Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-639/2020 10.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia qaldıraraq, Cavabdeh 150000 manat pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 tələbin dəqiqləşməsinə dair ərizə təqdim edərək, bildirdi ki, cavabdehin əslində iddiaçıya 118500 manat borcu vardır. Odur ki, cavabdehdən 118500 manat pulun alınaraq iddiaçıya verilməsini xahiş etdi. Azərbycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X1 iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, Cavabdeh 2011-ci ilin may ayında biznes qurmaq məqsədi ilə iddiaçıdan borc olaraq 150000 ABŞ dolları (118500 manat) məbləğində pul vəsaiti almışdır. Hətta o, həmin pul məbləğini borc olaraq alarkən öz əlyazması ilə qəbzdə yazmışdır. O, həmin pul məbləğini alarkən bildirmişdir ki, 2018-ci ilədək ona olan borcunu tam olaraq qaytaracaq, lakin həmin vaxtdan hal-hazıradək o iddiaçıya olan borcunu qaytarmamışdır. İddiaçı bir neçə dəfə borc olaraq cavabdehə verdiyi pul məbləğini ondan tələb etsə də, o, 2015-2016-cı illərdə Azərbaycan Respublikasında baş vermiş devalvasiyanı, yəni dolların manata nisbətən bahalaşmasını və bu səbəbdən də biznesində uğursuzluqların olmasını və hətta bankrot olmasını əsas gətirərək ona olan borcunu qaytarmaqdan imtina edir. Hesab edir ki, bu hal cavabdehin iddiaçıya olan borcunun qaytarılmaması üçün əsas deyil. Son vaxtlar cavabdeh telefonlarına belə cavab vermir. Ona olan borcunu ödəməkdən yayınır. İddiaçının hal-hazırda maddi vəziyyəti çox aşağıdır. Cavabdehin iddiaçıya olan borcunu qaytarmaması isə onu maddi cəhətdən çox pis vəziyyətə salıb. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddiaçıdan 150000 ABŞ dolları (118500 manat) pul vəsaitini alması və bu günə kimi həmin pul vəsaitini qaytarmamasına görə, onun yaşadığı və ayrı-ayrı vaxtlarda olduğu ünvanlara iddiaçı dəfələrlə getmiş, lakin o, həmin pul vəsaitini qaytarmaqdan müxtəlif bəhanələr gətirirək yayınır və nəticədə iddiaçı əmlakından məhrum olmuşdur. Cavabdehin xx.xx.2011-ci il tarixli ərizəsində də etiraf edir ki, iddiaçıdan ümumilikdə 150.000 (yüz əlli min) manat məbləğində pul vəsaitini borc olaraq biznes qurmaq məqsədi ilə almışdır. Lakin, buna baxamayaraq o, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh sadə yazılı formada yazılmış qəbzdə bildirmişdir ki, biznes məqsədi ilə ondan 150.000 (yüz əlli min) manat pul vəsaitini borc olaraq almışdır. Odur ki, Cavabdeh 118500 manat pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahat verib bildirdi ki, İddiaçı 118500 manat məbləğində pul tələbinə dair iddiasını qəbul edir. Həqiqtəndə həmin pul onun tərəfindən İddiaçı biznes qurmaq məqsədi ilə borc almışdır. Borcun qaytarlmamasının səbəbi mal sifariş etmiş lakin həmin mallar kantenirdən yarımçıq gəlmişdir. Eyni zamanda övladının xəstələndiyini və onu Türkiyəyə apardığından maddi vəziyyəti çətinləşmiş və borcunu ödəyə bilməmişdir. Məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və imkanı olduqca borcu ödəyəcəyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli Cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki, o, bildirmişdir ki, “biznes qurmaq məqsədi ilə İddiaçı (118500 manat) 150000 ABŞ dolları məbləğində pul vəsaitini qaytamaq şərti ilə borc olaraq almışam” İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasında xx.xx.2011-ci il kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh (118500 manat) 150000 ABŞ dolları məbləğində pul borc vermişdir. Cavabdeh iddiaçıya olan borcunu etiraf edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 118500 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 118500 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-639/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-639/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver