Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-637/2020 28.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2rşı “işə bərpa tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2rşı “işə bərpa tələbinə dair”iddia ərizəsi ilə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 direktorunun işdən azad edilməyi ilə bağlı xx.xx.2020-ci il tarixli, 01-k saylı əmrini ləğv edib onu həmin tarixdən öz əvvəlki işinə (9-cu dərəcə ilə böyük laborant vəzifəsi) bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, xx xxxxx 2007-ci ildən X5 (ŞAR) böyük laborant kimi əmək fəaliyyətinə başlamış və xx.xx.2015-ci ildən 9-cu dərəcə ilə həmin vəzifəyə təsdiq edilmişdir. ŞAR-da işlədiyi müddətdə heç vaxt xəbərdarlıq, töhmət almamışdır. Tutduğu vəzifəyə görə işinin öhdəsindən həmişə layiqincə gəlmişdir. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoci Universitetinin riyaziyyat fakültəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. Ailəlidir, 2 övladı var. Hazırda işsizdir. Həyat yoldaşı da işsizdir. Özü 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu il yanvarın əvvəlindən (haqsız olaraq işdən çıxarıldığına görə) indiyədək əsəb-stress xəstəsi olmuş və buna görə Dövlət Səhiyyə Müsəssisələrində çoxsaylı müayinə və müalicələrdə olmuşdur. Hazırda isə səhhəti nisbətən normallaşmışdır. Təqdim etdiyi sənədlər göstərir ki, xx xxxxxx 2010-cu ildən ŞAR-ın rəhbərliyi digər əməkdaşlarla olduğu kimi onunla da 5 illik fasiləsiz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. ŞARın rəhbərliyi onunla daha sonra xx xxxxxx 2015-ci ildə yenə 1 (bir) il, 2016-cı ilin eyni tarixində yenə 1 (bir) il, 2017-ci ilin eyni tarixində 1.5 (il yarım) il, 2018-ci ilin 05 iyulunda yenə 1 (bir) il və nəhayət 2019-cu ilin 05 iyulunda isə 6 (altı) aylıq əmək müqavilələri bağlamaqla - bu qayda ilə onunla 10 (on) il fasiləsiz müddətli əmək müqavilələri bağlanmışdır. Lakin ŞAR-ın direktoru xx xxxxxx 2020-ci il tarixdə, 01-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsini əsas göstərməklə, əmək müqaviləmin uzadılmaması səbəbi ilə onun ŞAR-da əmək fəaliyyətinə xitam verdiyini bildirmişdir. Bununla bağlı əmək kitabçası ona çox gec verilmişdir. ŞAR-ın direktoru belə əmr verməklə, AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndini kobud surətdə pozmaqla onu qanunsuz olaraq işdən azad etmişdir. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd etdiyi kimi ŞAR-ın rəhbərliyi xx xxxxxx 2010-cu il tarixdən etibarən onunla 10 illik fasiləsiz davam edən müddətli əmək müqavilələri bağlamışdır. Təkcə bir faktı göstərmək kifayətdir ki, ŞAR-ın rəhbərliyi xx xxxxxx 2010-cu il tarixdən - xx xxxxxx 2016-cı il tarixinədək onunla fasiləsiz olaraq 5 ildən artıq (6 il) müddətli əmək müqaviləsi bağlamışdır. Odur ki, AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbinə görə hətta 2016-cı ildən etibarən əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Bu səbəbdən, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti (AMEA) cənab Ramiz Mehdiyevə ərizə ilə müraciət etmiş və bu işin AMEA daxilində həll edilməsini, etdiyi müraciətin cavabını gözləmişdir. İşə bərpa ilə bağlı müraciəti araşdırılmaq üçün AMEA-nın Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanova verilmiş və onun tərəfindən 065/10-18 saylı, xx.xx.2020-ci il tarixli rəsmi cavab ünvanlanmışdır. Həmin cavabın göndərildiyi zərfin üstündəki möhürdən göründüyü kimi bu məktub xx xxx 2020-ci il tarixində Şamaxı rayon Poçtuna çatmış - ona isə xx xxx 2020-ci il tarixində verilmişdir. Görünür ki, bütün dünyanı bürümüş Koronavirus Pandemiyasına görə ona ünvanlanmış həmin məktub Bakıdan Şamaxıya çox gec yola salınmışdır. AMEA Həmkarlar Təşkilatı işə bərpa ilə bağlı müraciətini tam araşdırmış, həqiqətən də işi ilə bağlı AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələblərinin pozulduğunu açıq şəkildə qeyd etmişdir. Həmin məktubda bildirilmişdir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən çox olduğuna görə işəgötürənin AR ƏM-nin 73.1-ci maddəsinin tələbinə əsasən onun əmək müqaviləsinə xitam verməsi əsassızdır. Bu səbəbdən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra Dövlət Əmək Müfəttişliyinə ərizə ilə müraciət etmişdir. Beləliklə, məhkəməyə təqdim etdiyi sənədlər sübut edir ki, ŞAR-ın rəhbərliyi onunla xx xxxxxx 2010-cu il tarixdən fasiləsiz olaraq 10 il müddətli əmək müqavilələri bağlamışdır. Odur ki, AR ƏM-in 45-ci maddəsinin 5-ci bəndinə əsasən nəinki indi, hətta 2016-cı ildən etibarən onun bu əmək müqavilələri müddətsiz hesab olunmalıdır. Bu səbəbdən ŞAR-ın direktorunun onu AR ƏM-nin 73.1-ci maddəsi ilə əmək fəaliyyətinə xitam verməsi tam əsassızdır. İş materiallarına daxil etdiyi çıxarış epiqrizinin surətindən göründüyü kimi keçən ildən etibarən səhhətində yaranmış problemlərdən əziyyət çəkir. Bu səbəbdən xx.xx.2019-xx.xx.2019-cu il müddətlərində Respublika Klinik Xəstəxanasında stasionar müalicədə olmuşdur. Sonra keçən ilin sonunda xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində, daha sonra isə eyni diaqnozla bu il xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində X10 stasionar müalicələrdə olmuşdur. xx.xx.2020-ci il tarixdə işdən azad edilsə də əmək kitabçası ona bu ilin mart ayında Koronavirus Pandemiyasına görə güclü Karantin rejimi müddətində göndərilmişdir. Həmin vaxtlarda gəliş-gediş çox çətin idi. Digər tərəfdən həyat yoldaşı və özü işsiz olduğuna görə sənədlərinin bir hissəsi isə doğulduğu Bərdə rayonunda qaldığına görə həmin sənədləri əldə edib, toplamaq mümkün olmamışdır. Bundan başqa, X5 öz işinə bərpa olunmasını Azərbaycan Milli Elmlər Akademiyasının öz daxilində həll olunmasını istəmiş, ona görə də AMEA X20 Mehdiyevə ərizə göndərmişdir. Həm də məhkəməyə təqdim olunması üçün ona mötəbər sübutlar lazım olmuşdur. Nəhayət AMEA Həmkarlar Təşkilatının sədri hüquq elmlər doktoru cənab Habil Qurbanov tərəfindən ona 065/10-18 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu xx xxx 2020-ci il tarixdə Şamaxı poçtuna daxil olmuş və xx xxx 2020-ci il tarixdə ona verilmişdir. Həmin vaxtdan götürdükdə məhkəməyə müraciətetmə müddətini ötürməmişdir. Bundan dərhal sonra X18 Müfəttişliyinə də ərizə ilə müraciət etmiş, xx xxxx 2020-ci il tarixdə özü və X4 rəhbərliyi X18 Müfəttişliyinə dəvət olunmuş, araşdırma başlamışdır. Onun X5 (ŞAR) öz işindən qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyinə etdiyi müraciətə həmin X7 Ərazi Şöbəsindən **********4 saylı, xx.xx.2020-ci il tarixli cavab göndərilmişdir. Həmin cavabda açıq şəkildə yazılmışdır ki, ŞAR-ın rəhbərliyi onu əsassız olaraq işdən azad edib, ŞAR-da fasiləsiz müddətli əmək müqaviləsi 10 il olduğuna görə AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən orada əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Odur ki, ŞAR-m rəhbərliyinin onunla bağlı xx.xx.2020-ci il tarixli, 01-k saylı əmri ləğv edilərək öz işinə bərpa olunmalıdır. Bundan əlavə, ŞAR-ın direktoru Namiq Cəlilovun onunla bağlı Əmək Qanunvericiliyinin tələblərini pozaraq belə qanunsuz hərəkət törətməsi inzibati xətaya səbəb olmuşdur. Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi AR İnzibati Xətalar Məcəlləsinin 196.2-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyinə görə Namiq Cəlilov barəsində xx xxxx 2020-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin maddəyə görə vəzifəli şəxs 15xx xxxxxxxx 2000 manatadək cərimə edilir. Dövlət Əmək Müfəttişliyi bu barədə özü xx.xx.2020-ci il tarixdə ictimaiyyətə məlumat yaymış və Respublikada fəaliyyət göstərən demək olar ki, bütün saytlarda və rəsmi mətbuatda bu barədə məlumat verilmişdir. Odur ki, X4 direktorunun işdən azad edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 01-k saylı əmrini ləğv edib onu həmin tarixdən öz əvvəlki işinə (9-cu dərəcə ilə böyük laborant vəzifəsi) bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X22 iddia tələbini qəbul etməyərək, izahat verib bildirdi ki, iddiaçının iddia ərizəsində onunla bir neçə il ərzində bir neçə dəfə müddətli əmək müqaviləsinin bağlanması səbəbindən bağlanmış əmək müqavilələrinin müddətsiz hesab edilməli olması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. İşəgötürən olaraq iddiaçı ilə bağladığları xx.xx.2019-cu il tarixli 43 saylı əmək müqaviləsinə əsasən, tərəflərin aralarında razılaşdırdıqları əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 6 ay müddətinə bağlanmışdır. Həmin maddənin 2-ci hissəsinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Tərəflərin arasında bağlanmış əmək müqaviləsində onun müddəti müəyyən edildiyindən, iddiaçının istinad etdiyi əmək müqaviləsi müddətsiz hesab edilə bilməz. Eyni maddənin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin normanın məzmununda “müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi” sözləri hərfi mənada başa düşülməməlidir. Çünki, “müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi” sözləri deyilərkən, qanunverici müddətli bağlanmış bir əmək müqaviləsi üzrə əmək münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq davam etməsini nəzərdə tutmuşdur. Hazırki halda isə iddiaçı ilə əvvəlki əmək müqaviləsinin müddəti bitdikdə, həmin əmək müqaviləsinin müddəti uzadılmamış, onunla hər dəfə yeni əmək müqaviləsi bağlanmış və tərəflər arasında yeni əmək münasibətləri yaranmışdır. İddiaçı ilə hər dəfə əmək müqaviləsi bağlandıqda, qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir əmək müqaviləsinin surəti ona təqdim edilmiş və sonuncu bununla bağlı müvafiq qeydiyyat jurnalında imza da etmişdir. Bununla da iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərindən və onun müddətindən tam məlumatlı olmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 43 saylı əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatdığından, qeyri-iş günlərinin olması nəzərə alınmaqla, növbəti ilk iş günü, yəni xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar işdən azad olunması barədə 01-k saylı əmr verilmiş, elə həmin gün iddiaçı qeyd olunan əmrlə tanış olmuş və ona əmrin surəti təqdim edilmişdir. Lakin, iddiaçı işdən azad edilməsi ilə bağlı əmri almasına dair imza etməkdən imtina etdiyindən, həm əmək kitabçası, həm də əmrin surəti xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə iddiaçıya göndərilmiş və qeyd olunan sənədlərin iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə alınması xəbərnamə ilə təsdiq edilir. Lakin, iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etməklə, iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2020ci il tarixdə əmək kitabçasını və əmrin surətini aldığı (hüququnun pozulduğunu güman etdiyini aşkar etdiyi) halda, xx.xx.2020-ci il tarixdə, yəni 5 ay 08 gün keçdikdən sonra mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ötürülmüş müddətin bərpa edilməsinə əsas ola biləcək hər hansı bir üzrlü səbəb göstərməmişdir (iddiaçının hüququnun pozulması ilə bağlı həmkarlar orqanına və ya digər quruma müraciət etməsi AR ƏM-nin 296-cı maddəsinin 6-cı hissəsinə görə üzrlü hal hesab edilmir). Beləliklə, iddiaçı hazırki iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfi olaraq hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmiş, iddia müddətinin tətbiqi ilə bağlı ərizəni təqdim etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan əmək müqaviləsinin (kontrakt) 2.3-cü bəndindən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 direktoru X14 işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR ƏM maddə 47 bənd f (tərəflərin qarşılıqlı razılığı) səbəbə görə xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək 6 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmrindən görünür ki, “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı İddiaçı ilə bağlanmış 43 saylı xx.xx.2019xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitdiyini əsas tutaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsin 1-ci bəndinə uyğun olaraq ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı İddiaçı ilə bağlanmış xx.xx.2019-xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə xx xxxxxx 2020ci il tarixində xitam verilməsi və ona son haqq-hesab ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 xx xxxxxx 2020-ci il tarixli aktının surətindən görünür ki, 2020-ci ilin yanvar ayının 07-də kadrlar şöbəsinin müdiri V.T.Mütəllimova “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı İddiaçı müddətli əmək müqaviləsinin yeni müddətə uzadılmaması haqqında Əmrin təsdiqlənmiş surətini İddiaçı təqdim etmişdir. Əmək kitabçasının götürülməsini təklif etsə də İddiaçı onu gəlib götürməmiş, 2020-ci ilin yanvar ayının 17-də kadrlar şöbəsinin müdiri V.T.Mütəllimova, kargüzar A.A.Seyidova və Həmkarlar Təşkilatının nümayəndəsi B.İ.Abdullayevin iştirakı ilə əmək kitabçasının əsli zərfə qoyularaq bağlanılmış və poçt vasitəsilə göndərmək üçün Şamaxının Mərkəzi poçtuna yola salınmışdır. İş materiallarında olan Azərpoçt MMC-nin poçt xəbərnaməsindən görünür ki, əmrin surəti və əmək kitabçası İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər X12 İttifaqının xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə də müddətli əmək müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Yəni bu halda da əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə” əsas kimi götürülüb. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”. İddiaçı əmək kitabçasında qeyd olunub ki, işəgötürən tərəf - X1 fasiləsiz olaraq 5 ildən artıq müddətli əmək müqaviləsi bağlayıb və bununla Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-cü bəndinin tələbləri pozulub. Məntiqi nəticəsi olaraq, İddiaçı ilə də müddətli əmək müqaviləsinin xitam verilməsinə əsas verən AR ƏM 73.1-ci maddəsinin Məcəlləyə görə “Müddətli əmək müqaviləsi”nin müddəti qurtardıqda xitam verilir) tətbiqi məqsədəmüvafiq sayıla bilməz. Qeyd edilən halda işəgötürənin (X9) əmək müqaviləsinə xitam verməsi əsassızdır və belə olduqda işçi fərdi əmək mübahisəsi zəminində öz hüquqlarının bərpa olunması üçün məhkəməyə iddia verə bilməsi izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X17 Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, onun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin X17 Şöbəsinə xx xxxx 2020-ci il tarixdə **********8 saylı qeydiyyatla birbaşa daxil olmuş, 2007ci ildən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 laborant vəzifəsində çalışmağın, xx xxxxxx 2010-cu il tarixdən müddətli əmək müqaviləsi ilə işləməyi, xx xxxxxx 2020-ci il tarixdə ŞAR-ın 01-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verildiyini və AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən X5 öz işinizə bərpa olunmağınıza köməklik göstərilməsi ilə əlaqədar DƏMX-in X17 Şöbəsinə ünvanladığınız müraciətinizin qanunvericiliyin tələblərinə uyğun araşdırılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X6 xx xxxx 2020-ci il tarixli **********5 saylı məktub göndərilərək müvafiq sənədlərin Dövlət Əmək Müfəttişliyi Xidmətinin X17 şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Eyni zamanda sizə də rəsmi məktub göndərilərək araşdırmada iştirak etmək üçün şöbəyə dəvət edilmisiniz. Araşdırma sizin yazdığınız izahat və müraciətə əlavə etdiyiniz sənədlər, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X3 göndərilmiş və Dövlət Əmək Müfəttişliyi Xidmətinin X17 Şöbəsinə xx xxxx 2020-ci il tarixdə **********2 saylı qeydiyyatla daxil olmuş xx xxxx 2020-ci il tarixli 32/72(Ş) saylı məktub və ona əlavə edilmiş sənədlər, eləcə də X11 X8 qeydiyyata alınmış məlumatlar əsasında aparılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, siz xx xxxx 2007-ci il tarixli 06-“k” saylı əmrlə X6 xx.xx.2007-ci il tarixdən laborant vəzifəsinə təyin edilmisiniz və sizinlə əmək müqaviləsi bağlanılaraq xx.xx.2014-cü il tarixdən X11 Alt Sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı X16ndən müəyyən olundu ki, sizinlə xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək 5 il müddətinə olmaqla müddətli əmək müqaviləsi bağlanılmış, qeyd olunan müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmədən əmək müqaviləsində dəyişiklik edilməklə müqavilənin müddəti 1 il olmaqla xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Bu əməliyyat növbəti 2017-2019-cu illərdə də təkrarlanmış və əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək artırılmışdır. Qeyd olunan dəyişikliklər Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə uyğun oiaraq X16 Alt Sistemində (ƏMBAS) qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 fasiləsiz olaraq 10 il müddətində müddətli əmək müqaviləsi ilə işləmisiniz. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən ...“Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”... . Deməli, sizinlə bağlanılmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmr və xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X16ndən məlum olur ki, sizinlə bağlanmış əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddətinin bitdiyi əsas götürülərək AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir ki, bu da öz növbəsində inzibati xətaya səbəb olmuşdur. Bu səbəbdən də Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 direktoru X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Əlavə iddia və tələbləri olarsa müvafiq məhkəmə orqanlarına müraciət edə bilmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx xxxxx 2007-ci ildən cavabdeh təşkilatda böyük laborant kimi əmək fəaliyyətinə başlamış və onunla xx xxxxxx 2010-cu ildə 5 illik, xx xxxxxx 2015-ci ildə 1 illik, xx xxxxxx 2016-cı ildə 1 illik, xx xxxxxx 2017-ci ildə 1.5 illik, xx xxxx 2018-ci ildə 1 illik və xx xxxx 2019-cu ildə 6 aylıq müddətli əmək müqavilələri bağlanmışdır. Javabdehin xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmri ilə müddəti qurtardığı üçün iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilmişdir. Əmrin surəti və əmək kitabçası xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı hazırkı tələblə xx xxxx 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı tələbini onunla 10 il fasiləsiz müddətli əmək müqavilələri bağlandığı üçün müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməsi ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını iddiaçı ilə əvvəlki əmək müqaviləsinin müddəti bitdikdə, həmin əmək müqaviləsinin müddətinin uzadılmaması, onunla hər dəfə yeni müddətli əmək müqaviləsi bağlanması və tərəflər arasında yeni əmək münasibətlərinin yaranması ilə əsaslandırmışdır. Məhkəmə, tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, 5 il müddətinə bağlanmış x xxxxxx 2010-cu il tarixli müddətli əmək müqaviləsində göstərilən müddət qurtardığı vaxtdan, əmək münasibətləri davam etdirildiyindən və iş üzrə sübutlarla tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsini tələb etməsi, eləcə də həmin müqavilənin ləğv edilməsi barədə cavabdehin əsaslandırılmış əmrinin olması təsdiq edilmədiyindən, sonrakı müqavilələrinin mövcud olmasından asılı olmayaraq, x xxxxxx 2010-cu il tarixli müddətli əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə olmaqla x xxxxxx 2020-ci il tarixədək uzadılmış sayılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Cavabdeh ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı işin Azərbaycan Milli Elmlər Akademiyasının daxilində həll edilməsini gözləməsi, həm də məhkəməyə təqdim olunması üçün ona mötəbər sübutların lazım olması, AMEA Həmkarlar Təşkilatının müraciəti ilə bağlı 065/10-18 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunun xx xxx 2020-ci il tarixdə ona verilməsi əsası ilə müddəti ötürmədiyini iddia etmişdir. Məhkəmə, tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh təşkilatın nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və həmin orqanın hazırkı mübahisə üzrə qərar çıxarması təsdiq edilmədiyindən hazırkı fərdi əmək mübahisəsinə bilavasitə məhkəmə tərəfindən baxılmalı olmuş və iddiaçı mübahisəninin Azərbaycan Milli Elmlər Akademiyasının daxilində həll edilməsinə çalışmamalı, hüququnun pozulduğunu aşkar etdiyi xx.xx.2020-ci il tarixdən etibarən 1 təqvim ayı ərzində mövcud sübutlarla məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı isə, hazırkı tələblə xx xxxx 2020-ci il tarixdə müraciət etməklə iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X21 Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasənməhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə işdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddəti keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2rşı “işə bərpa tələbinə dair” iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-637/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-637/2020
28.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver