Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-634/2021 12.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf DƏDRX-nin 14 saylı Ərazi İdarəsi və X21 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “miras əmlakın qəbul etmə faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf DƏDRX-nin 14 saylı Ərazi İdarəsi və X21 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “miras əmlakın qəbul etmə faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-251 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mərhum X4na məxsus olan, ondan miras qalmış 3,70 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının nüəyyən olunması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə X4na 3,70 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-251 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. X4 27 fevral 2003-cü il tarixdə, bibisinin qardaşı yəni atası X16 30.06.2020-ci il tarixdə, digər bibisi X17 15.11.2018-ci il tarixdə ölmüşdür. Digər bibisi X5 qohumu X2 verdiyi etibarnamə əsasında onun xeyrinə miras əmlakın qəbulundan imtina etmişdir. Miras əmlak faktiki olaraq onun tərəfindən qəbul olunmuşdur. Qızmeydan kənd Bələdiyyəsinin 21.04.2021-ci il tarixli arayışındanda görünür ki, JN-251 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 3,70 ha torpaq sahəsi onun tərəfindən qəbul olunmuş, həmin torpaq sahəsinin vergisi bələdiyyəyə vaxtıvaxtında ödənilir. Miras əmlakın qəbul olunması üçün Şamaxı rayon Notariat Kontoruna müraciət etsələrdə miras əmlakın qəbulundan əsassız olaraq imtina edilmişdir. Onlara bildirsələrdə, bu imtina qanunsuzdur onlar israrla bildirdilər ki, məhkəməyə müraciət olunmalıdır. Bibisinin qeyd etdiklərindən başqa vərəsəsi yoxdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X12 izahat verib bildirmişdir ki, 27.02.2003-cü ildə vəfat etmiş xalası X8 vəfatından sonra miras qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq əmlakı nə faktiki, nə də notariat ofisinə ərizə vermək yolu ilə qəbul etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi və X21 Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ № 555692 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Sarıyeva Yazgül 05 mart 2010-cu il tarixində nikahlarını bağlamışlar. İş materiallarında olan AZ-İ № 098228 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 30.06.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ № 086160 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 27.02.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 27 iyul 2021-ci il tarixli arayışından görünür ki, X8 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 27.02.2003-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan JN-251 KOD 41003018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X11 Şamaxı rayon AİK-nın 11.11.1998-ci il tarixli, 16 saylı qərarı ilə 3,70 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ № 935464 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 15.11.2018-ci il tarixdə ömüşdür. İş materiallarında olan X21 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinin 21 aprel 2021-ci il tarixli Notariat əməliyyatı aparmaqdan imtina haqqında qərarından görünür ki, Əliyev aFatma Yunus qızından qalmış miras əmlaka dair Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan X6 X21 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinə ünvanlamış olduğu 05.07.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 27.02.2003-cü ildə vəfat etmiş xalası X8 vəfatından sonra miras qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq əmlakı nə faktiki, nə də notariat ofisinə ərizə vermək yolu ilə qəbul etməmişdir. İş materiallarında olan X9 X21 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinə ünvanlamış olduğu 04.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 27.02.2003-cü ildə vəfat etmiş xalası X8 vəfatından sonra miras əmlakdan ona düşən miras payı qəbul etməmiş, etməkdə niyyətində deyildir. İş materiallarında olan X3 əvəzinə X1 X21 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinə ünvanlamış olduğu 29.04.2021-ci il tarixli ərizəsindən görünür ki, X7 27.02.2003-cü ildə vəfat etmiş bacısı X8 vəfatından sonra miras qalmış, harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq əmlakı nə faktiki, nə də notariat ofisinə ərizə vermək yolu ilə qəbul etməmişdir. İş materiallarında olan Şamaxı rayon Qızmeydan Bələdiyyəsinin 21.04.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi mərhum X4nın Qızmeydan kəndində yerləşən JN- 251 nömrəli dövlət aktında qeyd olunan kənd təssərüfatı təyinatlı torpaq sahəsinin vergisi Qızmeydan bələdiyyəsinə tam olaraq ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 27.02.2003-cü il tarixdə ölmüş X8 qardaşı oğludur. Şamaxı rayon Aqrar islahat komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə ərizəçinin X4na 3,70 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-251 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. X4 27 fevral 2003-cü il tarixdə, bibisinin qardaşı yəni atası X16 30.06.2020-ci il tarixdə, digər bibisi X17 15.11.2018-ci il tarixdə ölmüşdür. Digər bibisi X5 qohumu X2 verdiyi etibarnamə əsasında o, onun xeyrinə miras əmlakın qəbulundan imtina etmişdir. Miras əmlak faktiki olaraq onun tərəfindən qəbul olunmuşdur. Qızmeydan kənd Bələdiyyəsinin 21.04.2021-ci il tarixli arayışındanda görünür ki, JN-251 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 3,70 ha torpaq sahəsi onun tərəfindən qəbul olunmuş, həmin torpaq sahəsinin vergisi bələdiyyəyə vaxtı-vaxtında ödənilir. Miras əmlakın qəbul olunması üçün Şamaxı rayon Notariat Kontoruna müraciət etsələrdə miras əmlakın qəbulundan əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsələrin miras əmlakı faktiki qəbulu üçün onların mirasa sahib durmaları, əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün tədbirlər görmələri, mirasın saxlanması və xərclərinin ödənilməsi işlərini həyata keçirməlidirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 10.2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-251 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ərizəçinin mərhum X4na məxsus olan ondan miras qalmış 3,70 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-251 Kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ərizəçinin mərhum X4na məxsus olan ondan miras qalmış 3,70 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-634/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-634/2021
12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver