Məhkəmə qərarları › İş №2(074)-521/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-521/2023

27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-521/2023 27.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “doğum faktının müəyyən olunması” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək qızı X9 doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X15 ilə qeyri-rəsmi evlənərək, nikaha girmədən 2004-cü ildə ailə həyatı qurmuşdur. Rəsmi nikaha daxil olmasalar da, faktiki ərarvad münasibətlərindən 20 noyabr 2005-ci il tarixdə qızı X16 doğulmuşdur. Rəsmi nikahları olmadığından, eyni zamanda uşaq ev şəraitində doğulduğundan Ayselin doğum qeydiyyatı aparılmamış və bu səbəbdən də uşaq ümumiyyətlə orta məktəbə getməmişdir. 2013-cü ildə onlar evliliklərini nikaha girməklə rəsmiləşdirmişlər. Lakin qızı Ayselin doğum tarixi sənədlərdə səhv yazılmışdır. Belə ki, qızı 20 noyabr 2005-ci il tarixdə doğulsa da, ilkin doğum aktında və ona əsasən verilmiş doğum haqqında şəhadətnamədə doğum tarixi səhvən 10 sentyabr 2012-ci il tarix yazılmışdır. Halbuki qızı A.Omarovanın 20 noyabr 2005ci il tarixdə doğulmasına dair tutarlı sübutlar mövcuddur. Onun doğuşu qəfildən baş verdiyindən və kəndləri rayon mərkəzindən uzaq yerləşdiyindən, eyni zamanda həkimə müraciət edə bilmədiyindən doğuş ev şəraitində olmuşdur. X1 və qonşuları X10 uşağın dünyaya gəlməsində ona köməklik göstəriblər. Ailədə olan sosial-məişət problemlərinin çoxluğu ucbatından və rəsmi nikahlarının olmaması səbəbindən vaxtında uşağın doğulması barədə həm rayon xəstəxanasına, həm də qeydiyyat orqanlarına məlumat verməmişlər. Nəticədə uşağın doğum haqqındakı akt qeydində uşağın doğum tarixi 10 sentyabr 2012-ci il tarix kimi qeyd edilmişdir. Bu faktın müəyyən edilməsi üçün Maraqlı şəxsnə etdiyi müraciətinə 05/Q-1293/15 saylı, xx.xx.2022-ci il tarixli imtina cavabı verilərək, məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. İmtina məktubunda bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarına” əsasən X11 doğum aktı qeydində doğum tarixində “10 sentyabr 2012-ci il”dən “20 noyabr 2005-ci il”ə dəyişiklik edilməsi Maraqlı şəxs tərəfindən mümkün deyil. Maraqlı şəxs onlara məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Bildirir ki, o, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizə ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Şamaxı rayon Məhkəməsinin 2(074)-1090/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardadda qeyd edilir ki, “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və vətəndaşlıq aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə həmin orqanlara qarşı inzibatı icraat qaydasında iddia qaldırıla bilər”. Bundan sonra o, Sumaqayıt İnzibatı Məhkəməsində qızının doğum akt qeydində dəyişiklik edilməsi vəzifəsinin cavabdeh Maraqlı şəxs üzərinə qoyulması barədə iddia qaldırmışdır. Sumqayıt İnzibatı Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(118)- 3828/2022 saylı qərarı ilə iddiası rədd edilmiş və iddiaçıya izah edilmişdir ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edərək ümumi məhkəməyə müraciət edilməlidir. Sumqayıt İnzibatı Məhkəməsi öz qərarında qeyd edir ki, “məhkəmə iclasında iddiaçının qızı X16 da iştirak etmişdir. Məhkəmənin ilkin qənaətinə görə uşaq iddiada qeyd edildiyinə uyğun olaraq doğum akt qeydində aparılmış yaşdan daha böyük görsəndiyi ilk baxışda hiss edilir”. “Lakin bu halın müəyyən edilməsi üçün fakt təsdiq edilməli və zəruri ekspertizalar keçirilməlidir. Bu da mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuşdur”. “Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, iddiaçıya izah edilməlidir ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər”. Qızı Ayselin doğum faktının müəyyən edilməməsi səbəbindən çətinliklərlə üzləşmişdir. 5 nəfərdən ibarət olan ailələrinin maddi vəziyyəti olduqca ağırdır. Ər-arvad olaraq onların maddi gəlirləri ailənin saxlanılması üçün yetərli deyil. Qızı A.Omarovanın əmək fəaliyyəti ilə məşğul olaraq ailəyə qismən də olsa, yardım etməsinə ciddi zərurət var. Lakin Ayselin doğum faktının müəyyən edilməməsinə görə onun əmək fəaliyyəti ilə məşğul olmasına qanunvericilik imkan vermir. “Bildirir ki, qızı A.Omarovanın fiziki və psixoloji vəziyyəti həqiqətən də deməyə əsas verir ki, o, 20 sentyabr 2005-ci il tarixdə doğulmasına uyğun gəlir.” Bunu yoxlamaq üçün şahidlərin dindiriləməsinə zərurət vardır. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X9 doğumunun 20 noyabr 2005-ci il tarixə qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ərizəçinin 2 uşağının doğum qeydi səhdir. Ərizəçinin yalnız üçüncü övladının doğum akt qeydi düzgün aparılmışdır. Onu nəzərə aldıqda isə görünür ki, Aysel həmin uşaqdan 5-6 ay əvvəl dünyaya gəlib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. Onun qızı Ayseli tanıyır. Doğuş vaxtı o da Rəqsanəgilə getmiş, lakin doğuşu gözələməyib evlərinə qayıtmışdır. Həmin vaxt 2005-ci il olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Omarova Aybəniz Babaşirin qızı məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin anasıdır. Aysel dünyaya gələndə qızına kömək etmişdir. Aysel 2005-ci ilin noyabr ayının 20-də dünyaya gəlmişdir. Uşaq Şamaxı rayonu Bağırlı kəndində dünyaya gəlmişdir. Həmin vaxt o və X10 orada olmuşdur. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli № 05/Q-219/69 saylı surətindən görünür ki, X15 və X2 nikahı haqqında 24 yanvar 2013-cü il tarixdə 02 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Şamaxı rayon Şəhriyar qəsəbə icra nümayəndəliyidir. Nikah bağlandıqdan sonra ərə “Rəsulov”, arvada “Rəsulova” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli № 05/Q-218/69 saylı arayışının surətindən görünür ki, X16 10 sentyabr 2012-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 12 oktyabr 2012-ci il tarixdə Maraqlı şəxs tərəfindən 673 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X7, anası X3r. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli № 05/Q-220/69 saylı arayışının surətindən görünür ki, X12 10 sentyabr 2012-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 12 oktyabr 2012-ci il tarixdə Maraqlı şəxs tərəfindən 674 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X7, anası X3r. İş materiallarında olan doğum haqqqında şəhadətnamənin surətindən görünür ki, X17 01 yanvar 2013-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 19 fevral 2013-cü il tarixdə Maraqlı şəxs tərəfindən 177 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəməsi Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 256 saylı rəyinin nəticə hissəsindən görünür ki, X9 məhkəmə-tibb müayinəsinə və tibbi sənədlərə əsasən X9 müəyyən edilmiş sümük yaşı 18-19 ilə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən 20 noyabr 2005-ci il tarixdə Şamaxı rayonu, Bağırlı kəndində ev şəraitində qız cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla valideynlərinin himayəsində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağın şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X9 20 noyabr 2005-ci il tarixdə Şamaxı rayonu Bağırlı kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar