Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-417/2020 10.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia qaldıraraq, mülkiyyətçisi olduğu Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən 62 saylı evin, 1-ci mənzilindən cavabdehin əşyaları ilə məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən 62 saylı evin, 1-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzili ona anası X34 xx.xx.2019-cu il tarixli, “Daşınmaz əmlakın Bağışlanması müqaviləsi” əsasında bağışlamışdır. Cavabdeh mənzilə soxularaq oradan çıxmır və onun mənzildə yaşamağına imkan vermir. Dəfələrlə cavabdehə mənzili tərk etməsi xahişi ilə müraciət etmiş, cavabdeh əsassız bəhanələr gətirərək mənzili boşaltmaqdan imtina edir. Bununla cavabdeh mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsinə imkan vermir. Odur ki, mülkiyyətçisi olduğu Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən 62 saylı evin, 1-ci mənzilindən cavabdehin əşyaları ilə məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram göndərək işə onun iştirakı olmadan baxılmasını və iddiasını müdafiə etdiyini, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, mənzilə qayınanası tərəfindən gəlin köçürülmüş və 13 ildir ki, həmin ünvanda yaşayır. Həyat yoldaşının adı İbrahimdir və həmin evdə qeydiyyatdadır. Həyat yoldaşı ilə nikahı var. Odur ki, iddia tələbinin əsassız olduğunu bildirərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, Cavabdeh 2007-ci ildən Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. Həyat yoldaşıının adı İbrahimdir. Övladının 13 yaşı var. Kazımı Fatma ilə bir yerdə yaşayırlar. Məhkəmə iclasında şahid qisimində dindirilmiş X25 ifadə verib bildirdi ki, Zərbi-X1 rayonu Şəhriyar qəsəbəsində qonşuluqda yaşayır. Həyat yoldaşı İbrahim İrandadır. O, Kazımı Fatma ilə bir yerdə yaşayırlar. Məhkəmə cavabdehin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən aydın olur ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ev 62 mənzil 1 ünvanında ümumi sahəsi 60.5 kv.m olan mənzil xx xxxx 2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X26 adına qeydiyyata alımışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X35 özünə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ev 62, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 60,5 kv.m olan 2 otaqlı mənzilini “hədiyyə alan” qızı İddiaçı bağışlanmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən aydın olur ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ev 62, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 60.5 kv.m olan mənzil xx xxxx 2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alımışdır. İş materiallarında olan DƏDRX-nə ünvanlanmış Zərbi-X2 xx.xx.2019-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini X26 adına özəlləşdirilməsinə etiraz etmir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2-1(105)-442/2018 saylı qərarının surətindən görünür ki, Sumqayıt inzibati İqtisadi Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməsi, iddianın təmin olunması, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən, ümumi sahəsi 60,9 kv.m, yaşayış sahəsi 46.6 kv.m olan mənzil üzərində iddiaçının (X35) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X28 üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 121 saylı arayışından görünür ki, Şamaxı rayon Şəhriyar qəsəbə sakini X29 məxsus olan Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 60.9 kv.m olan yaşayış evində təsərrüfat başına kitaba əsasən daimi qeydiyyatda olanlar X34 1922ci il, oğlu Zərbi-müqəddəm Yədulla Eynulla oglu 1952-ci il. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 220 saylı arayışından görünür ki, 1966-cı il təvəllüdlü Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini Zərbi X19 həqiqətən Şamaxı rayonu Şəhriyar qəsəbəsində mərhum qaynanası X26 evində yaşayır. İş materiallarında olan Vİİ-CQ № 321513 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X10 qızı xx xxxxxx 1996-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan AZ №292534 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu xx.xx.1962-ci il tarixdə Şamaxı rayonu 6 №-li sovxozda doğulmuşdur. Atası X6 oğlu, anası X30r. İş materiallarında olan AZ-1 № 326124 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu ilə X13 qızı xx xxxxxxxx 2007-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan AZ-İİ № 228711 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 oğlu xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası X5 oğlu, anası Zərbi-X12r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki,cavabdeh, 13 il əvvəl X5 oğlu ilə nikah münasibətinə daxil olaraq gəlin köçürüldüyü vaxt mübahisəli mənzil iddiaçının və ya keçmiş mülkiyyətçisinin mülkiyyətində olmamış, icarə hüququ əsasında sonuncuya məxsus olmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2-1(105)-442/2018 saylı qərarının icrası qaydasında X26 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Sonuncu isə həmin mənzili xx.xx.2019-cu il tarixli müqavilə ilə iddiaçıya bağışlamışdır. Cavabdeh hazırda da iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının x xxxx 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İş üzrə olan sübutlarla cavabdehin mübahisəli evə köçdüyü vaxt icarədar ilə başqa sazişinin olması müəyyən edilməmişdir. Məhkəmə, qeyd edilən maddi hüquq normalarına əsasən tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh mübahisəli mənzilə köçürüldüyü vaxt, mənzil sahibinə icarə hüququ əsasında məxsus olduğundan və cavabdeh ilə icarədar arasında başqa saziş olmadığından, o, həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (Mənzil hüququ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki cavabdehin ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olan istifadə hüququ olduğundan hazırkı iddia onun yaşadıqları mənzildən qanunsuz məhrum etmə xarakteri daşıyır və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-417/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-417/2020
10.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver