Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-531/2022 28.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı MMC-nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2020ci il tarixli, 022-M saylı müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi və İddiaçı ilə Cavabdeh1 ilə arasında bağlanılmış 19 aprel 2021-ci il tarixli 232 saylı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 №-li mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixli, 022-M saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (iddiaçı) (“FAM-88 MMC-nin direktoru Rafiq Tağıyevin şəxsində bir tərəfdən) Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 №-li mənzil, pay kimi “Payçı”-ya verməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 adına guya onun həmin mənzilin dəyərinin, yəni 45000 manat ödənilməsi barədə 08 avqust 2020-ci il tarixli maliyyə arayışı verilsədə İddiaçı MMC-nin xeyrinə faktiki olaraq heç bir ödəniş edilməmişdir. Belə ki, X4 qohumu Cavabdeh2 adına 232 saylı mənzili rəsmiləşdirmiş və bunun müqabində “FAM-88’’ MMC-yə torpaq sahəsi almaq və cəmiyyətin xeyrinə sənədləşmə işlərinin görülməsinə köməklik etmək barədə öhdəlik götürmüş və buna görə də "xxxx" MMC- sözü gedən mənzilə dair müqavilə bağlamış və sonunda X4 isə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Mənzil üçün cəmiyyətə heç bir ödəniş edilməmişdir. Daha sonra Cavabdeh2 xx.xx.2021-ci il tarixdə notarial qaydada etibarnamə və razılıq ərizəsi verərək, sözügedən, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7ci mərtəbəsində, 3 otaqdan ibarət 232 №-li mənzilin satılmasına və pay hüquqlarının digər şəxs X1 adına sənədləşdirlməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bu səbəbdən İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 №-li mənzilin tikintisi haqqında 19 aprel 2021-ci il tarixli, 232 saylı müqavilə bağlanılmışdır. Müqavilə İddiaçı MMC ilə bağlansada sözügedən mənzilə dair İddiaçı MMC-yə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılmasını və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 digər Cavabdeh2 ümumiyyətlə tanımır. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizənin surətindən də görünür ki, Cavabdeh2 MMC-dən pulunu geri almış, mənzil isə təhvil vermişdir. Eyni zamanda Qurban şirkətin əməkdaşı olan Elçin Abuşova mənzilin satılmasına etirazının olmamasına dair notarial qaydada ərizə vermişdir. Sonradan Emin həmin mənzili MMC-dən almış və təmir etdirərək orada yaşayır. Əgər Emin MMC-yə mənzilə görə pul ödəməsəydi mənizli təmir etdirməsinə icazə verməzdilər və ondan sayğaca görə ödənişlər almazdılar. Eminə verilmiş maliyyə arayışından və onunla bağlanmış müqavilədən görünür ki, Emin mənzilin pulunu İddiaçı MMC-tə tam ödəmiş və borcu yoxdur. İddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08 avqust 2020-ci il tarixli № 022-M saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (“FAM-88 MMC-nin direktoru Rafiq Tağəyevin şəxsində bir tərəfdən) Abşeron rayon İH başçısının xx.xx.2016cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 №-li mənzil, pay kimi “Payçı”-ya verməyi öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 120,69 kv.m, mənzilin 1kv.m-nin dəyəri 373 manat, mənzilin ümümi dəyəri 45000 manat və payçı ilkin olaraq tam ödəniş etmişdir. İş materiallarında olan 08 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında İddiaçı MMC tərəfindən inşa edilən binanın 4-cü blok, 7-ci mərtəbəsində, ümümi sahəsi 120,69 kv.m olan 3 otaqlı, 232 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən 45000 manat tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 İddiaçı MMC-nin direktoru X3 ünvanlanan ərizəsinin surətindən görünür ki, 08 avqust 2020-ci il ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus yeni yaşayış binasında olan 4-cü blok, 7-ci mərtəbə 232 saylı mənzilə payçı olmuş, 232 saylı, 4-cü blok, 120,69 kv.m olan mənzilə ödəniş kimi 45000 manat ödəniş etmiş, Şirkətdən borcunu tam olaraq geri almış. Şirkətin ona borcu qalmamışdır. O, isə müqavilənin və çeklərinin əslini şirkətə təhvil vermişdir. Gələcəkdə mənzil ilə bağlı şirkətdən heç bir iddiası ola bilməz. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli №232 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (“FAM-88 MMC-nin direktoru Rafiq Tağəyevin şəxsində bir tərəfdən) Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 №-li mənzil, pay kimi “Payçı”-ya verməyi öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 120,69 kv.m, mənzilin 1kv.m-nin dəyəri 373 manat, mənzilin ümümi dəyəri 45000 manat və payçı ilkin olaraq tam ödəniş etmişdir. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında İddiaçı MMC tərəfindən inşa edilən binanın 4-cü blok, 7-ci mərtəbəsində, ümümi sahəsi 120,69 kv.m olan 3 otaqlı, 232 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən 45000 manat tam ödənilmişdir. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə qaz sayğacı üçün 500 manat, işıq sayğacı üçün 300 manat və su sayğacı üçün 300 manat olmaqla ümumilikdə 1100 manat pul ödəmişdir. İş materiallarında olan tikintiyə görə icazə vəsiqəsinin surətindən görünür ki, 4-cü blok, 7-ci mərtəbə, 232 nömrəli 120,69 kv.m olan mənzilin təmirinə Cavabdeh1 icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin tikintisi barədə 08 avqust 2020-ci il tarixdə 022-M saylı müqavilə bağlanılmışdır. Daha sonra həmin mənzil İddiaçı MMC-yə təhvil verilmiş və İddiaçı MMC ilə Cavabdeh1 arasında İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzilin tikintisi barədə 19 aprel 2021-ci il tarixdə 232 saylı müqavilə bağlanılmış və mənzilin dəyəri İddiaçı MMC-yə tam ödənilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 7-ci mərtəbəsində, 3 otaqdan ibarət 232 nömrəli mənzillə bağlı müqavilə bağlanılsa da həmin mənzillə bağlı heç bir ödəniş edilməməsi ilə əsaslandırsa da iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş hər iki müqavilədən və maliyyə arayışlarından görünür ki, həmin mənzillin dəyəri İddiaçı MMC tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC-nin iddia tələbləri məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-531/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-531/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver