məxsus olmasını bildirmişdir. Buna görə də iddiaçı həmin evdən çıxmağa məcbur olmuşdur. Bundan sonra iddiaçı miras qalan evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Şamaxı regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisi qanunvericiliklə nəzərdə tutulan müddəti buraxdığı üçün İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatinin aparılmasından imtina etmişdir. Odur ki, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Bundan başqa İddiaçı qardaşı Cavabdeh3la aralarında qalmış mirasla bağlı mübahisəsi var. Belə ki, qardaşı Cavabdeh3 həmin evdə yaşayır və mirasın hamısı ona çatacağını bildirir. X39 sağ olarkən ona baxıb və o, rəhmətə getdikdən sonra tez-tez evə gedib baş çəkib. Hazırda qardaşı Cavabdeh3 evin giriş qapısını bağlayıb, İddiaçı nənəsindən, atasında miras qalmış evə buraxmır, İddiaçı orada yaşayarkən həmin evdə abadlıq işləri aparmışdır, kanalizasiya çəkmişdir, hamam, tualet tikmişdir, evi təmir etdirmişdir, mozaika ilə divarda naxışlar çəkmişdir, lakin qardaşı Çingiz həmin tikililəri tam sökmüşdür ki, iddaçı İddiaçı həmin evdə etdiyi abadlıq işləri görünməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verib bildirdi ki, , iddiaçı miras əmlakı heç vaxt qəbul etməmiş və mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Bundan əlavə, zəlzələ ilə bağlı tərəfindən yenidənqurma işləri aparılmış və faktiki olaraq əmlak ona məxsusdur. Atasının qayğısına özü qalmış və xərclərini ödəmişdir. İddiaçının özünə məxsus evi vardır, orada yaşamış və qonaq kimi gəlmişdir. Onu heç vaxt hədələməmiş, mübahisələri olmamışdır. Ona görə ki, birgə yaşamamışlar və o, böhtan atır. Eyni zamanda bildirmişdir ki, iddiaçı mirası qəbul etmədiyindən və müddəti ötürdüyündən, eləcə də, əmlak faktiki olaraq ona məxsus olduğundan iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 izahat verib bildirdi ki, evin heç bir sənədi yoxdur. İddiaçı evin təmir olunmasında hər hansı bir vəsait sərf etməmişdir. Evi özləri təmir etdirmişlər. Buna görə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirdi ki, öz ata evindən payını istəyir. Buna görə payların bölünməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan AZ-İİ № 256353 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 256352 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-T № 186897 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1971-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası X9r. İş materiallarında olan AЗB № 104661 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası X15r. İş materiallarında olan AZ-T № 234928 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1967-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası X15r. İş materiallarında olan X35 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Ofisinin 22 dekabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.1975-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlakın qəbuluna dair qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyü üçün, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri və miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmədiyi üçün vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyatı üzrə Şamaxı rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2017-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1. Əri (arvadı): X32 (xx.xx.1934), 2. Oğlu: X38 (xx.xx.1956), 3. Oğlu: İddiaçı (xx.xx.1957), 4. Qızı: X34 (xx.xx.1961), 5. Oğlu: Cavabdeh3 (xx.xx.1964), 6. Qızı: X37 (xx.xx.1967), 7. Qızı: X29 (xx.xx.1971). İş materiallarında olan DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 04 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı şəhəri X33 küçəsi ev 2 ünvanında yerləşən ev xx.xx.1963- cü il tarixdə X11 adına qeydiyyata alınmışdır. Lakin sonra aprel 1990-cı il tarixdə X3 adına texniki pasport hazırlanmışdır və hansı əsasla X3 adına texniki pasport hazırlanması barədə idarənin arxivində heç bir məlumat yoxdur. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi tikintidə Təhlükəzsizliyə nəzarət X16 Çingiz Əvəz oğluna ünvanlanmış 02 avqust 2019-cui il tarixli məktubundan görünür ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında Şamaxı rayonu ərazisində 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş yaşayış evlərinin texniki vəziyyəti araşdırılmış və müvafiq aktlar tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən fərdi yaşayış eviniz təmirə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar Şamaxı rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçiriləcəkdir İş materiallarında olan X35 Xidmət Mərəzində Notariat Ofisinin 13 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisində X3 adma vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli məktubundan görünür ki, Şamaxı şəhəri, X33 küçəsi 02 saylı ünvanda yerləşən fərdi yaşayış evinə aid arxiv qovluğunda saxlanılan xx.xx.1963-cü il tarixdə tərtib olunmuş texniki pasportun üzərində X11 adına qeyd olunmuşdur. Arxivdə saxlanılan digər 1990-cı ildə tərtib olunmuş texniki pasportun üzərində X7 adı qeyd olunmuşdur, lakin sözügedən evin hansı hüquqi sənəd əsasında X3 adına keçməsi barədə arxiv sənədlərində məlumat aşkar olunmadı. İş materiallarında olan X36 filialının 07 dekabr 2022-ci il tarixli arayışından görünür ki, X36 filialında saxlanılan Şamaxı rayon VVADQ - şöbəsinin doğum aktlarının qeydiyyatı kitablarına baxış keçirildi,vətəndaş X4 doğumu haqqında məlumat aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 13 iyun 2023-cü il tarixli məktubunun surətindən görünür ki, 1928-ci ilə dair Şamaxı rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X3 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 iyul 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Hazırki işin müəyyən edilmiş faktiki hallarından isə görünür ki, mübahisə predmeti olan Şamaxı şəhəri X33 küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə xx.xx.1963-cü il tarixdə tərtib olunmuş texniki pasportun üzərində X11 adı qeyd olunmuşdur. İddiaçı isə X11 nəvəsi yəni X3 oğlu olmasını əsas gətirərək nənəsindən miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması, mirasın onun tərəfindən qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı atası X3 X19 ilə qohumluq münasibətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-394/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-394/2023
04.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver