Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-614/2021 06.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 13200 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 13230 manatın müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehləri iş yoldaşı olan Mehman İsgəndərov vasitəsilə tanımışdır. Mehmana təsərrüfat yaratmaq məqsədilə kredit götürmək istədiyini bildirmişdir. M.İsgəndərov ona bildirmişdir ki, onun X1 Nazirliyində işləyən İsa və Vüqar qardaşları adlı tanışı var. Mehmanın iştirakı ilə 2015-ci ilin avqust ayında cavabdehlərlə görüşmüşdür. Özündə olan və Pereküşkül qəsəbəsi ərazisində 150 ha torpağın sənədlərini cavabdehlərə vermişdir. Cavabdehlər sənədə baxaraq 30-40 günə ona biznes fəaliyyəti göstərmək üçün kredit ayrılacağına söz vermişlər. Bundan sonra Mehman İsgəndərovun sözlərinə inanaraq İsa və Cavabdeh1lara müxtəlif səndlərin dəyişilməsinə, xəritə çəkilməsinə, biznes planının hazırlanmasına və s. görə hissə-hissə 13200 manat pul vermişdir. Uzun müddət get-gəldən sonra məlum olmuşdur ki, cavabdehlər onu aldatmış, dələduzluq etmişlər. Bundan sonra ərizə ilə Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, Binəqədi RPİ-nin 08 iyun 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə mənə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir”. Həmçinin həmin qərarla izahatı alınmış cavabdeh İslamov X3 Rövşən Balmirzə oğlundan 13200 manat ehtiyacı olduğu üçün pul götürməsini təsdiq etmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13200 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 13230 manatın müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdehlər bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan əlyazma sənəddən görünür ki, Cavabdeh1 və qardaşı Cavabdeh2 11.08.2015-ci il tarixdə İddiaçı 13200 manat pulu vaxtında qaytarmaq şərti ilə aldıqlarını bildirərək əlyazma sənədi imza etmişlər. İş materiallarında olan Binəqədi RPİ-nin 08 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh2 izahat verib bildirmişdir ki, “O, qardaş Vüsalla həmin Rövşən adlı şəxsdən ümumilikdə 13.200 manat pul almışlar və hissə-hissə ehtiyacı olduğu üçün götürmüşdür. İddiaçı onun və qardaşı Vüsal barədə yazdıqları ilə o, razı deyil. Yəni Rövşəndən borca aldığı pulları sonuncu başqa cürə ad verib yazmışdır. X2 borc aldıqdan sonra onun da iştirakı ilə borc aldığına dair Vüsala imza etdirmişdir. Onlar qeyd olunan məbləği Rövşəndən borca almışlar və sonuncu da bunu təsdiqləmişdir.” Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı qohumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1, İddiaçı ümumilikdə 13200 manat borca pul almışlar və həmin borcu aldıqlarını həm əlyazma yazılarında həm də Binəqədi rayon Pİ-nin 08 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verdiyi izahartlarında təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən müvafiq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinin mənasına görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılığı ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13200 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13200 manat məbləğində pul və iddiaçı tərəfindən dövlər rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-614/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-614/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver