Məhkəmə qərarları › İş №2(074)-443/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-443/2024

14.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-443/2024 14.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X49 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 dekabr 1968-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X8 12 may 2005-ci il tarixdə vəfat etmiş X9 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, babası X26 21 dekabr 1968-ci il tarixdə vəfat etmiş, ondan miras ev və həyətyanı torpaq sahəsi qalmışdır. Onun birinci növbə vərəsəsi olan X3 da 12 may 2005-ci il tarixdə vəfat etmişdir. Babasının vəfatından sonra həmin ev və həyətyanı torpaq sahəsindən atası və onlar istifadə etmişlər. Atası faktiki olaraq həmin əmlakları qəbul etmişdir. Atası da vəfat edəndən sonra vərəsəsi o olmuşdur. Evi və həyətyanı torpaq sahəsinə vərəsəlik açdırmaq üçün “Asan xidmət “Mərkəzinin notariat ofisinə müraciət etmişdir. Ondan atasının doğum şəhadətnaməsini istəmişlər. Lakin onu nə evdə, nə də qeydiyyat şöbəsində tapa bilməmişdir. Həmin sənədi isə başqa yolla əldə etmək mümkün olmadığından bildirildmişdir ki, məhkəməyə müraciət etsin ki, aX3nun miras qoyan X13 oğlu olması faktı müəyyən olunsun X3 1927-ci il tarixdə anadan olmuşdur X5 X1 olmuşdur. Doğum şəhadətnaməsi və doğum akt qeydi tapılmadığından atası ilə bu şəxslər arasındakı qohumluq əlaqəsini müəyyən etmək mümkün deyil. Lakin bütün qohum əəqrəbaları və qonşuları təsdiq edə bilərlər ki,X26 X3nun atasıdır.Ev kitabından bir səhifənin ksero surətini də ərizəyə əlavə etmişdir, ondan da görünür ki, bu şəxslər üzün müddət bir mənzildə yaşamışlar. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. Həqiqətən də, X2 Cəfər Mehbalı oğlunun atasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verib bildirdi ki,həqiqətən də, X2 Cəfər Mehbalı oğlunun atasıdır. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 12 may 2005-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 21 dekabr 1968-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 17 yanvar 2024-cü il tarixli məktubunda götərilir ki, Şamaxı rayon qeydiyyat şöbəsinin 1929-1947-ci illərin doğum haqqında akt qeydiyyatının bərpa kitablarında X11 doğum katı aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 12 oktyabr 2022-ci il tarilxi məktubunda göstərilri ki, X8 təsərrüfatı və üzvlərinin olması barədə Dövlət Arxivinə sənəd təqdim edilmədiyi üçün aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin 16 noyabr 2022-ci il tarixli arayışında göstərilir ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlşdırılmış qeydiyyat informasiya sistemində X15 aid 12 may 2005-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə aid məlumatlar aşkar edilmişdir. Onun ailə üzvləri arvadı xx.xx.1932-ci il təvəllüdlü X12, oğlu 20 iyul 1956-cı il təvəllüdlü X21, oğlu 28 dekabr 1957-ci il təvəllüdlü X31, oğlu 29 iyun 1959-cu il təvəllüdlü X27, oğlu 16 fevral 1962-ci il təvəllüdlü X28, qızı 26 noyabr 1963-cü il təvəllüdlü X17, qızı 11 dekabr 1965-ci il təvəllüdlü X22, oğlu 11 aprel 1968-ci il təvəllüdlü X29 və qızı xx xxxx 1970-ci il təvəllüdlü Ərizəçidır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional ASAN XİDMƏT mərkəzində notariat ofisinin 25 dekabr 2023-cü il tarixli məktubunda göstərilir ki, X10 miras qoyan X20 ilə qohumluq əlaqəsinin sübut olmaması səbəbindən X19 ilə X23 və X7 ilə qohumluq münasibətlərinin tənzimlənməsi məqsədilə müvafiq məhkəməyə müracit etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, X8 ünvan 1 ünvanda xüsusi mülkiyyətində 30,3 m2 fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, 21 dekabr 1968-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X8 12 may 2005-ci il tarixdə vəfat etmiş X10 atası olması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 21 dekabr 1968-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş X8 12 may 2005-ci il tarixdə vəfat etmiş X10 atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar