Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-441/2024 29.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva (İsayeva) Fidan Adil qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs rəisi X2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs) “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi2 17 iyul 2013-cü il tarixdə Sunay adlı övladının tibb müəssisəsindən kənarda doğulması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdirlər. Ərizəçilər tələblərini onunla əsaslandırmışdırlar ki, onlar 2012-ci il tarixdə ailə həyatı qurub. 1 aydan sonra həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasının Moskva vilayətinin Yeqorovski şəhərinə getməli idilər. Ərizəçi2 həmin vaxtlarda hamilə olub. Elə olub ki, uşaq 17 iyul 2013-cü il tarixdə doğulduğundan o gedə bilməyib. Uşaq ev şəraitində qohumlarının yanında doğulmuşdur. Qızı Sunay ev şəraitində doğulduğundan ona doğum şəhadətnaməsi almaq üçün aidiyyatı üzrə müraciət etməyib. Etinasız və savadsız olduğundan uşağın doğum şəhadətnaməsini almayıb. Həyat yoldaşı Azərbaycana qayıdandan sonra onlar doğum şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət ediblər. Onlara rəsmi bildirilib ki, doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı lazımdır. Sunayın doğum faktının müəyyən edilməsi məhkəmədənkənar mümkün deyildir. Odur ki, 17 iyul 2023-cü il tarixdə Sunay adlı övladının tibb müəssisəsindən kənarda doğulması faktı müəyyən olunmalıdır. Bunu təsdiq edəcək şahidləri də var. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 daha sonra ərizənin dəqiqləşməsi barədə məhkəməyə müraciət edərək, Ərizəçi2 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində bir qız uşağını tibb müəssisəsindən kənarda dünyaya gətirməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Ərizəçi2 ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X6 izahat verərək bildirdi ki, ərizəçinin övladının tibbi sənədləri olmadığından doğum aktı tərtib edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçilər qohumudur. Ərizəçi2 uşağını tibb müəssisəsindən kənarda ev şəraitində dünyaya gətirib. Həmin vaxt o, bir qız uşağı dünyaya gətirmişdir. Həmin vaxt oda orada olsada doğuma daha yaşlı qadınlar köməklik etmişlər. Uşaq hazırda sağdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçilərin 3 övladı vardır. Gülnar 2013-cü il tarixdə 1 qız uşağını evdə dünyaya gəlib. Həmin vaxt oda orada olmuş və ona köməklik etmişdir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 778724 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X8 arasında nikah xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu, Məlhəm kənd icra nümayəndəliyində bağlanmış bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 oktyabr 2012-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abdurrəhimov”, arvada “Abdurrəhimova” soyadı verilmişdir. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli, 18-1-72/2-A-15xx-xx-1389/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X14 arayışından görünür ki, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Ərizəçi2 Şamaxı rayon mərkəzi xəstəxanasının doğum şöbəsində xx.xx.2013-cü il tarixdə uşaq dünyaya gətirməmişdir. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli, 3-165/8-15-1667/23 saylı Şamaxı rayon X1 Gülnar Şükür qızına ünvanlanmış məktubundan görünür ki, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunur. İş materiallarında 22 fevral 2024-cü il tarixli, 3165/8-xx-xx/2024 saylı Maraqlı şəxs arayışından görünür ki, 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş X5 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi2 tərəfindən 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində ev şəraitində qız cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla valideynlərinin himayəsində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağın şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi2 tərəfindən 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində tibb müəssisəsindən kənarda bir qız cinsli uşaq doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-441/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-441/2024
29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver