Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-54/2021 17.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili X8, ilk iddia üzrə cavabdeh, qarşılılqı iddia üzrə iddiaçı X5 iştirakı ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh X9 qarşı tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin qaytarılması və qarşılılqı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı RX № ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X9 qarşı tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Saqiyan kəndində yerləşən cavabdeh tərəfindən zəbt edilmiş ona məxsus 0,08 ha torpaq sahəsinin boşaldılması, oradakı tikililərin sökülməsi torpağın onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı X13 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianı təmin edib iş materiallarına daxil edilmiş RX ******* nömrəli Çıxarışı ləğv etməklə yaranmış mübahisənin düzgün və ədalətli həll olunmsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkil X15 ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddianı isə qəbul etməyərək izahat verib göstərdi ki, iddiaçı Şamaxı rayon Notariat kontorunun 29 iyun 2015-ci il tarixli 4e-410 nömrəli alqı-satqı müqaviləsinə əsasən Saqiyan kəndində xüsusi mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin alqı-satqı müqaviləsi DƏDRX-də qeydə alınmış, müvafiq olaraq iddiaçıya Çıxarış və torpağın plan və ölçü sənədi verilmişdir. Bu yaxınlarda eşitmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada ev tikib hazırda əlavə yardımçı tikililər tikmək istəyir. İddiaçı Daşınmaz əmlakın Dövlət reyestr xidmətindən nümayəndə aparmış və baxış zamanı onlar bildirmişlər ki, torpaq iddiaçınındır. Cavabdehin burada torpağı yoxdur. İddiaçı bir neçə dəfə ora getmiş, amma orada kimisə görməmişdir. Lakin ora gətirilmiş tikinti materiallarına əsasən belə başa düşmüşdür ki, əlavə yardımçı tikililər üçün hazırlıq gedir. Məlumat almışdır ki, evin içərisində tamamlama işləri başlanmışdır. Dəfələrlə cavabdehlə görüşməyə cəhd etsə də mümkün olmamışdır. İşlərin çoxusunu da karantin dövründə gizli olaraq görmüşlər. Bu səbəbdən iddiaçı evdən çıxa bilmədiyinə görə tikinti aparılan zaman həmin şəxslərlə görüşə bilməmişdir. İndi öyrənmişdir ki, onun torpağını kim zəbt edib, orada ev tikib. Ona görə də, iddiaçı indi tələb edir ki, həmin tikililər sökülməli, torpaq sahəsi ona qaytarılmalıdır. Nümayəndə kimi ilk iddianı müdafiə edir, qarşılıqlı iddianı isə qəbul etmiədiyini bildirib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X13 izahat verib göstərdi ki, iddiaçının iddia tələbi ilə razı deyil, əsassızdır. Qarşılıqlı iddia tələbini müdafiə edərək izahat verib bildirirdi ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 25.08.2006-cı il tarixli, 17/7-681 saylı rəyi əsasında Saqiyan Bələdiyyə Başçısının 19 avqust 2006-cı il tarixli, 06 saylı qərarı ilə ona 0.03 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. Sonra 8 saylı qəbzlə o, 60.0 manat ödəniş etmiş və beləliklə, həmin 0.03 ha torpağın alqı-satqısına dair akt Şamaxı rayon torpaq şöbəsində 29.08.2006-cı il tarixdə 412 saylı qərarla qeydiyyatdan keçmiş və nəticə etibarı ilə aldığı həmin torpaq sahəsinin çertyoju ona verilmişdir. Hazırki iş üzrə iddiaçı olan İddiaçı naməlum sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 2015-ci ildə Seriya RX № ******* saylı çıxarış alaraq 9 il bundan əvvəl qanunla müəyyən edilmiş qaydada ona satılmış 0.03 ha torpaq sahəsinin təxminən 0.01 ha olan hissəsini mənimsəmişdir. O, yalnız özünə məxsus 0.03 ha olan torpaq sahəsində işləmiş, amma hələlik öz torpağı üçün çıxarış almamışdır. İddiaçı isə 2006-cı ildə ona verilmiş həmin torpağın bir hissəsini 2015-ci ildə qeyri-qanuni olaraq özününküləşdirib həmin hissəyə Çıxarış alıb onunla əsassız olaraq mübahisə yaratmağa başlamışdır. Hazırki iş üzrə məhkəmə baxışının gedişində aşkar olundu ki, qeyd olunmuş ərazidəki torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada ona verildikdən 9 il sonra, iddiaçı şübhə doğuran sənədlər əsasında qabağa düşüb onun hüquqlarını pozmaqla özünə RX № ******* saylı çıxarış almışdır. Ona görə də hesab edir ki, DƏDRX tərəfindən iddiaçıya verilmiş Seriya RX № ******* saylı çıxarış ləğv olunmalı, həmin ərazidə torpağın alqı-satqısı üzrə aparılmış bütün lazımi sənədlər araşdırılmalıdır. Yoxsa ki, kimsə qabağa düşüb DƏDRX-dən necə gəldi bir çıxarış alıb sonradan başqasının hüquqlarını pozmamalıdır. Ona görə də, ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin etməklə iş materiallarına daxil edilmiş RX № ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadə verib göstərdi ki, həmin vaxt Saqiyan Bələdiyyəsinin sədri işləmişdir. 2006-cı ildə Əlzalı Niftalıyevə torpağı o, vermişdir.Vahidə də, həmin vaxt torpaq sahəsi verilib, tarixlərdə texniki səhv var. Qərar qeydiyyat kitabında olub, bələdiyyə sənədləri arxivə təhvil verilmişdir. Hər 2 torpaq təhkim olunub. Cavabdehə aid hissə 15x20 ölçüdə olar. Dəqiq deyə bilmir, gərək ölçülsün. Əlzalı Niftalıyevin torpaq sahəsi Vahidin torpaq sahəsinin sağındadır. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 05 may 2006-cı il tarixli 10 saylı qərarından görünür ki, Şamaxı rayonu Saqiyan bələdiyyəsinin ehtiyat fondundan Saqiyan kənd sakini X10 0,08 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayonu Saqiyan kəndində yaşayan X10 Saqiyan bələdiyyəsi ərazisində 0,08 ha torpaq sahəsinin satılması barədə 04 may 2006-cı il tarixli 10 nömrəli qərar qəbul etmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 04 may 2006-cı il tarixli 10 saylı qərarı ilə X10 fərdi ev tikmək üçün 800 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, X3 rayonu Günəşli kəndində xüsusi mülkiyyətində 0,08 ha həyətyanı torpaq sahəsi var, 14 yanvar 2014-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 22 yanvar 2019-cu il tarixli AN-1№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu Günəşli ərazi dairəsində yerləşən 0,8 ha torpaq sahəsini 3700 manata X2. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, X17 Şamaxı rayonu Günəşli kəndində xüsusi mülkiyyətində 0,08 ha torpaq sahəsi var, 25 yanvar 2014-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 29 iyun 2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X26 800 kv.metr torpaq sahəsini İddiaçı 3300 manata satmışdır. İş materiallarında olan A 002439 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı Şamaxı rayonu Günəşli kəndində 0,08 ha xüsusi mülkiyyətində torpaq sahəsi vardır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı Şamaxı rayonu Günəşli kəndində xüsusi mülkiyyətində 0,08 ha torpaq sahəsi var, 15 iyul 2015-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İş materillarında olan Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli 06 saylı qərarından görünür ki, Şamaxı rayonu Saqiyan bələdiyyə perespektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı (şərti yararsız) torpaq sahəsində alq-satqı qaydasında Ağsu rayonu Mustafalı kənd sakini X6 həyətyanı məqsədi üçün 0,03 ha torpaq sahəsinin satılması barədə DTXK Şamaxı rayon şöbəsi tərəfindən imzalanmış sənədlərin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair 29 avqust 2006-cı ildə tərtib edilmiş aktdan görünür ki, Şamaxı rayonu Saqiyan bələdiyyəsi tərəfindən X6 0,03 ha torpaq sahəsi satılması barədə 29 avqust 2006-cı il tarixli 08 nömrəli qərar qəbul edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 may 2021-ci il tarilxi **********24 saylı mütəxəssis rəyindən görünür ki, DƏDRX-in Seriya RX ******* saylı Çıxarışına əlavə edilən A№ 002439 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən ilkin iddia üzrə İddiaçı mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin 0,0375 ha hissəsi naturada ilkin iddia üzrə cavabdeh X12 tərəfindən istifadə olunur və istifadə olunan hissədə fərdi yaşayış evi inşa edilmişdir. Aparılmış tədqiqatın dəyəri 311,0 manat müəyyən edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2021-ci il tarixli 10/4057 saylı ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, DƏDRX-in Seriya RX ******* saylı Çıxarışına əlavə edilən A№ 002439 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən ilkin iddia üzrə İddiaçı mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin 0,0375 ha hissəsi naturada ilkin iddia üzrə cavabdeh X12 tərəfindən istifadə olunur və istifadə olunan hissədə fərdi yaşayış evi inşa edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın təmin edilməsini aradan qaldıracağını nəzərə alaraq, hesab edir ki, birinci növbədə qarşılıqlı iddia həll edilməlidir. Məhkəmənin müəyyənləşdirdiyi mübahisəsiz hallar ondan ibarətdir ki, Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə 0,03 ha torpaq sahəsi X6, 05 may 2006-cı il tarixli qərarı ilə 0,08 ha torpaq sahəsi X10 ayrılmışdır. 14 yanvar 2014-cü il tarixdə 0,08 ha torpaq sahəsi sonuncunun mülkiyyətinə qeydə alınmışdır. Vahid Niftalıyev 22 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,8 ha torpaq sahəsini X2. 25 yanvar 2014-cü il tarixdə 0,08 ha torpaq sahəsi sonuncunun mülkiyyətinə qeydə alınmışdır. Mürsəl Alıyev 29 iyun 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,8 ha torpaq sahəsini cavabdehə satmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 15 iyul 2015-ci il tarixdə 0,08 ha torpaq sahəsi cavabdehin mülkiyyətinə qeydə alınmış və onun adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarış verilmişdir. Qarşılıqlı iddiaçı tələbini onun yalnız özünə məxsus 0.03 ha olan torpaq sahəsində işləməsi, ilk iddiaçının 2006-cı ildə ona satılmış 0.03 ha torpaq sahəsinin təxminən 0.01 ha hissəsini mənimsəməsi, 2015-ci ildə qanunsuz olaraq özününküləşdirib çıxarış alması ilə əsaslandırsa da, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli 06 saylı qərarı ilə ona ayrılmış 0,03 ha torpaq sahəsi və ya onun bir hissəsi barəsində olması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla, ilk iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər hansı hissəsinin bələdiyyə qərarı ilə qarşılıqlı iddiaçıya ayrılmış torpaq sahəsinin hər hansı hissəsi ilə üst-üstə düşməsi təsdiq edilməmişdir. Bundan başqa, iddiaçı RX № ******* saylı çıxarışın ləğv edilməsini tələb etsə də, onun verilməsinə əsas olmuş bələdiyyə qərarını, bağlanmış müqavilələri və aparılmış qeydiyyatları mübahisələndirməmişdir. İş üzrə olan sübutlarla həmçinin müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh, xüsusi mülkiyyət hüququ üzrə ilk iddia üzrə iddiaçıya məxsus 0,08 ha torpaq sahəsinin 0,0375 ha hissəsindən istifadə edir, həmin hissədə fərdi yaşayış evi inşa etmişdir. Həmin sahə onun sahibliyindədir. Məhkəmə, iş üzrə olan sübutlarla ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıya məxsus torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsinin təsdiq edilmədiyini nəzərə alaraq, ilk iddia üzrə iddiaçıya məxsus 0,08 ha torpaq sahəsinin 0,0375 ha hissəsinin ilk iddia üzrə cavabdehin qanunsuz sahibliyində olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. …“Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir”. Konstitusiya Məhkəməsinin qeyd olunan şərhinə əsasən, nə qədər ki, RX № ******* saylı çıxarışın aid olduğu torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyə qərarı, alqı-satqı müqavilələri və aparılmış qeydiyyat ləğv olunmayıb, onların əsasında verilmiş RX № ******* saylı çıxarış ləğv edilə bilməz. Bu halda, Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, qeydin həqiqiliyi prezumpsiyası qüvvədə olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iş üzrə sübutlarla qarşılıqlı iddia üzrə cavabdehin adına verilmiş RX № ******* saylı çıxarışla nəzərdə tutulan torpaq sahəsinin hər hansı hissəsinin bələdiyyə qərarı ilə qarşılıqlı iddiaçıya ayrılmış torpaq sahəsinin hər hansı hissəsi ilə üst-üstə düşməsi təsdiq edilmədiyindən, eləcə də RX № ******* saylı çıxarışın aid olduğu torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyə qərarı, alqısatqı müqavilələri və aparılmış qeydiyyatlar qüvvədə olduğundan, onların əsasında qarşılıqlı iddia üzrə cavabdehin adına verilmiş çıxarış ləğv edilə bilməz. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə ilk iddia tələbi üzrə belə hesab edir ki, özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, ilk iddiaçının özünə məxsus torpaq sahəsini ilk iddia üzrə cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək, torpaq sahəsindəki binanı uçurmaq hüququ olduğundan, eləcə də cavabdehin apardığı tikinti ilk iddiaçının həmin sahəyə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu pozmaqla onun maraqlarına toxunduğundan, Şamaxı rayonu Saqiyan kəndində yerləşən iddiaçıya məxsus 0,08 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,0375 ha hissəsi boşaldılmalı, həmin torpaq sahəsindəki tikili (fərdi yaşayış evi) cavabdehin hesabına sökülməli və torpaq sahəsi iddiaçının sahibliyinə qaytarılmalı, ilk iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edildiyindən, ekspertə və mütəxəssisə verilməli olan məbləğlər ilk iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh X13 tərəfindən zəbt edilmiş ilk iddia üzrə cavabdeh İddiaçı məxsus Şamaxı rayonu Saqiyan kəndində yerləşən 0,08 ha torpaq sahəsinin 0,0375 ha hissəsi boşaldılsın, həmin torpaq sahəsindəki tikili (fərdi yaşayış evi) cavabdeh X7 hesabına sökülsün və torpaq sahəsi İddiaçı sahibliyinə qaytarılsın. Qarşılıqlı iddia üzrə İddiaçı qarşılılqı iddia üzrə cavabdeh X9 qarşı RX № ******* saylı çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilsin. İlk iddia üzrə cavabdeh- qarşılıqlı iddia üzrə iddiaçı X1 311,0 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspetiza xərci alınıb Kapitalbankın 1 saylı Xətai filialı kod ******* VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** hesab AZ23AİİB******************** hesaba və 100 manat ekspertiza xərci alınıb X11, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verdildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-54/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-54/2021
17.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver