Məhkəmə qərarları › İş №2(074)-550/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-550/2021

21.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-550/2021 21.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, Ərizəçi Əlyar qızının maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əlyar qızı ərizə ilə məhkəməyə müraciət edərək, Təmirova Şahnaz Əliyar qızının 16 oktyabr 1960-cı ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində doğulması, atasının Təmirov Əliyar Mustafa oğlu, anasının Təmirova Mərvə Qaraca qızı, milliyyətinin "azərbaycanlı" olması. Kalinin rayonunun VVAQ şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Əlyar qızı “tələbin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək ərizədə ata adının “Əlyar” yazılmaq əvəzinə “Əliyar” kimi yazıldığını qeyd etmiş, odur ki, ata adının “Əlyar” kimi qeyd edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 16 oktyabr 1960-cı ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində anadan olmuşam. 05 mart 1983-cü ildə X5 ilə ailə həyatı qurmuş, ailə qurduqdan sonra Ermənistan Kalinino rayonu Qızılşəfəq kəndində yaşamış, 07 dekabr 1985-ci ildə X1 Ermənistan Kalinino rayonunda anadan olmuşdur. Məlum hadisələr nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalmış, qaçqın düşərək Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kəndində məskunlaşaraq yaşamışdır. 1992-ci ildə hamilə olduğu dövrdə həyat yoldaşının yanına Rusiya Federasiyasına qısa müddətli getmiş, həmin dövrdə yəni 04 fevral 1992-ci ildə oğlu X6 anadan olmuşdur. Bundan sonra yenidən Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kəndinə qayıtmış, X1 2003-cü ildə Şamaxı rayonu Kərkənc kənd orta məktəbini bitirmişdir. Digər oğlu Əsgərov İ.ətif Rəşid oğlu 2007-ci ildə Şamaxı rayon Kərkənc orta məktəbini bitirmişdir. X1 02.01.2004-cü ildə Şamaxı rayonundan hərbi xidmətə çağırırlmışdır. Hərbi xidməti uğurla başa vuraraq yenidən Şamaxı rayonunun Kərkənc kəndinə qayıdaraq orada yaşamışdır. Sənədlərini vaxtında düzəltməməyinə səbəb həyat yoldaşının xəbərsiz itkin düşməsi olmuşdur. Bu yaxınlarda yəni Şamaxı rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(074)-498/2020 saylı qəlnaməsi ilə onun Azərbaycan Respublikasında yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə qətnamə çıxarılmışdır. Hazırda dövlət orqanlarına müraciət etdikdə ondan doğum şəhadətnaməsi tələb olunur. Ermənistan SSR-in onda olan doğum şəhadətnaməsini onlara verdikdə onlar həmin sənədlə bağlı Ermənistana sorğu göndərə bilmədikləri və Azərbaycan Respublikasında '‘Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum akt qeydi olmadığı üçün imtina verilir. Şamaxı rayon Qeydiyyat Şöbəsinə bununla bağlı müraciət etdikdə həmin sənədin verilməsindən imtina edərək Şamaxı rayon Məhkəməsinə müraciət edilməsini məsləhət bildilər. Hal-hazırda həmin şəhadətnamənin əslinin alınması üçün Ermənistana müraciət etmək mümkün deyildir. Onlar Ermənistandan məcburi köçkün olunmuş və bununla bağlı onlara məcburi köçgün statusu verilmişdir. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasında iştirak etməmiş, maraqlı şəxs isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, o, Ərizəçi Əlyar qızını tanıyır. Onlarla Ermənistan Respublikasında qonşu olmuşlar. Ərizəçi Əlyar qızı da 1988-ci ildə Ermənistan Respublikasının Kalinino rayonu Qızılşəfəq kəndindən onlarla birlikdə məcburi köçkün olaraq Şamaxı rayonu Kərkənc kəndinə köçmüşlər. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirdi ki, o, Ərizəçi Əlyar qızını tanıyır. Onlarla Ermənistan Respublikasında yaşamışlar. O, ərizəçinin yaşadığı kəndə 1999-cu ildə gəlin gəlmişdir. Məhkəmə iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(074)-498/2020 saylı qətnaməsinin surətindən görünür ki, 16 oktyabr 1960-cı ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində anadan olmuş Ərizəçi Əlyar qızı 1989-cu il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmuşdur. İş materiallarında olan İ-ЗЖ № 327700 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Əlyar qızı 16 oktyabr 1960-cı ildə Ermənistan SSR-nin Kalinino Rayonunun İlməzli kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.11.1960-cı ildə 117 nömrə ilə qeyd aparılmışdır. Atası Təmirov Əlyar Mustafa oğlu, anası Təmirova Mərvə Qaraca qızıdır. İş materiallarında olan İİ-СЛ № 308942 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Təmirova Şahnaz Əlyar qızı arasındakı nikah 05 mart 1983-cü il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Kərkənc kənd nümayəndəliyinin 23 fevral 2021-ci tarixli 35 saylı arayışından görünür ki, Ərizəçi Əlyar qızı 1989-cu ildə Ermənistan SSRİ Kalinino rayonundan köçkün düşərək Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşmışdır. Hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 11.03.2021-ci il tarixli № 05/Q-218/15 saylı məktubundan görünür ki, Ərizəçi Əlyar qızına doğum haqqında akt qeydinin bərpa edilməsi barədə daxil olmuş müraciətinə baxıldığı, doğum haqqında akt qeydinin bərpa edilməsinin Şamaxı rayon Qeydiyyat Şöbəsində mümkün olmadığı bildirilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Təmirova Şahnaz Əlyar qızının 16 oktyabr 1960-cı ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində doğulması, atasının Təmirov Əlyar Mustafa oğlu, anasının Təmirova Mərvə Qaraca qızı, milliyyətinin "azərbaycanlı" olması. Kalinin rayonunun VVAQ şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Təmirova Şahnaz Əlyar qızının 16 oktyabr 1960-cı ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində doğulması, atasının Təmirov Əlyar Mustafa oğlu, anasının Təmirova Mərvə Qaraca qızı, milliyyətinin "azərbaycanlı" olması. Kalinin rayonunun VVAQ şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktı müəyyən edilsin. X4 tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar