Məhkəmə qərarları › İş №2(074)-492/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-492/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-492/2023 02.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 fevral 1979-cu il tarixdə tibb müəssisəsindən kənarda, Şamaxı rayonu, Günəşli (keçmiş Saqiyan) kəndində onun bir oğlan uşağını doğması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdə X14 ilə rəsmi nikahla ailə həyatı qurmuşdur. 8 övladı var. Zamir onun 4-cü övladıdır, xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Lakin onun şəxsiyyət vəsiqəsi yoxdur. Hazırda ona şəxsiyyət vəsiqəsi alınmalıdır. Ona şəxsiyyət vəsiqəsi almaq istəmişlər. Bildirilmişdir ki, onun doğum qeydi aparılmadığından ona şəxsiyyət vəsiqəsinin verilməsi qeyri-mümkündür. Qeydiyyat Şöbəsinə müraciət etmiş, orada da doğum qeydinin olmadığı və hazırda da doğumu barədə tibbi şəhadətnamə olmadığından doğum qeydinin aparılmasının mümkün olmadığı və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Onun Zamir deyə çağrılan oğlu xx.xx.1979-cu il tarixdə Günəşli (keçmiş Saqiyan) kəndində ev şəraitində anadan olmuşdur. Onlar daima çobançılıqla məşğul olduğundan onun adını qeyd etdirməmişlər. Zamir məktəbə də getməmişdir. Bu səbəbdən də indiyə kimi onun adı qeyd olunmamış qalmışdır. Onu tanıyanlar, qonşular da təsdiq edə bilərlər ki, oğlu Zamir həqiqətən də xx.xx.1979-cu il tarixdə Şamaxı rayonu Günəşli (keçmi Saqiyan) kəndində ev şəraitində anadan olmuşdur. X2, anası Ərizəçidır. Bunu təsdiq edəcək kifayət qədər şahidləri var. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin qardaşıdır. Bacısının neçə övladı olduğunu xatırlamır. Hazırda məhkəmə iclasında iştirak edən şəxs bacısının oğludur və adı Zamirdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin ailəsini tanıyır. Onun yoldaşı ilə dost olmuşdur. Ərizəçinin beş oğlu var. Hazırda məhkəmə iclasında iştirak edən şəxs də ərizəçinin oğludur və adı Zamirdir. O, Zamiri balaca vaxtından tanıyır. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2022-ci il tarixli 05/Q-168/69 saylı Maraqlı şəxs arayışından görünür ki, 10 fevral 1979-cu ildə Şamaxı rayonunun Günəşli kəndində anadan olmuş X3 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə qohum və qonşularının iştirakı ilə ev şəraitində bir oğlan uşağı dünyaya gətirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X31 Ərazi Bölmələrinini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X33 xx.xx.2022-ci il tarixli 1662 saylı məktubdan görünür ki, Şamaxı rayonu, Günəşli kənd sakini Ərizəçi xx.xx.1979-cu il tarixdə Şamaxı RMX-nın Doğum şöbəsinə müraciət etməmişdir və ona doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan İ-ЖГ № 301886 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Nazilə Mehbalı qızı arasındakı nikah xx.xx.1976-cı il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 noyabr 1976cı il tarixdə 133 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Bəhrəmov”, arvada “Bəhrəmova” soyadı verilmişdir. İş materiallarında olan İV-ЖГ № 289495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan İV-ЖГ № 289497 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan Ağsu rayon Qeydiyyat Şöbəsinin doğum haqqında arayışından görünür ki, X15 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan Ağsu rayon Qeydiyyat Şöbəsinin doğum haqqında arayışından görünür ki, X18 xx.xx.1976-cı il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan İV-ЖГ № 483673 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1977-ci il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan İV-ЖГ № 493668 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1980-ci il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan İV-ЖГ № 468199 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1982-ci il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1989-cu il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan AZ-İ № 933186 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1991-ci il tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan AZ-İ № 509276 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən 10 fevral 1979-cu il tarixdə Şamaxı rayonu, Günəşli (keçmiş Saqiyan) kəndində ev şəraitində oğlan cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla valideynlərinin himayəsində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağın şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən 10 fevral 1979-cu il tarixdə Şamaxı rayonu, Günəşli (keçmiş Saqiyan) kəndində tibb müəssisindən kənarda bir oğlan cinsli uşaq doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar