Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-566/2020 07.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili x4 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi tələbinə dair” ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək 08.04.1981-ci il təvəllüdlü x12 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili x8 ərizəni müdafiə edərək vermiş olduğu izahatında bildirdi ki, ərizəçi evli olmaqla iki uşağı var. Həyat yoldaşı 08.04.1981-ci il təvəllüdlü x2 getmək adı ilə 21,05.2012-ci il tarixdə evlərindən çıxmış, aralarında 4 ay telefon əlaqəsi olmuşdur. Axırıncı dəfə 2012-ci ilin oktyabr ayında Asiflə telefonda danışmışlar. Həmin vaxt o Rusiyada olduğunu demişdir. Artıq həmin vaxtdan 8 il keçib. Asiflə bağlı yeni bir xəbər olmadığı üçün polisə müraciət etmişdir. Ordan rəsmi olaraq cavab verilərək bildirilmişdir ki, x21 axırıncı dəfə 21.05.2012-ci il tarixdə Astara sərhəd keşikçi məntəqəsindən keçmiş və bundan sonra geri Azərbaycan Respublikasına qayıtmamışdır. Deyirlər ki, o, Suriyaya getmişdir. Bundan sonra onun barəsində heç bir məlumat almamışlar. Hazırda uşaqları üçün ünvanlı sosal müavinət və ailə başçısını itirməyə görə pensiya almaq istəyib. Bunun üçün ərizəçidən həyat yoldaşının ölümü haqqında şəhadətnamə və ya ölmüş elan olunması barədə məhkəmə qərarı tələb olunur. Bu səbəbdən də, ərizəçi məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni müdafiə edərək 08.04.1981-ci il təvəllüdlü x12 ölmüş elan edilməsi barədə qətnamə çıxarmağınızı xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x9 ifadə verib bildirdi ki, ərizəçi onun doğma bacısının gəlinidir. Ərizəçinin ərinin adı Asifdir. Asifi sonuncu dəfə 2012-ci ildə görmüş, sonra o, Moskva şəhərinə getmək adı ilə getmiş və geri qayıtmamışdır. Bacısıgilə gediş gəlişi var. Bacısı gözü yaşlı onu hər gün gözləyir. Asifin uşaqları var. Məhkəmə iclasında şahid qismində dindirilmiş x7 ifadə verib bildirdi ki, ərizəçi onunla Şamaxı bazarında işləyən Mənzər xanımın gəlinidir. Ərizəçinin itən əri Asiflə ailəvi dostluqları olmuşdur. Asifi sonuncu dəfə 2012-ci ildə görmüşdür. Moskva şəhərinə getdiyi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş x5 ifadə verib bildirdi ki, ərizəçi gəlinidir. Onun 2 uşağı var. Ərizəçinin itən əri oğludur. Adı Asifdir. 2012-ci ildə həmişəki kimi Rusiyaya Moskva şəhərinə getmişdir. Gedəndə həmişə özünə aid pal-paltar və xarici pasportunu götürüb getmişdir. Hələdə onun yolunu gözləyir və gözü yaşlı qapıya baxır. Ümüd edir ki, o tapılar. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan AZ-İ № 170028 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x10 ilə Ərizəçi 24 avqust 2005-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İmanov, arvada İmanova soyadı verilmişdir. İş materiallarında olan AZ-T № 016690 saylı doğum haqqında şəhadətnamədən görünür ki, x22 12.07.2006-cı il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası x20, anası Ərizəçidır. İş materiallarında olan AZ-İİİ № 124089 saylı doğum haqqında şəhadətnamədən görünür ki, x16 17.04.2010-cu il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası x20, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin x1 ünvanlanmış 07 may 2020-ci il tarixli məktubundan görünür ki, onun Şamaxı rayon polis şöbəsinə ünvanladığı müraciətləri əsasında rayon polis şöbəsinin təhqiqat qrupunda ətraflı araşdırılma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Oğlu x20 ilə sizin əlaqənizin itməsi nəzərə alınaraq, qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin cinayət axtarış bölməsinə verilmişdir. Qəbul olunmuş qərardan narazı qaldığı halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin 07 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x3 İdarəsinin 05.05.2020-ci il tarixli 012-9908-1220 saylı cavab məktubunda 08.04.1981-ci il təvəllüdlü x12 21.05.2012-ci il tarixdə Astara sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikası sərhədini keçməsi göstərilmişdir. Araşdırma zamanı x13 21.05.2012-ci il tarixdə Astara sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası ərazisinə keçməsi, həmin vaxtdan sonra qohumları ilə hər hansı bir əlaqəsinin olmaması müəyyən olunmuşdur. Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi ev 8-də yaşayan x6mm müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin əri 08.04.1981-ci il təvəllüdlü x12 21.05.2012-ci il tarixdə Astara sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikası sərhədini keçmişdir. Şamaxı RPŞ-də aparılmış araşdırma zamanı x12 21.05.2012-ci il tarixdə Astara sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası ərazisinə keçməsi, həmin vaxtdan sonra qohumları ilə hər hansı bir əlaqəsinin olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Beləliklə, məhkəmə təqdim edilmiş sənədləri araşdıraraq, şahid ifadələrini dinləyərək hesab edir ki, 08.04.1981-ci il təvəllüdlü x20 21.05.2012-ci il tarixdən onun barəsində hər hansı bir məlumat əldə edilmədiyindən və yaşadığı yer müəyyən edilmədiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi əri 08.04.1981-ci il təvəllüdlü x20 ölmüş elan edilsin. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-566/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-566/2020
07.07.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver