Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-487/2020 06.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quşçu kəndində ona məxsus evin arxa tərəfindən yerləşən çəpərin sökülərək 7,5 metr Süleymanın evinə tərəf çəkilməklə torpaq sahəsinin azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, Şamaxı rayon x9 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə istifadəsində olan 0,21 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bunu təsdiq edən qanuni sənədi var. Evinin arxası Torpağın mülkiyyətə verilməsinə dair JN-355 A saylı 41012018 kodlu Şəhadətnaməyə əsasən qonşu x5 mülkiyyətinə verilmişdir. Sonradan həmin ev və həyətyanı torpaq sahəsi cavabdehə satılmışdır. Rəsmi olub olmamasını bilmir. Faktiki olaraq həmin torpaq sahəsi və ev cavabdehin sahibliyindədir. Bir neçə gün əvvəl cavabdeh və onun ailə üzvləri evin arxasında 3,5 metr enində yer saxlayaraq qalanını çəpərləmək istəmişlər. Ailə üzvləri ilə onlar arasında dava-dalaş olmuşdur. Polisə müraciət etmişlər. Polis bu mülki məsələdir, məhkəməyə müraciət edin deyərək cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Bələdiyyə gəlib yerləri ölçmüş, onlara bildirmişdir ki, evin arxasında 11 m enində torpaq sahələri olmalıdır. Həyətinə gələn yol evinin arxasındandır. Dəfələrlə müraciət etmişlər ki, böyük maşınla həyətə girə bilmir, maşının bortu evin novalçasına toxunur. Çəpəri bir az kənara çək, amma heç bir faydası olmamışdır. Odur ki, Quşçu kəndində ona məxsus evin arxa tərəfindən yerləşən çəpərin sökülərək 7,5 metr Süleymanın evinə tərəf çəkilməklə torpaq sahəsinin azad olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, Bəybala evin sahibidir. O, vəfat edib. İddiaçının evinin arxasında yol yoxdur, yol evin qabağındadır. Torpağı 2005-ci ildə almış, amma özəlləşdirməyə imkanı olmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan JN-356A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı, x10, x11, x6, x14, x12, x2, x1 Şamaxı rayon x9 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,21 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-355A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, x16, x17, x18, x19, x3, x7, x13, x15, x8 Şamaxı rayon x9 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,44 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Şamaxı rayon x9 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,21 ha torpaq sahəsi digər mülkiyyətçilərlə yanaşı iddiaçının, 0,44 ha torpaq sahəsi isə x16, x17, x18, x19, x3, x7, x13, x15, x4 ümumi mülkiyyətlərinə verilmişdir. İddiaçı, x5 və digərlərinin ümumi mülkiyyətlərində olan torpaq sahəsinin çəpərinin sökülərək evə tərəf 7,5 metr çəkilməsi barədə tələbini cavabdehə qarşı vermiş, iddiasını ümumi mülkiyyətçilərə məxsus torpaq sahəsinin və üzərindəki evin faktiki olaraq cavabdehin sahibliyində olması ilə əsaslandırmışdır. İlk öncə iş üzrə sübutlarla digər mülkiyyətçilərlə yanaşı iddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsinin arxa tərəfindən gediş gəliş yolunun nəzərdə tutulması, bu yolun eninin 11 metr olması, yolun 7,5 metr enində hissəsinin cavabdeh tərəfindən zəbt olunması təsdiq olunmamışdır. Məhkəmə iddiaçının dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, çəpəri sökülməsi tələb olunan torpaq sahəsinin x5 və digərlərinin ümumi mülkiyyətlərində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmədiyindən və mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmadığından, həmin torpaq sahəsinin çəpərinin mövcudluğunun iddiaçının hüquqlarına toxunmasına görə məsuliyyəti heç bir halda cavabdeh daşımır o, həmin çəpərin sökülməsi barədə iddiaya cavab verməli olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, digər mülkiyyətçilərlə yanaşı iddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsinin arxa tərəfindən gediş gəliş yolunun nəzərdə tutulması, bu yolun eninin 11 metr olması, yolun 7,5 metr enində hissəsinin cavabdeh tərəfindən zəbt olunması təsdiq olunmadığından, eləcə də cavabdeh, x5 və digərlərinin ümumi mülkiyyətlərində olan torpaq sahəsinin çəpərinin sökülməsi barədə iddiaya cavab verməli olmayan şəxs olduğundan, İddiaçı Cavabdeh qarşı olan iddiası əsassızdır və təmin edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair» iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-487/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-487/2020
06.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver