Məhkəmə qərarları › İş №2(074)-6/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-6/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-6/2024 20.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 28 mart 1997-ci il tarixli 40 saylı qərarına əsasən JN-010A kod 41010058 mömrəli şəhadətnaməyə əsasən 0.14 ha torpaq sahəsindən çıxarılması və eni 8 metr, uzunluğu 12 metr iki mərtəbəli yaşayış evinin onun tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Şamaxı rayonu, Aqrar İslahatı Komissiyasının 28 mart 1997-ci il tarixli 40 saylı qərarına və JN-010A kod 41010058 nömrəli şəhadətnaməyə əsasən 0.14 ha torpaq sahəsində eni 8 metr, uzunluğu 12 metr iki mərtəbəli yaşayış evində Cavabdeh və digər şəxslərə tikintiyə icazənin, hər hansı tikintiqazıntı və sair işlərinin görülməsinin qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 15-ci bəndində qeyd edilir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı Şamaxı rayonu, Aqrar İslahatı Komissiyasının 28 mart 1997-ci il tarixli 40 saylı qərarına və JN-010A kod 41010058 nömrəli şəhadətnaməyə əsasən 0.14 ha torpaq sahəsində eni 8 metr, uzunluğu 12 metr iki mərtəbəli yaşayış evində Cavabdeh və digər şəxslərə tikintiyə icazənin, hər hansı tikinti-qazıntı və sair işlərinin görülməsinin qadağan edilməsindən ibarət tədbirlər də ləğv edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmiş (əməliyyat İD 4846141, GPP qəbz nömrəsi 7********) 10 manat rüsum İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı Şamaxı rayonu, Aqrar İslahatı Komissiyasının 28 mart 1997-ci il tarixli 40 saylı qərarına və JN-010A kod 41010058 nömrəli şəhadətnaməyə əsasən 0.14 ha torpaq sahəsində eni 8 metr, uzunluğu 12 metr iki mərtəbəli yaşayış evində Cavabdeh və digər şəxslərə tikintiyə icazənin, hər hansı tikintiqazıntı və sair işlərinin görülməsinin qadağan edilməsindən ibarət tədbirlər ləğv edilsin. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmiş (əməliyyat İD 4846141, GPP qəbz nömrəsi 7********) 10 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar