Məhkəmə qərarları › İş №2(074)-480/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-480/2025

05.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-480/2025 05.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh3, Cavabdeh1 qarşı cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmalarına dair mülki iş üzrə iddia ərizəsinin qaytarılması haqqında iddiaçı tərəfindən verilmiş vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X1, Cavabdeh3, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Cabanı kəndində yerləşən və **********14 dövlət reyestr nömrəli çıxarışa əsasən ona məxsus torpaq sahəsinin 1,0 ha hissəsindən cavbdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda İddiaçı vəsatətlə müraciət edərək, işə mahiyyəti üzrə baxılmadan, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasına dair vəsatətlə müraciət etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər X1, Cavabdeh3, Cavabdeh1 qarşı cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmalarına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq xx.xx.2024-cü il tarixdə ödənilmiş 100,0 manat məbləğində vəsait (qəbz nömrə **********) İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar