Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-457/2022 12.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evin qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Şamaxı şəhəri, Gənclər küçəsi ev 31 mənzil 13 saylı evin qeydiyyatdından çıxarılması və yaşayış sahəsindən istifadəyə xitam verilməsi barədə qətnamə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Gənclər küçəsi ev 31, mənzil 13 saylı ev onun mülkiyyətindədir. Evdə o, arvadı və uşaqları həmin ünvanda yaşayırlar və qeydiyyatdadırlar. Onlardan başqa atası Cavabdeh onun evində qeydiyyatdadır, lakin atası onlarla birlikdə yaşamır. Atası 2009-cu ildə həbsdən buraxdıqdan sonra yaşamağa yeri olmamış, həm də özünə şəxsiyyət vəsiqəsi ala bilmədiyindən o da məcbur olub atasını evinə qeydiyyata aldırmışdır. Amma o, çox onlarla yaşamamış, Bakı şəhərinə gedib və orada qeyri-rəsmi ailə qurmuşdur və harada yaşadığını bilmir. Heç bir ələqələri yoxdur. Atası Cavabdeh onun evində qeydiyyatdan, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarma tələbinə dair Polis şöbəsinə müraciət etmiş, bildirmişlər ki, müraciəti mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət edilməlidir. Bu barədə mediatora da müraciət etmiş ki, bəlkə atası könüllü evin qeydiyyatından çıxar. Amma bu mediasiya sessiayasında da baş tutumamış, o heç sessiyaya gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı onun qonşusudur. Cavabdeh 2008-ci ildə ünvan 1 ünvanında qısa müddətdə yaşamışdır. Sonra onu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı onun qonşusudur. Cavabdeh həbsdən çıxmış, bir müddət iddiaçının evində yaşamışdır. Lakin sonradan onu görməmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehin faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi baş dövlət texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin texniki pasportundan görünür ki, Şamaxı rayonu DTİ və MHQİ-nin 05.01.2006-cı il tarixli 02 saylı qərarı ilə 0,9 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Seriya MH ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri Gənclər küçəsində istifadədə 0.0665 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 3 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən 90,9 kv.m ümumi, 65.3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 01.03.2019-cu il tarixli Şamaxı rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma 04.04.2016-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası qanunun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı göstərilmişdir. Ərizədə adı göstərilən Cavabdeh ona məxsus olan yaşayış sahəsində qeydiyyatdan çıxarılması üçün müvafiq məhkəməyə müraciət edilməli olduğu tövsiyə olunmuşdur. İş materiallarında olan 13.03.2019-cu il tarixli 115 saylı Şamaxı Kommunal Təsərrüfatı X1 arayışından görünür ki, İddiaçı Şamaxı şəhəri Gənclər küçəsi ev 31 saylı evdə yaşayır. İş materiallarında olan 05.01.2022-ci il tarixli № 17 saylı Şamaxı Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin arayışından görünür ki, İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmışqeydiyyat informasiya sistemində həmin şəxsə dair 05.01.2022-ci ilədək yoxlama aparılmışdır. Ailə üzvləri: X3-arvadı, X4-uşağı. İş materiallarında olan 12.05.2022-ci il tarixli 180 saylı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 arxiv çıxarışndan görünür ki, Şamaxı rayon İcra Hakimiyyətinin 02 avqust 2005-ci il tarixli səraəncamı ilə Şamaxı şəhəri, İmaməliyev küçəsi 54 №-li evin sakini X5 Şamaxı şəhəri, Gənclər küçəsi 31 saylı binada 2-ci blokda, 2-ci mərtəbə, 67,5 m2 yaşayış sahəsi olan 5 yaşayış otağından ibarət 13 mənzil verilməsi qərara alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh isə mülkiyyətçinin atası olmaqla həmin mənzildə qeydiyyata alınmışdır. Cavabdeh qeyd olunan mənzildə yaşamasa da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmış ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır və yaşamaq üçün özünə daimi olaraq başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Cavabdeh iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə bağışlayarkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüşdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. Hazırkı məhkəmə qətnaməsi Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-457/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-457/2022
12.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver