Məhkəmə qərarları › İş №2(074)-511/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-511/2025

05.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-511/2025 05.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 nömrəli Regional Sukanal İdarəsinin X3rşı işə bərpa tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 nömrəli Regional Sukanal İdarəsinin X3rşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 nömrəli Regional Sukanal İdarəsinin X4 nəzarətçi vəzifəsinə bərpa olunması və xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi qalan əmək haqqısının ona ödənilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə, onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 nömrəli Regional Sukanal İdarəsinin X6 göstərsə də, cavabdehin ünvanını tam olaraq göstərməmiş və cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olması aydın deyildir. Eyni zamanda, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 nömrəli Regional Sukanal İdarəsinin X7 hüquqi şəxs deyildir və hüquqi şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 nömrəli Regional Sukanal İdarəsinin ünvanı Ucar şəhəri, H.Əliyev prospekti, 161-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl edilmədiyi üçün, iddia ərizəsi geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçıya yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 nömrəli Regional Sukanal İdarəsinin X3rşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar