Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-489/2021 23.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “dəmir tor hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın onun istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və arvadı Şamaxi rayonu Qızmeydan kəndində yaşayan Cavabdeh2 Yevgeniyevnanın hər biri qanunsuz zəbt etdikləri 0,46 ha ona məxsus sahəni, Cavabdeh3 0,24 ha, onun arvadı Topçubaşova (Namazova) Tünzalə Kamal qızı qanunsuz zəbt etdikləri 0,17 ha ona məxsus sahənin, Cavabdeh5 Əlmuxtar oğlu qanunsuz zəbt etdiyi 0,13 ha torpaq sahəsinin boşaldılması həmin sahələrin ətrafında metal tordan çəkilmiş hasarın cavabdehlərin hesabına sökülməsi həmin torpaların onun əməli istifadəsinə qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 fevral 2021-ci il tarixdə gəlini X1 bu ilin fevral ayında Qızmeydan kəndində yerləşən 6,35 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin müəyyən hissəsi əvvəllər cavabdehlər tərəfindən zəbt olunmuşdur. Müşkünaz onları məhkəməyə vermiş, məhkəmə həmin torpaqların boşaldılması, orada olan dəmir tor hasarın sökülməsi barədə qətnamə qət etmişdir. Qətnamə icra olunmuş dəmir tor hasar sökülərək ərazidən çıxarılmışdır. Lakin bir müddət sonra cavabdehlər yenidən həmin yerdə əvvəlki qayda ilə dəmir tor çəkmiş, ərazini zəbt etmişlər. Hazırda da həmin ərazi onun mülkiyyətindədir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq zəbt etdikləri torpağı geri qaytarmaq istəmirlər. Cavabdeh1 və arvadı Şamaxi rayonu Qızmeydan kəndində yaşayan Cavabdeh2 Yevgeniyevna hər biri 0,46 ha, Cavabdeh3 0,24 ha, onun arvadı Topçubaşova (Namazova) Tünzalə Kamal qızı 0,17 ha Cavabdeh5 Əlmuxtar oğlu 0,13 ha torpaq sahəsi zəbt edərək hasarlamışlar. Dəmir tordan çəkilmiş hasar sökülməli, zəbt olunmuş torpaq sahəsi boşaldılmalı, topağını onun əməli istifadəsinə qaytarmalıdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cvaabdehlər Cavabdeh1 və Cavabdeh2 teleqramla məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və buna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etsələrdə bunu təsdiq edən heç bir sübut təqdim etmədiklərindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Qızmeydan kəndində yerləşən 6,3511 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan JN-158A KOD 41003005 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kənd sakini Cavabdeh3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,48 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-161A KOD 41003005 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kənd sakini Cavabdeh5 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-166A KOD 41003005 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kənd sakini Cavabdeh2 Yevgeyevnaya Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,46 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-367H KOD 41003005 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kənd sakini Cavabdeh4 Şamaxı rayon Qızmeydan bələdiyyəsinin 14.03.2005-ci il tarixli 07 saylı və Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli 16 saylı qərarı qərarı ilə 0,34 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-159A KOD 41003005 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kənd sakini Cavabdeh4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxi rayonu Qızmeydan kəndində yerləşən 4,5902 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxi rayonu Qızmeydan kəndində yerləşən 3.614 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Zəngilan rayon Məhkəməsinin № 2(034)-26/2008 saylı qətnaməsindən görünür ki, iddiaçı Şamaxı rayon Qızmeydan Bələdiyyəsinin cavabdehlər Həsənova (Əhmədova) Müşkünaz Musa qızı, X10, X11, X7, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi və Şamaxı Rayon Aqrar İslahat Komissiyasına qarşı “torpaq sahəsinin ayrılması barədə qərarların ləğv edilməsi və torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılması tələbi barədə” iddia təmin olunmamışdır. İş materiallarında olan 15.02.2010-cu il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh4 və Cavabdeh3 məxsus torpaq sahələri arasındakı sərhəd hasarı götürülərək həmin torpaq sahələri biri-birinə birləşdirilmiş və bir torpaq sahəsi yaradılmışdır. Cavabdeh4 və Cavabdeh3 məxsus torpaq sahəsinin birlikdə ümumi uzunluğu 185,0 m, eni giriş darvazası tərəfdən 42,80 m, orta hissələrdə 41,50 arxa hissədə isə 42,70 m təşkil edir. Aparılmış hesablamalara əsasən torpaq sahəsinin ümumi sahəsinin 7908,7 m2 (185x42,75) və ya 0,79 ha (7908,7:10000) olduğu müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin faktiki olaraq şəhadətnamədə göstəriləndən 0,03 ha (0,79-0,82) az olduğu müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 faktiki birgə istifadəsində olan torpaq sahəsinin 0,79 ha olduğu və bunun da JN-367 və JN-367H (JN- 158A) saylı şəhadətnamələdə (birgə 0,82 ha) göstəriləndən 0,03 ha az olduğu müəyyən edilmişdir. Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin 0,67 ha olduğu və bunun da JN-166A saylı şəhadətnamədə (0,46) göstəriləndən 0,21 ha artıq olduğu müəyyən olunmuşdur. Mülki iş materiallarında olan DT və XK-nin Şamaxı rayon şöbəsinin böyük məsləhətçisi N.Yolçuyevin və Ağsu RAYİ-nin mühəndisi B.Qasimovun birgə rəyinə əsasən JN-367H saylı şəhadətnamə ilə Cavabdeh4 məxsus 0,34 ha torpaq sahəsi və JN- 367 saylı şəhadətnamə ilə Cavabdeh3 məxsus 0,48 ha torpaq sahəsi JN 0266 saylı Dövlət Aktı ilə M.Əhmədovaya məxsus torpaq sahəsi 24,0 m üst-üstə düşür. Eyni zamanda həmin rəyə görə JN-166A saylı şəhadətnaməyə əsasən Cavabdeh2 məxsus 0,46 ha torpaq sahəsi yerində naturaya uyğun olmuş, lakin sonradan torpaq sahəsinin arxasında olan boş torpaq sahəsindən 0,34 ha (hazırki rəylə 0,21 ha müəyyən edilir) torpaq sahəsi əlavə olaraq hasara alınmışdır. İş materiallarında olan Qobustan rayon Məhkəməsinin 23.12.2010-cu il tarixli № 2(026)-132/2010 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, X12 və X1 torpaq sahəsindən çıxarma, mülkiyyətdə olan torpaq sahəsindən istifadə hüququna qəsd edən hərəkətlərə son qoyulmasına dair iddiası rədd edilmişdir. İddiaçı X2 cavabdehlər Şamaxı rayonu, Qızmeydan Bələdiyyəsi, DTXK-nin Şamaxı rayon şöbəsi, Cavabdeh3, Topçubaşova (Namazova) Tünzalə Kamal qızı, Cavabdeh2, Cavabdeh5, İdris Şirəliyev, Dmitri Anastasiya və Əminə Orucovaya qarşı iddiasının cavabdehlərintorpaqlarında əlavə artırılmış ölçülərin göstərildiyi JN-166 A, JN-367H, (JN- 158A) saylı şəhadətnamələrin ləğv olunmasına dair hissəsi rədd edilmişdir. İş materiallarında olan 25.11.2014-cü il tarixli aktdan görünür ki, Şamaxı rayon məhkəməsində baxılmış və məhkəmə 2010-cu il 12 mart tarixli qətnaməsi ilə X2 və ailə üzvlərinin mülkiyyətinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 02 iyul 2003-cü il tarixli sayli qərari ilə verilmiş 14,56 hektar torpaq payı torpağın mülkiyyət hüquqna dair Dövlət Aktında göstərilən sərhədlər daxilində ölçülərək ona təhvil verilməsini qət etmişdir. Qətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı Rayon İcra Qrupu tərəfindən icra olunaraq M.Əhmədovanın mülkiyyətinə verilmiş torpaq payı yerdə ölçülərək mərz nişanları qoyularaq şikayətçinin nümayəndəsinə göstərilmişdir. Bu zaman bir daha məlum olmuşdur ki, mübahisəli torpaq sahəsində yuxarıda göstərilən vətəndaşlar tərəfindən həmin torpaq sahəsinin müəyyən hissələri dəmir torlarla hasarlanmış və əkin işləri aparılmışdır. Lakin məhkəmə qətnaməsində Namazova Tünzalə Kamal qızına, Cavabdeh3 və digərlərinə həmin ərazidə qanunsuz verilmiş torpaqlardan çıxarılmasına dair iddia həmin cavabdehlərin adlarına Dövlət Aktının verilmədiyinə görə iddia predmetinə aid olmadığından iddianın həmin hissəsi təmin edilməməsi qeyd olunduğundan həmin torpaq sahəsi icraçılar tərəfindən zəbtdən azad olunaraq şikayətçiyə təhvil verilməmişdir. İş materiallarında olan 15.01.2015-ci il tarixli 17-10/2358-2 saylı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məktubundan görünür ki, təsərrüfatın torpaqlarının özəlləşdirilməsi ilə əlaqədar kənd sakini M.Əhmədovanın mülkiyyətinə (ailə-üzvləri ilə birlikdə) JN0266 saylı torpaq mülkiyyət hüququna dair Dövlət aktı əsasında 14,56 hektar (İ hissə 4,59 hektar, İİ hissə 3,61 hektar, İİİ hissə 3,61 hektar) torpaq payları verilmişdir. Bununla bərabər şikayətçinin verilmiş 6,35 hektar torpaq payı yerdə ( naturada) ölçülərkən məlum olmuşdur ki, həmin mübahisəli torpaq sahəsinin 2 hektara qədəri sonradan 2004- 2005-ci illərdə JN-158A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Bakı şəhər sakinləri Cavabdeh3, JN-159 A saylı Şəhadətnamə ilə X3, Şəhadətnamə ilə Şamaxı şəhər sakini Cavabdeh5 və həyətyanı torpaq sahəsi kimi verilmişdir. İş materiallarında olan 27.07.2015-ci il tarixli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 15.01.2015-ci il tarixli 17-10/2358 saylı mütəxəssis rəyinə əsasən, X8 və ailə üzvlərinə məxsus JN-0266 saylı, 41003018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgiləri, yerində müəyyən edilməklə cavabdehlər Cavabdeh4zna məxsus JN0-367H, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Cavabdeh3 məxsus JN-158A, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Cavabdeh2 Yevqenyevnaya məxsus JN-166A, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Cavabdeh5 məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgiləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan 17.08.2015-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X4 məxsus JN-0266 № 41003018 kodlu Dövlət aktına əsasən verilmiş 6.35 ha torpaq sahəsi ilə həmsərhəd olan torpaq mülkiyyətçiləri, Cavabdeh3, Namazova (Topçubaşova) Tünzalə Kamal qızı, Cavabdeh5 və Cavabdeh2 Yevqenyevaya məxsus torpaq sahələri üst-üstə düşür. Üst-üstə düşmənin səbəbi islahat zamanı çəkilmiş ilkin baş planda göstərilən yollar, həyətyanı torpaq islahatı zamanı çəkilmiş yollarla uyğun gəlməməsidir. Xəritəni naturaya köçürəndə 30 metr mülkiyyətçilərə verilmiş Dövlət aktları həyətyanılara verilmiş şəhadətnamələrlə üst-üstə düşür. Beləliklə, X5 məxsus 6.35 ha torpaq sahəsinin 0.10 ha hissəsi Cavabdeh3 və Cavabdeh4, 0.03 ha hissəsi Cavabdeh5 və 0.15 ha hissəsi İ. Papşeva məxsus həyətyanı torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İş materiallarında olan 31.08.2015-ci il tarixli 17764 saylı ekspert rəyindən görünür ki, mülki iş materilallarında olan, 14 saylı Şamaxı LTİ-nin rəyisi T.Həsənov tərəfindən 08/03 saylı 17.08.2015-ci il tarixli mütəxəssis rəyinə əsasən, X8 və ailə üzvlərinə məxsus JN- 0266 saylı, 41003018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgiləri, yerində müəyyən edilməklə cavabdehlər Cavabdeh4 məxsus JN-158A, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Cavabdeh5 məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgiləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. X5 məxsus 6.35 ha torpaq sahəsinin 0.10 ha hissəsi Cavabdeh3 və Cavabdeh4, 0.03 ha hissəsi Cavabdeh5 və 0.15 ha hissəsi Cavabdeh2 məxsus həyətyanı torpaq sahələrlə üst-üstə düşməsi müəyyən edilmişdir. İş materiallarında olan 15.12.2015-ci il tarixli 21998 saylı ekspertiza rəyindən görünür ki, iş üzrə iddiaçı X8 və ailə üzvlərinə məxsus JN-0266 saylı, 41003018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının çizgiləri yerində müəyyən edilməklə cavabdehlər Cavabdeh4 məxsus JN-367H, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Cavabdeh3 məxsus JN-158A, 41003005 kodlu torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin, Cavabdeh2 məxsus JN-166A, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Cavabdeh5 məxsus torpağın mülkiyyətə verilməsinə şəhadətnamənin cizgiləri üst-üstə düşür. Üst-üstə düşən sahələrin (qərardadda adı çəkilməyən müxtəlif şəxslərin əkin sahəsi kimi istifadə etdiyi torpaq sahələri nəzərə alınmaqla) ümumi sahəsi 2.0 hektara qədərdir. İddiaçıya məxsus torpaq sahəsinin 0.433 ha hissəsi cavabdehlər tərəfindən tutularaq beton dirəklər basdırılıb metal torla çəpərlənmişdir. Ümumilikdə cavabdehlər tərəfindən tutulmuş, eləcə də qərardadda adı çəkilməyən müxtəlif şəxslərin əkin sahəsi kimi istifadə etdiyi iddiaçıya məxsus 2.0 ha pay torpaq sahəsinin dəqiq ölçüləri, sərhədləri, koordinatları və digər texniki göstəriciləri Azərbaycan Resspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanınada Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin mütəxəsisləri tərəfindən “GPS” sistemli elektron ölçü aparatı vasitəsi ilə naturada (yerində) müvafiq ölçü aparılaraq müəyyən edilməlidir. Cavabdehlərə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 28.12.2015-ci il tarixli № 2(074)- 585/2015 saylı qətnaməsindən görünür ki, cavabdehlərdən Topşubaşov Ceyhun Mustafa oğlunun adına verilmiş JN-158A saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsi tərəfindən 0,24 ha hissəsinə aid hissədə, Namazovu(Topçubaşova) Tünzalə Kamal qızının adına verilmiş JN-159 A, 367 H saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsi tərəfindən 0,17 ha hissəsinə aid hissədə, Cavabdeh2 Yenqeyevnanın və Cavabdeh1 Rahimoviçin adına verilmiş JN-367 saylı torpağın mülkıyyətə verilməsi haqqında şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsi tərəfindən 0.46 hissəsinə aid hissədə, Cavabdeh5 adına verilmiş JN-161 saylı torpağın mülkiyyəət verilməsi haqqında şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsi tərəfindən 0,13 ha hissəsinə aid hissədə ləğv olunmuş. Qeyd edilən torpaq sahələri cavabdehlərin qanunsuz istifadəsindən azad edilərək, sahədə çəkilmiş çəpərin sökülməsi və torpaq sahəsi boşaldılmalı və rus qəbirstanlığının alt tinindən torpağı sahəsinə olan yol 106 m ölçülüb ümümilikdə 6,35 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdehlər Cavabdeh1 və arvadı Şamaxi rayonu Qızmeydan kəndində yaşayan Cavabdeh2 Yevgeniyevna hər birinin qanunsuz zəbt etdikləri 0,46 ha, Cavabdeh3 0,24 ha, onun arvadı Topçubaşova (Namazova ) Tünzalə Kamal qızı qanunsuz zəbt etdikləri 0,17 ha, Cavabdeh5 Əlmuxtar oğlu qanunsuz zəbt etdiyi 0,13 ha iddiaçının mülkiyyətində olan torpaq sahəsi boşaldılmalı həmin sahələrin ətrafında metal tordan çəkilmiş hasarlar cavabdehlərin hesabına sökülməli həmin torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və arvadı Şamaxi rayonu Qızmeydan kəndində yaşayan Cavabdeh2 Yevgeniyevna hər birinin qanunsuz zəbt etdikləri 0,46 ha, Cavabdeh3 0,24 ha, onun arvadı Topçubaşova (Namazova) Tünzalə Kamal qızı qanunsuz zəbt etdikləri 0,17 ha və Cavabdeh5 Əlmuxtar oğlunun qanunsuz zəbt etdiyi 0,13 ha iddiaçının mülkiyyətində olan torpaq sahəsi boşaldılsın, həmin sahələrin ətrafında metal tordan çəkilmiş hasarlar cavabdehlərin hesabına sökülərək həmin torpaq sahələri iddiaçının istifadəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-489/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-489/2021
23.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver