Məhkəmə qərarları › İş №2(074)-6/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-6/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-6/2025 03.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı X6, Cavabdeh iştirakları ilə, İddiaçı X6 Cavabdeh qızına qarşı “zəbt olunmuş torbaq sahəsinin boşaldılması, daş hasarın sökülərək ona məxsus torpaq sahəsindən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş DƏDR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 olan Çıxarışa əsasən ona məxsus olan 85 kv.metr torpaq sahəsinin boşaldılması, həmin hissəyə çəkilmiş hasarın sökülərək həmin ərazidən kənara çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Göylər kəndində yaşayır. Özü Rusiya vətəndaşıdır, amma 2 ildir müvəqqəti yaşamaq icazəsilə (MYİ) Azərbaycanda yaşayır. Göylər kəndində atasından qalma ev var. Həmin ev və 0,2448 ha həyətyanı torpaq sahəsi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş, bu barədə mülkiyyət sənədi də var. Bu yaxınlarda həmin torpaq sahəsinin texniki sənədlərinin hazırlanması üçün DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edib. Torpaq sahəsi yerində yoxlanılaraq ölçü işləri aparılarkən məlum oldu ki, torpaq sahəsinin faktiki ölçüsü 0.2363 ha-dır. Yəni, 85 kv.m. hissə çatmır. O bilir ki, həmin torpaq sahəsi cavadehin həyətindədir. Belə ki, cavabdeh hələ atasının sağlığında həmin hissəni hasara alarkən atası ilə aralarında söz söhbət olub. Atası da yaşlı, xəstə adam idi. Bir az aralarında mübahisə oldu. Sonra da vəfat etdi. İndi də o, torpağa dair texniki sənəd almaq istəyir. Görür ki, həmin torpaq sahəsi çatmır. Dəfələrlə desə də ki, hasarını sök geri çək, torpaq sahəsini boşalt, heç bir xeyri yoxdur. Məcbur olub məhkəməyə müraciət edib. Məhkəmə iclasında iddiaçı X11 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ekspert rəyləri ilə razı deyil. O, bilir ki, torpaq sahəsinin əskik olan 85 kv.metr hissəsini cavabdeh zəbt edib. Cavabdehin ağacları onun torpaq sahəsindədir. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmədiyini, həmin ağacların 100 ildir əkildiyini bildirirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Göylər kəndində 0,2448 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6 mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Göylər kəndində 0,149893 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 17 oktyabr 2022-ci il **********49 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsinin X9 ünvanlanan məktubundan görünür ki, Şamaxı rayonu Göylər kəndində yerləşən 0,2448 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin texniki pasportunun tərtib edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********4 saylı ərazisinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsində baxılmış, torpaq sahəsinin müayinəsi zamanı məlum olmuşdur ki, hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0,2448 ha torpaq sahəsi qeyd olunmasına baxmayaraq faktiki torpaq sahəsi 0,2363 ha təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/3558 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı X9 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********20-10301 olan çıxarışa əsasən mülkiyyətində olan sənəd üzrə Şamaxı rayonu Göylər kəndində yerləşən 0,2448 hektar torpaq sahəsi naturada ölçüldüyü, sənəd üzrə olan torpaq sahəsi naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin sahə və konfiqurasiya fərqinin olduğu müəyyən olundu. Qeyd olunan fərdi yaşayış evinə 2013cü ildə iddiaçının atası mərhum X7 adına texniki pasportun tərtib olunduğu, həmin texniki pasportda göstərilən həyətyanı torpaq sahəsinin koordinatlarının qeyd edilmədiyi, lakin konfiqurasiyası əsk olunduğu müəyyən olundu. Sözügedən texniki pasportda göstərilən cizginin naturada istifadə olunan torpaq sahəsinin konfiqurasiyası ilə uyğun olmadığı müəyyən olundu. Belə ki, mülki işə əlavə olunmuş texniki pasportda göstərilən torpaq sahəsi 0,2448 ha qeyd olunsa da, faktiki istifadədə 0,2363 ha torpaq sahəsinin mövcud olduğu müəyyən olundu. Bu uyğunsuzluğun səbəbi 2013-cü ildə texniki pasport hazırlanan zaman texniki səhvə yol verilmişdir. Texniki pasportda göstərilən torpaq sahəsinin cizgiləri hal-hazırda naturanı əks etdirmir. Lakin **********20-10301 nömrəli çıxarışın verilməsinə əsas olmuş Ərazi idarəsinin arxivində mövcud olan 17 avqust 2012ci ildə 88 nömrə ilə qeydə alınmış X7 adına olan **********0004 nömrəli plan ölçü sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi ilə faktiki naturada istifadə olunan torpaq sahəsinin sənədləri uyğunluq təşkil edir. Faktiki istifadədə olunan torpaq sahəsi hasar daxilindədir. X1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********20-10301 olan Çıxarışa əsasən mülkiyyətinə verilmiş Şamaxı rayonu Göylər kəndində yerləşən 0,149893 hektar torpaq sahəsi, naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, mülki işə əlavə olunmuş texniki pasportda göstərilən torpaq sahəsi 0,149893 ha qeyd olunsa da faktiki istifadədə 0,1951 ha torpaq sahəsi mövcuddur. Bu səbəbdən reyestr nömrəsi **********20-10301 olan Çıxarışa əsasən X6 mülkiyyətinə verilmiş Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,2448 hektar torpaq sahəsinin cavabdeh X4 tərəfindən istifadə olunub-olunmamasını müəyyənləşdirmək mümkün olmadı. Lakin **********20-10301 nömrəli çıxarışın verilməsinə əsas olmuş Ərazi idarəsinin arxivində mövcud olan 17 avqust 2012-ci ildə 88 nömrə ilə qeydə alınmış X7 **********0004 nömrəli plan ölçü sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsinin cavabdeh X2 faktiki olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Hər iki həyətyanı sahəsi hasar daxilindədir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 10/6428 nömrəli ekspert rəyindən görünür ki, elektron uçot xəritə materiallarına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X6 mülkiyyətində olan Şamaxı rayonu, Göylər kəndində 0,2448 hektar torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada faktiki vəziyyəti üzrə həmin torpaq sahəsinə uyğunluq təşkil edir. Elektron uçot xəritə materiallarına əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şamaxı rayonu, Göylər kəndində 0.149893 hektar torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada faktiki vəziyyəti üzrə həmin torpaq sahəsinə uyğunluq təşkil edir. xx.xx.2023-cü il tarixli **********14 nömrəli mütəxəssis rəyinə əsasən, cavadeh Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********20- 10301 olan Çıxarışa əsasən mülkiyyətinə verilmiş Şamaxı rayonu Göylər kəndində yerləşən 0,149893 hektar torpaq sahəsi, naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, mülki işə əlavə olunmuş texniki pasportda göstərilən torpaq sahəsi 0,149893 ha qeyd olunsada faktiki istifadədə 0,1951 ha torpaq sahəsi mövcuddur. Bu səbəbdən reyestr nömrəsi **********20-10301 olan Çıxarışa əsasən X6 mülkiyyətinə verilmiş Şamaxı rayonu Göylər kəndində yerləşən 0,2448 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyənləşdirmək mümkün olmadı. Torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübut edilmədiyindən iddiaçı X6 Cavabdeh qarşı “zəbt olunmuş torbaq sahəsinin boşaldılması, daş hasarın sökülərək ona məxsus torpaq sahəsindən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Eksperyiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən ümumilikdə 100 manat pul iddiaçı X5 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X6 Cavabdeh qızına qarşı “zəbt olunmuş torbaq sahəsinin boşaldılması, daş hasarın sökülərək ona məxsus torpaq sahəsindən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı X11 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. İddiaçı X5 100 manat məbləğində ekspertiza xərci alınıb X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar