Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-633/2021 09.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs DƏDRX-in 14 saylı Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin tamamlanmış hesab edilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs DƏDRX-in 14 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0.034 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh ilə aralarında olan 09 iyul 1997-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə Şamaxı şəhəri Şmidt (halhazırda N.Nəcəfov) küçəsi 04 saylı evdə yaşayan Cavabdeh ilə 4.000.000 (dörd milyon) manata razılığa gələrək onun yaşadığı evi almaq qərarına gəlmiş, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh mərhumə anası X6 adına olmuş, anası rəhmətə getməmişdən əvvəl evini Cavabdeh vəsiyyət etmişdir. Cavabdeh Tamam Məmmədovanın ölümündən sonra mirası faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Lakin miras əmlakı notarial qaydada rəsmiləşdirməmişdir. Fərdi yaşayış evinin üzərində vərəsəlik hüququ rəsmiləşdirilmədiyi üçün, o, evin alqı-satqı müqaviləsi müqabilində ödəniləcək pulu notarial qaydada təsdiq olunmuş borc müqaviləsi əsasında Cavabdeh (4.000.000 (dörd milyon) manat) vermişdir. Danışıqları da belə olmuşdur ki, Cavabdeh evi vərəsəlik qaydasında öz adına keçirdikdən sonra, onunla notarial qaydada alqı-satqı müqaviləsi bağlıyacaq və borc müqaviləsi əsasında (4.000.000 (dörd milyon) manat borca görə) yaranmış öhdəlik ləğv ediləcəkdir. Cavabdeh o vaxtları və indidə Rusiyada yaşayır. Gəlib-gedə bilmirdi. O, bir neçə dəfə cavabdehə evin sənədləşdirilməsini xahiş etmiş, 13 iyun 1997-ci ildə evi vərəsəlik qaydasında adına keçirilməsi üçün Cavabdeh Şamaxı Rayonlararası Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsindən F-1 üzrə 200 nömrəli arayış da almışdır. Lakin sonradan evin vərəsəlik qaydasında adına keçirilməsinə və alqısatqı müqaviləsinin bağlanmasına çox vaxt sərf olunacağı və buna vaxtının olmadığını bildirərək, o, 09 iyul 1997-ci il tarixdə qonşuların iştirakı ilə oturduğu evi və evə aid bütün sənədləri və hətta anasının vəsiyyətnaməsini ona verib yenidən Rusiyaya getmişdir. O vaxtdan bu vaxta kimi o, cavavdehlə əlaqə saxlaya bilməmiş və evin öz adına sənədləşdirilməsi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Fərdi yaşayış evi və onun yerləşdiyi 0.034 ha həyətyanı torpaq sahəsi 09 iyul 1997-ci il tarixdən onun faktiki istifadəsindədir və həmin evdə o, ailəsi ilə birlikdə yaşayır, işıq pulu, qaz pulu öz adınadır. 1997-ci ildən bu vaxta kimi həmin evi onunla heç bir şəxs mübahisələndirməyib, evdə əlavə tikinti işləri də aparmışdır. Lakin evə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmadığı üçün evi öz adına sənədləşdirə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsaslıdır. Bunu şahidlər də təsdiq edirlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh gəlməməsinin səbəbi barədə, üçüncü şəxs isə nümayəndəsinin iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı onun qonşusudur. Əvvəl həmin ev Tamam adlı qanın olmuş, lakin sonradan iddiaçıya satılmış, iddiaçı isə evi söküb yenidən tikmişdir. Firudin 20 ildən çoxdur ki, orada yaşayır. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X18 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı onun qonşusudur. Qeyd olunan evi onun iştirakı ilə Abbas və Kamran adlı şəxslər iddiaçıya satmış, bunun müqabilində iddiaçı həmin şəxslərə pul da ödəmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X24 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı onun qonşusudur. Qeyd olunan evin alqı-satqısı barədə onun iştirakı ilə iddiaçı ilə Abbas adlı şəxs razılaşmışlar. Sonra Firudin orada özünə yeni ev tikmiş və uzun müddətdir ki, ailəsi ilə həmin evdə yaşayır. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə ifadə verib bildirdi ki, qeyd olunan evin alqı-satqısının üzərindən 30 ilə yaxın müddət keçmişdir. O zaman Abbasa vacib pul lazım olduğundan iddiaçı ilə razılaşaraq evi ona satmışdır. Evin sənədlərini hal-hazırki vaxtadək rəsmiləşdirməmələrinin səbəbi Abbasın onların qonşuları olması və ona inanmaları olmuşdur. Həmçinin Abbas o zaman Rusiya Federasiyasına getmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikasının 804 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı, 52,9 kvadrat ümumi sahəsi, 25,4 kvadrat yaşayış sahəsi olan ev X6 adına qeydə alınmışdır. İş materiallarında olan 22.11.1996-cı il tarixli vəsiyyətnamədən görünür ki, X1 yerləşən 4 nömrəli evi Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan 06.06.1997-ci il tarixli 724824 saylı arayışdan görünür ki, X13 15.03.1997-ci ildə ölmüşdür. İş materiallarında olan 17.06.1997-ci il tarixli çıxarışın surətindən görünür ki, X19 ilə X7 nikaha daxil olmuş, evləndikdən sonra onlara Mamedov və Mamedova soyadları verilmişdir. İş materiallarında olan 10.07.1997-ci il tarixli borc müqaviləsindən görünür ki, X21 İddiaçı 10.07.1999-cu ilədək qaytarmaq şərtilə ******* manat məbləğində borc almışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15.04.2021-ci il tarixli 1226 nömrəli arayışından görünür ki, İddiaçı Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 4/1 saylı evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan aktdan görünür ki, Cavabdeh oturduğu yaşayış evinə etiyacı olmadığı üçün evin İddiaçı satılmasına etirazının olmadığını bildirmiş, həmin akt Feyzullayev Əflatun, İddiaçı, Nəbiyev Əlibala, Nəbiyeva Cüməxanım, Dəmirov Qədir və Məmmədov Rasim tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanda 0.034 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8 məxsus olmuş sonradan oğlu Cavabdeh vəsiyyət etmişdir. Cavabdeh Tamam Məmmədovanın ölümündən (16.03.1997-ci il) sonra mirası faktiki olaraq qəbul və idarə etmişdir. Bundan sonra o, həmin evi və onun yerləşdiyi həyətyanı torpağı İddiaçı Əliqardaş oğluna faktiki olaraq satmışdır. Lakin, tərəflər alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan mənzildə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və mənzilə sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı mənzilin mülkiyyətçisi kimi həmin mənzilə dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti 1997-ci il tarixdə yarandığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdinetibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh anası mərhum X9 adına qeydə alınmış ünvan 1 ünvanda 0.034 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etdiyindən mirasın açıldığı tarixdən o, həmin evin mülkiyyətçisi sayılır. Bundan sonra, o, həmin evi 09 iyul 1997-ci iİ tarixdə İddiaçı Əliqardaş oğluna faktiki olaraq satmışdır. Lakin, tərəflər alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, ünvan 1 ünvanda 0.034 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh ilə İddiaçı Əliqardaş oğlu arasında 09 iyul 1997-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda 0.034 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh ilə İddiaçı Əliqardaş oğlu arasında 09 iyul 1997-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-633/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-633/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver