Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-528/2021 20.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat pulun və ödədiyi dövlət rüsumu üzrə 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, bir neçə il bundan öncə almış olduğu televizorun işləməməsi səbəbindən həmin televizoru aldığı Cavabdeh düzəltdirmək məqsədi ilə vermiş, lakin Cavabdeh həmin televizoru düzəltdirib qaytarmamışdır. Qeyd edilənlərlə bağlı polis şöbəsində izahat verərək bildirmişdir ki, Cavabdeh tanımaqla onunla əvvəllər münasibətləri yaxşı olmuş, aralarında dava-dalaş ədavət olmamışdır. Cavabdeh 3 üç ədəd plazma televizor aldığını deyərək, ona həmin televizorlardan birini ona sata biləcəyini bildirmiş, o, da 2017-ci ildə Cavabdeh 1000 (min) manata bir ədəd böyük ölçüdə plazma televizor və 100 manata fleşkat almışdır. Televizoru təxminən 1 il yarım işlətdikdən sonra televizor işləmiş, o, Cavabdeh zəng vuraraq televizorun işləməməsini bildirdikdə o, televizoru gəlib aparıb təmir etdirəcəyini bildirmişdir. Üstündən bir müddət keçməsinə baxmayaraq Fikrət televizoru təmirə aparmadığına görə, yenidən Fikrətə zəng vurduqdan sonra 2019-cu ilin aprel ayında Fikrət gəlib televizoru təmir etdirmək məqsədi ilə aparmış, həmin vaxtdan bu günə kimi Fikrətdən hər hansı bir xəbər çıxmamışdır. Bu səbəbdən də Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin araşdırma zamanı Cavabdeh rayon polis şöbəsinə dəvət olunmasına baxmayaraq qeydiyyatda olduğu ünvanda olmamışdır. Bu səbəbdən də onun dəvət edilib izahatı alına bilinməmişdir. Nəticə də Şamaxı rayon Polis Şöbəsi ərizəsi əsasında başlanılmış araşdırma üzrə "cinayət işinin başlanmasının rədd edilməsi" barədə 24.02.2021-ci il tarixdə qərar qəbul etmiş və eyni zamanda da ona məktubla izah olunmuşdur ki, Cavabdeh ilə aralarında yaranmış mübahisə mülki xarakterli olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədi və iddia tələbini müdafiə edərək, eyni zamanda ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verib bildirdi ki, “Samsung” firmasında işləyir. İddiaçı onlardan bir neçə məişət əşyası alsa da, televizor almamışdır. Cavabdeh isə onların müştərisi olmuş, 2015-ci ildə onlardan 3 ədəd televizor almışdır. Lakin onları İddiaçı satıb-satmaması barədə məlumatı yoxdur. Ümumiyyətlə Cavabdeh ondan müəyyən əşyalar alaraq özü də onların satışı ilə məşğul olmuşdur. Cavabdeh məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 25.02.2021-ci il tarixli № 188-231013 saylı məktubunun surətinən görünür ki, Şamaxı rayon Polis Şöbəsi tərəfindən İddiaçı Şamaxı rayon polis şöbəsinə ünvanladığı müraciəti əsasında Şamaxı rayon polis şöbəsinin təhqiqat qrupunda ətraflı araşdırılma aparılaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunduğu, lakin aralarında yaranmış iddianın mülki xarakterli olduğu üçün Azərbaycan Respublikası Mülkü- prosessual məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan 24 fevral 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin İddiaçı verilməklə qəbul edilmiş qərardan narazı qaldığı halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə müraciət etmək hüquqlarının olduğu ona izah edilmiş, tərəflər arasında yaranmış iddianın mülki xarakterli olduğu üçün Azərbaycan Respublikası Mülkü- Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququnun olması İddiaçı izah edilmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçıya cavabdeh tərəfindən satılmış lazımı keyfiyyətdə olmayan plazma televizor işləmədiyi üçün cavabdeh həmin televizoru təmir etdirmək üçün aparmış lakin bundan sonra nə televizoru nə də ki, onun pulunu qaytarmamışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 1100 manat pul və 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238, 241-244, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1100 manat pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Şamaxı rayon Məhkəməsinə ərizə verə bilər Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-528/2021
Şamaxı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(074)-528/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver