Məhkəmə qərarları › İş №2(074)-551/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-551/2021

21.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-551/2021 21.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 07 dekabr 1985-ci ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində doğulması, atasının X7, anasının adının X4, milliyyətinin “azərbaycanlı” olması, Kalinin rayonunun VVAQ şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası Əsgərova (Təmirova) Şahnaz Əlyar qızı 16 oktyabr 1960-cı ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində anadan olmuşdur. 05 mart 1983-cü ildə X1 ilə ailə qurmuşdur. Atası ilə anası ailə qurduqdan sonra Ermənistan Kalinino rayonu Qızılşəfəq kəndində yaşayıblar. O, özü 07 dekabr 1985-ci ildə Ermənistan Kalinino rayonunda anadan olmuşdur. Məlum hadisələr nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalmış, evlərindən qaçqın düşərək Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kəndində məskunlaşaraq ailəsi ilə birlikdə yaşayır. 2003-cü ildə Şamaxı rayonu Kərkənc kənd orta məktəbini bitirmiş, 02.01.2004-cü ildə Şamaxı rayonundan hərbi xidmətə çağırılmış, hərbi xidməti uğurla başa vuraraq yenidən Şamaxı rayonunun Kərkənc kəndinə qayıdaraq orada yaşayır. Sənədləri vaxtında düzəltməməyinə səbəb anasının sənədlərinin qaydasında olmamasıdır. Bu yaxınlarda, yəni Şamaxı rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(074)-499/2020 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikasında yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə qətnamə çıxarılmışdır. Hazırda dövlət orqanlarına müraciət etdikdə ondan doğum şəhadətnaməsi tələb olunur. Ermənistan SSR-in onda olan doğum şəhadətnaməsini onlara verdikdə onlar həmin sənədlə bağlı Ermənistana sorğu göndərə bilmədikləri və Azərbaycan Respublikasında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum akt qeydi olmadığı üçün ona imtina verilir. Şamaxı rayon Qeydiyyat Şöbəsinə bununla bağlı müraciət etdikdə həmin sənədin verilməsindən imtina edərək Şamaxı rayon Məhkəməsinə müraciət edilməsini məsləhət bildilər. Hal-hazırda həmin şəhadətnamənin əslinin alınması üçün Ermənistana müraciət etmək mümkün deyildir. Onlar Ermənistandan məcburi köçkün olunmuş və bununla bağlı bizə məcburi köçgün statusu verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Bunu şahidlər də təsdiq edirlər. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə ifadə verib bildirdi ki, o, Ərizəçi tanıyır. Onlarla Ermənistan Respublikasında qonşu olmuşlar. Ərizəçi da 1988-ci ildə Ermənistan Respublikasının Kalinino rayonu Qızılşəfəq kəndindən onlarla birlikdə məcburi köçkün olaraq Şamaxı rayonu Kərkənc kəndinə köçmüşlər. Ərizəçinin anadan olması vaxtı isə yadında deyil. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirdi ki, o, Ərizəçi tanıyır. Onlarla Ermənistan Respublikasında yaşamışlar. O, ərizəçinin yaşadığı kəndə 1999-cu ildə gəlin gəlmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(074)-499/2020 saylı qətnaməsinin surətindən görünür ki, 07 dekabr 1985-ci ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində anadan olmuş Ərizəçi 1989-cu il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmuşdur. İş materiallarında olan V-СЛ № 342433 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 07 dekabr 1985-ci ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13 dekabr 1985-ci ildə 57 nömrə ilə qeyd aparılmışdır. X1, anası X3r. İş materiallarında olan AO № ******* saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi Şamaxı rayon Hərbi komissarlığından 02.01.2004-cü il tarixdə yararlı hesab edilərək hərbi hissəyə göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Kərkənc kənd nümayəndəliyinin 23 fevral 2021-ci tarixli 30 saylı arayışından görünür ki, Ərizəçi 1989-cu ildə Ermənistan SSRİ Kalinino rayonundan köçkün düşərək Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşmışdır. Hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 11.03.2021-ci il tarixli № 05/Q-217/15 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə daxil olmuş müraciətinə baxıldığı, doğum haqqında akt qeydinin bərpa edilməsinin Şamaxı rayon Qeydiyyat Şöbəsində mümkün olmadığı bildirilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi 07 dekabr 1985-ci ildə Ermənistan SSRin Kalinino rayonunun İlməzli kəndində doğulması, atasının X7, anasının X4, milliyyətinin “azərbaycanlı” olması, Kalinin rayonunun VVAQ şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 07 dekabr 1985-ci ildə Ermənistan SSR-in Kalinino rayonunun İlməzli kəndində doğulması, atasının X7, anasının X4, milliyyətinin “azərbaycanlı” olması, Kalinin rayonunun VVAQ şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktı müəyyən edilsin. X6 tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar