Məhkəmə qərarları › İş №2(074)-515/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-515/2020

10.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-515/2020 10.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədirliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə məcburi köçürlməyə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə məcburi köçürülməyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X2 adına olan yaşayış evinə istifadə hüquqları verilməklə iki uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X12 ərizə ilə məhkəməyə müraciət edərək X4 cavabdeh qisimində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək izahat verib göstərdi ki, xx xxxx 2008-ci il tarixdə rəsmi nikahla Cavabdeh ərə getmişdir. Ailə qurduğu vaxtdan özünə məxsus əmlaklarını da apararaq mübahisəli evə gəlin köçmüş, əri ilə münasibətləri pozulduğu vaxtadək orada doğulub böyümüş uşaqları ilə birgə həmin ünvanda yaşamışdır. Cehiz və digər əmlaklarının bir hissəsi hazırda da mübahisəli evdədir. Birgə nikahdan xx xxx 2009-cu il tarixdə doğulmuş Cavanşir adlı oğlu və xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuş Aynur adlı qızı var. Evləndiyikləri vaxtdan Cavanşirin anasının adına olan bu evdə yaşamışlar. 2014-cü ildən başlayaraq münasibətləri pisləşməyə başlamışdır. Nəticədə Orxandan ayrılmalı olmuşdur. Onu evdən çıxartmışlar və iki uşağı ilə birlikdə Sabir qəsəbəsində yaşayan valideynlərinin yanına getməyə məcbur olmuşdur. 2015-ci ildə Şamaxı rayon məhkəməsinin qətnaməsilə rəsmi olaraq ayrılmışlar. Həmin vaxtdan valideynlərinin himayəsindədir. Onların da evi çox darısqaldır. Ata evləri bir neçə il öncə yanmışdır. Hal hazırda elə də şəraitləri yoxdur. Əslində 5 nəfər ailə üzvü əvvəllər mətbəx kimi istifadə etdikləri bir otaqda yaşayırlar. Boşanandan sonra dəfələrlə məhkəməyə müraciət edərək evə köçürülməyini tələb etmiş, lakin hər dəfə müəyyən səbəblərə görə ərizəsi geri qaytarılmışdır. Hazırda qüvvədə olan mülki qanunvericiliyə görə evə köçərkən mülkiyyətçi ilə müqavilə bağlanılmalıdır. Lakin bu mənzilin sənədləri onda olmadığından uzun müddət məhkəmədə iddia qaldıra bilmir. Amma bütün əşyaları indiyə kimi cavabdehin evindədir. Əşyalarına baxmaq üçün dəfələrlə həmin evə getmiş, amma qapıları üzünə bağlayıblar. Odur ki, ünvan 1 ünvanında yerləşən X2 adına olan yaşayış evinə istifadə hüquqları verilməklə iki uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X12 izahat verib bildirdi ki, hazırda həmin evdə cavabdehlər yaşayırlar. İddianın tam əsaslı olduğunu bildirərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş cavabdeh X9 iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, Xuraman İsgəndərova onun anasıdır. İddiaçı qardaşı Orxanın həyat yoldaşı olmuş və Mətanət Orxanla ailə qurduqdan sonra həmin evə köçmüş, anası Xuraman, qardaşı Orxan və gəlinləri Mətanət həmin evdə birlikdə yaşamışlar. X18 boşanmış, anası Xuraman isə rəhmətə getmişdir. Mətanətin əşyaları həmin evdədir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanlanmış bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə məhkəmənin ünvanına geri qayıtmış və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh X9 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(074)-994/2016 saylı qətnaməsindən çıxarışın surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X10 arasında Şamaxı rayon Sabir qəsəbə icra nümayəndəliyində bağlanmış xx xxxx 2008-ci il tarixli 16 saylı nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan AZ-İ № 255418 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 93 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra ərə İsgəndərov soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ № 276700 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu ildə Şamaxı rayonu Sabir qəsəbəsində doğulmuşdur. Atası Cavabdeh, anası X7r. İş materiallarında olan AZ-İİ № 949821 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci ildə Bakı şəhəri Yasamal rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası X7r. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 64 saylı fərdi yaşayış evi X3 məxsusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki,cavabdehlərdən Cavabdeh iddiaçının əri, Rasim İsgəndərov isə qaynı olmuşlar. Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 64 saylı fərdi yaşayış evi isə X3 məxsusudur. İddiaçı Cavabdeh ilə xx xxxx 2008-ci il tarixdə nikah bağlayaraq ailə qurduğu vaxtdan özünə məxsus əmlaklarını da apararaq mübahisəli evə gəlin köçmüşdür. Əri ilə birgə nikahından xx xxx 2009-cu il təvəllüdlü Cavanşir və xx xxxxxxxx 2012-ci il təvəllüdlü Aynur adlı uşaqları da həmin ünvanda doğulmuşlar. İddiaçı əri ilə münasibətləri pozulduğu vaxtadək uşaqları ilə birgə həmin ünvanda yaşamışdır. Cehiz və digər əmlaklarının bir hissəsi hazırda da mübahisəli evdədir. Cavabdeh iddiaçını və övladlarını mübahisəli evdən çıxarmışdır. Hazırda isə hər iki cavabdehlər iddiaçının uşaqları ilə bigrə həmin evə qayıdıb yaşamlarına maneə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqlrı mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. “Uşaq hüquqları haqqında” BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia üzrə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh ilə ailə qurduğu xx xxxx 2008-ci il tarixdən daimi yaşadığı və sonuncunun çıxarması və hər iki cavabdehin qayıdıb yaşamasına maneə olması səbəbindən yaşamadığı mübahisəli evdən başqa daimi yaşayacaq yeri olmadığından, eləcə də əmlaka başqa şəxsin sahibliyinə yol verməmək yalnız mülkiyyətçinin hüququ olduğundan, cavabdehlərin isə mübahisəli evə dair mülkiyyətçi hüquqları olmadığından, onların başqa yaşayış sahəsi olmayan iddiaçını və yetkinlik yaşına çatmamış uşaqlarını mübahisəli evdən çıxarması, qayıdıb yaşamalarına maneə olmaları qanunsuz və mənafeyi üstün tutmalı, daha yaxşı təmin edilməli olan uşaqlarının hüquq və mənafelərinə zidd olmuşdur. Odur ki, iddiaçı uşaqları ilə birgə əmlaklarının olduğu mübahisəli evə köçürülməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ əmələ gəlmədiyindən, iddia tələbi istifadə hüququnun tanınması hissəsində rədd edilməli, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı və övladları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X1 şəhəri, Nərimanov küçəsi ev 64 ünvanında fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar