Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-482/2022 18.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 23 yanvar 2015-ci il tarixdə Şamaxı rayonu Həmyəli kəndində bir oğlan uşağının tibb müəssisindən kənarda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X7 ilə 29 iyun 1985-ci ildə rəsmi nikahla ailə qurmuş və birgə nikahlarından 14 mart 1986-cı ildə X15, 09 yanvar 1993-cü ildə X12, 26 yanvar 1996-cı ildə X13, 10 oktyabr 1987-ci ildə X14, 10 oktyabr 1990-cı ildə X8, 14 dekabr 1997-ci ildə X17, 06 oktyabr 2003-cü ildə X9, 29 sentyabr 2012-ci ildə X10 və 23 yanvar 2015-ci ildə X11 doğulmuşdur. X11 ev şəraitində doğulmuşdur. Onun tibbi sənədi olmadığından doğum haqqında şəhadətnamə ala bilməmişdir. Aidiyyəti üzrə Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ona rəsmi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası“nın tələblərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda doğum faktı məhkəmə qaydasında müəyyən edilməli olduğu bildirilmişdir. Doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunur. Həmçinin, Şamaxı rayon qeydiyyat şöbəsi məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Bu məsələnin məhkəmədən kənar həlli mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. X9 ev şəraitində dünyaya gəlib. Uşaq sağ-salamat doğulmuş və hazırda valideynləri ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 məhkəməyə ifadə verib bildirdi ki, X9 evdə doğulmuş və hazırda valideynləri ilə yaşayır. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-ЖГ 473518 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X30 arasındakı nikah 29.06.1985-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29.06.1985-ci il tarixdə № 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Mahmudov”, arvada “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan Xİİ-ЖГ 371715 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 18.05.1986-cı ildə Şamaxı rayonu, Həmyə kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan XV-ЖГ 405090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10.10.1990-cı ildə Şamaxı rayonu, Həmyə kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan XVİİ-ЖГ 339892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09.01.1993-cü ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan AZ-İ 112916 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20.01.1996-cı ildə Şamaxı rayonu, Həmyə kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 25.01.2022-ci il tarixli 05/Q-80/15 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 23.01.2015-ci ildə ev şəraitində doğulmuş bir oğlan doğumunun qeydə alınması barədə müraciətinə baxılmış, doğum faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina edilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı rayon Təhsil Şöbəsi S.M.Qənizadə adına 1 saylı tam orta məktəbin 23.02.2022-ci il tarixli 74 saylı məktubundan görünür ki, 01.10.2021-ci tədris ilində Şamaxı şəhəri S.M.Qənizadə adına 1 saylı tam orta məktəbinin 1 a sinfinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrinini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X36 03.03.2022-ci il tarixli 197 saylı məktubdan görünür ki, Şamaxı şəhəri, Həmyəli kənd sakini Ərizəçi 23.01.2015-ci il tarixdə Şamaxı RMX-nın doğum şöbəsinə müraciət etməmişdir və ona doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Həmyəli kənd İƏD-si üzrə nümayəndəliyinin 14.03.2022-ci il tarixli 31 saylı arayışından görünür ki, X4 ailə üzvləri: Ərizəçi, X15, X12, X13, X14, X8, X17, X9, X10, X3 ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən 23.01.2015-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində ev şəraitində oğlan cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla valideynlərinin himayəsində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağın şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən 23 yanvar 2015-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində tibb müəssisindən kənarda bir oğlan cinsli uşaq doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-482/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-482/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver