Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-641/2023 25.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı tərəf Maraqlı şəxs) “doğum faktınının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 noyabr 2005-ci il tarixdə anadan olmuş qızı Xuramanın, 24 aprel 2007-ci il tarixdə anadan olmuş qızı Mədinənin, 08 mart 2009-cu il tarixdə anadan olmuş qızı Zəhranın və 12 yanvar 2010-cu il tarixdə anadan olmuş qızı Fatimənin Şamaxı rayonunun İkinci Çaylı kəndində doğumları faktlarının müəyyən olunmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun ev şəraitində 15 noyabr 2005-ci il tarixdə bir qızı, 24 aprel 2007-ci il tarixdə bir qızı, 08 mart 2009-cu il tarixdə bir qızı və 12 yanvar 2010-cu il tarixdə bir qızı dünyaya gəlmişdir. Evli olmadığı üçün xəstəxanaya getməyə utanmışdır. Qızları ev şəraitində dünyaya gəlmişdir. Sonradan da eyni səbəbdən onlara doğum haqqında şəhadətnamə almağa utanmışdır. Bu günə kimi qızlarının heç birinin sənədləri yoxdur. 16 yanvar 2022-ci il tarixdə uşaqarı Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan sığınacaq və sosial reabilitasiya mərkəzinə yerləşdirilmişdir. Hazırda orada qalırlar. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşmə verərək, 15 noyabr 2009-cu il tarixdə bir qız uşağı, 24 aprel 2015-ci il tarixdə bir qız uşağı, 12 yanvar 2019-cu il tarixdə bir qız uşağı və 8 mart 2021-ci il tarixdə bir qız uşağını Şamaxı rayonu İkinçi Çaylı kəndində tibb müəssisindən kənarda doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, ərizəçi qaynının nəvəsidir. Ərizəçinin 5 uşağı var. Uşaqlardan yalnız biri oğlan uşağı xəstənada, qızları isə kənddə evdə dünyaya gəliblər. Uşaqlar evdə olanda uşaqlara bir müddət o, baxmışdır. . Məhkəmə ərizəçini və şahidi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şamaxı rayonu, İkinci Çaylı kəndində yaşayan Ərizəçi yaşayış evində müxtəlif illərdə 4 qız uşağı dünyaya gətirmişdir. İş materiallarında Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli PHS-6-72/2-C- 576-41-523/23 saylı arayışından görünür ki, Şamaxı rayonu, İkinci Çaylı kənd sakini Ərizəçi Şamaxı RMX-nın doğum şöbəsinə müraciət etmədiyi üçün onun övladları X1, X2, X5, X3 doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, məktubundan görünür ki, Ərizəçi Şamaxı rayonunun İkinci Çaylı kəndində xx.xx.2010-cu il tarixdə ev şəraitində doğulmuş bir qız uşağının doğumunun qeydə alınmasına dair müraciətinə baxılmış, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunur. Həmçinin, Maraqlı şəxs sizə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, № 05/Q-81/15 saylı məktubundan görünür ki, Ərizəçi Şamaxı rayonunun İkinci Çaylı kəndində xx.xx.2007-ci il tarixdə ev şəraitində doğulmuş bir qız uşağının doğumunun qeydə alınmasına dair müraciətinə baxılmış, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunur. Həmçinin, Maraqlı şəxs sizə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, № 05/Q-81/15 saylı məktubundan görünür ki, Ərizəçi Şamaxı rayonunun İkinci Çaylı kəndində xx.xx.2009-cu il tarixdə ev şəraitində doğulmuş bir qız uşağının doğumunun qeydə alınmasına dair müraciətinə baxılmış, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunur. Həmçinin, Maraqlı şəxs sizə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, № 05/Q-81/15 saylı məktubundan görünür ki, Ərizəçi Şamaxı rayonunun İkinci Çaylı kəndində xx.xx.2005-ci il tarixdə ev şəraitində doğulmuş bir qız uşağının doğumunun qeydə alınmasına dair müraciətinə baxılmış, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunur. Həmçinin, Maraqlı şəxs sizə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən 15 noyabr 2009-cu il tarixdə, 24 aprel 2015-ci il tarixdə, 12 yanvar 2019-cu il tarixdə və 08 mart 2021-ci il tarixdə Şamaxı rayonu İkinci Çaylı kəndində tibb müəssəsindən kənarda ev şəraitində dörd qız cinsli uşaq doğulub. Uşaqların doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaqlar hal-hazırda sağlam olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan sığınacaq və sosial reabilitasiya mərkəzində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşaqların şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onların bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən uşaqların qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən 15 noyabr 2009-cu il tarixdə, 24 aprel 2015-ci il tarixdə, 12 yanvar 2019-cu il tarixdə və 08 mart 2021-ci il tarixdə tibb müəssəsindən kənarda dörd qız cinsli uşaq doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-641/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-641/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver